Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1969/2023 21.11.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı reqress qaydasında pulun alınıb verilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı reqress qaydasında pulun alınıb verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə etdi və izahatında göstərdi ki, Cavabdeh ilə "xxxx" ASC arasında xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh illik 28 faizlə 24 ay müddətinə bankdan 6370 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq bankla onun arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh Banka olan borcunu ödəmədiyindən Bank onlara qarşı "borca" dair iddia tələbi irəli sürmüşdür. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(017)-867/2014 nömrəli qətnaməsinə əsasən Bankın iddiası qismən təmin edilərək, "xxxx" ASC-nin Bərdə filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsi ləğv edilmiş, həmin müqavilə üzrə yaranmış 3086,79 ABŞ dolları əsas borc, 186,68 ABŞ dolları faiz borcu, 10 ABŞ dolları cərimə üzrə borcu olmaqla, cəmi 3283,47 ABŞ dolları məbləğində borc (ödəniş gününə olan manat məzənnəsi ilə), habelə ödənilmiş 68,52 manat dövlət rüsumu Cavabdeh, X1 və İddiaçı müştərək qaydada alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qeyd edilən qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Onun əmək haqqından 2854,25 ABŞ dolları məbləğində pul tutularaq "xxxx" ASC-nin hesabına köçürülmüşdür. Bununla da ona 2854,25 ABŞ dolları məbləğində maddi ziyan dəymişdir. Cavabdeh tərəfindən maddi ziyanın vurulması danılmazdır, yəni işin mübahisə edilməyən halı olmasına baxmayaraq cavabdeh halhazıradək ona vurduğu maddi ziyandan heç bir ödəniş etməməklə ona qarşı laqeydlik göstərmişdir. Cavabdehin borcunu ödədiyinə görə onun reqress hüququ yaranmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini, 2854,25 ABŞ dolları məbləğində pulun və 68,52 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(017)-867/2014 nömrəli qətnaməsinin surətindən görünür ki, Bankın iddiası qismən təmin edilərək, "xxxx" ASC-nin Bərdə filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsi ləğv edilmiş, həmin müqavilə üzrə yaranmış 3086,79 ABŞ dolları əsas borc, 186,68 ABŞ dolları faiz borcu, 10 ABŞ dolları cərimə üzrə borcu olmaqla, cəmi 3283,47 ABŞ dolları məbləğində borc (ödəniş gününə olan manat məzənnəsi ilə), habelə ödənilmiş 68,52 manat dövlət rüsumu Cavabdeh, X1 və İddiaçı müştərək qaydada alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan ödənişə dair "xxxx" ASC-nin Bərdə filialının xx.xx.2023-cü il tarixli 391 nömrəli arayışdan görünür ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(017)-867/2014 nömrəli qətnaməsinə əsasən kredit müqaviləsi üzrə borclu Cavabdeh öhdəliklərinin icrasını təmin etmək üçün zamin İddiaçı əmək haqqından tutularaq cəmi 2854,25 ABŞ dolları "xxxx" ASC-yə ödənilmişdir. Hal-hazırda qətnamə üzrə banka borc qalmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 311.1, 311.2 və 311.3-cü maddəsinə əsasən əşyanın mülkiyyətçisi tələbin icra müddəti çatdıqda kreditoru təmin edə bilər. Bunu şəxsi borclu da edə bilər. Əgər mülkiyyətçi şəxsi borclu deyildirsə, tələb ona mülkiyyətçinin kreditoru təmin etdiyi vaxt keçir. Kreditoru təmin edərkən mülkiyyətçi daşınmaz əmlakın dövlət reyestrinə və ya daşınar əmlakın digər rəsmi reyestrinə müvafiq qeydlərin yazılması üçün zəruri olan sənədləri və ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(017)-867/2014 nömrəli qətnaməsinə əsasən Bankın iddiası qismən təmin edilərək, "xxxx" ASC-nin Bərdə filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsi ləğv edilmiş, həmin müqavilə üzrə yaranmış 3086,79 ABŞ dolları əsas borc, 186,68 ABŞ dolları faiz borcu, 10 ABŞ dolları cərimə üzrə borcu olmaqla, cəmi 3283,47 ABŞ dolları məbləğində borc (ödəniş gününə olan manat məzənnəsi ilə), habelə ödənilmiş 68,52 manat dövlət rüsumu Cavabdeh, X1 və İddiaçı müştərək qaydada alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qeyd edilən qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. İddiaçı əmək haqqından 2854,25 ABŞ dolları məbləğində pul tutularaq "xxxx" ASC-nin hesabına köçürülmüşdür. Bununla da ona 2854,25 ABŞ dolları məbləğində maddi ziyan dəymişdir. Hal-hazırda qətnamə üzrə banka borc qalmamışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, reqress qaydasında pulun alınıb verilməsi tələbinə dair iddia təmin edilərək, Cavabdeh 2854,25 ABŞ dolları məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Qanuna əsasən hazırkı iş üzrə dövlət rüsumu 68,52 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbinin məbləği tam təmin edildiyi üçün iddia tələbinin məbləğinə uyğun olaraq cavabdehdən 68,52 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2854,25 ABŞ dolları məbləğində pul, həmçinin dövlət rüsumuna görə ödənilmiş 68,52 manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-1969/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1969/2023
21.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver