Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-198/2024 27.02.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı avtomobilin qanunsuz sahiblikdən geri qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan “VAZ 21214 minik” markalı, istehsal ili 2014, mühərrik № 0581917, ban № XTA212140E2182678 olan, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz sahibliyindən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək izahatında göstərdi ki, 2014-cü il buraxılışlı, “VAZ 21214” minik markalı, **- HJ-*** dövlət nömrə nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. İddiaçı həmin avtomobili Cavabdeh2 gündəlik 20 manat ödəniş etmək şərtilə vermişdir. Cavabdeh2 xahişi ilə İddiaçı digər Cavabdeh1 3 il müddətinə Bakı şəhəri, 20 saylı notariat ofisində etibarnamə vermişdir. Daha sonra Cavabdeh2 xx.xx.2021-ci il tarixdə iddiaçıya müraciət edərək ona da etibarnamə verməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə İddiaçı Bakı şəhəri, 20 saylı notariat ofisində Cavabdeh2 da etibarnamə vermişdir. Lakin, bir müddət sonra Cavabdeh2 ödəniş etməkdən yayınmışdır. Ona görə də iddiaçı Bakı şəhəri, 20 saylı notariat ofisinə müraciət edərək verilmiş etibarnamələri ləğv etdirmiş və avtomobili cavabdehlərdən geri tələb etmişdir. Lakin cavabdehlər avtomobili iddiaçıya qaytarmamışlar. Ona görə də, göştərdiklərini nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh2 qəbul etməyərək izahatında göstərdi ki, xx.xx.2021-ci il tarixdə İddiaçı 30 ay müddətinə, gündəlik 20 manat ödəniş etmək şərtilə 2021-ci ildə Bakı şəhəri, 20 saylı notariat ofisi tərəfindən verilmiş etibarnamə ilə 2014-cü il buraxılışlı, “VAZ 21214” minik markalı, **-HJ-*** dövlət nömrə nişanlı avtomobili almışam. İddiaçı ilə aralarında olan razılaşmaya əsasən ödəniş müddəti qurtardıqdan sonra avtomobil onun mülkiyyətinə keçməli idi. 29 ay hər gün 20 manat ödəniş etmiş, 1 ay ödəniş etməmişdir. Bundan sonra, İddiaçı ona verilmiş etibarnaməyə xitam vermiş və avtomobilin ondan alınması barədə məhkəmədə iddia qaldırmışdır. Hazırda həmin avtomobil iddiaçıdadır. Belə ki, o avtomaşını Ağcabədi şəhərində saxlayarkən iddiaçı avtomobilin ehtiyat açarından istifadə etməklə avtomobili aparmışdır. İddiaçı ilə aralarında hər hansı bir razılaşmanın olması üçün məhkəmə hazırlıq iclasında avtomobilin onda olmasını və avtomobilin Cavabdeh1 heç bir aidiyyətinin olmamasını göstərmişdir. Ona görə də, göstərdiklərini nəzərə alaraq ədalətli qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh1 məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmuş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən və «Elektron Məhkəmə» informasiya mənbəyinin məlumatından görünür ki, “VAZ 21214 minik” markalı, istehsal ili 2014, mühərrik № 0581917, ban № XTA212140E2182678 olan, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında elan olunmuş 13 noyabr 2021-ci il tarixli “Elektron notariat” X1 çıxarışın surətindən görünür ki, İddiaçı adından Cavabdeh2 bu etibarnamə ilə “VAZ 21214” minik markalı, **-HJ-*** dövlət nömrə nişanlı avtomobili sürücülük hüququ olduqda istifadə etməyə dair Cavabdeh2 səlahiyyət vermişdir. Həmin etibarnamə 27 iyul 2023-cü il tarixdə qüvvədən düşmüşdür. İşdə olan və məhkəmə iclasında elan olunmuş 02 fevral 2021-ci il tarixli “Elektron notariat” X1 çıxarışın surətindən görünür ki, İddiaçı adından Cavabdeh1 bu etibarnamə ilə “VAZ 21214” minik markalı, **-HJ-*** dövlət nömrə nişanlı avtomobili sürücülük hüququ olduqda istifadə etməyə dair Cavabdeh2 səlahiyyət vermişdir. Həmin etibarnamə 06 noyabr 2023-cü il tarixdə qüvvədən düşmüşdür. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh2 izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinin müddəalarına görə, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi təminatı təsbit olunmuşdur. Bu təminatın əsas mexanizmlərindən biri kimi çıxış edən MPM-də ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsipləri öz əksini tapmış, hər kəsin Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının səmərəli müdafiəsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsində göstərilir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 365.1.1-ci maddəsinə əsasən etibarnamənin qüvvəsinə etibarnamənin müddətinin bitməsi nəticəsində xitam verilir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddianın əsası kimi cavabdehlərin qanunsuz sahibliyindən tələb olunan “VAZ 21214” minik markalı, **-HJ-*** dövlət nömrə nişanlı avtomobil iddaçı İddiaçı mülkiyyətindədir. Hazırda həmin avtomobil Cavabdeh2 qanunsuz istifadəsindədir və iddiaçı avtomobili cavabdehdən geri ala bilməməsi səbəbindən öz mülkiyyətindən istifadə etməsi qeyri-mümkün olmuşdur. Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, mübahisəli avtomobil Cavabdeh2 istifadəsindədir və həmin avtomobilin digər Cavabdeh1 heç bir aidiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənnin 88-ci maddəsində qeyd edilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəhli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1 və 217.4-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş subutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 “VAZ 21214 minik” markalı, istehsal ili 2014, mühərrik № 0581917, ban № XTA212140E2182678 olan, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobil alınaraq İddiaçı verilməli və iddia tələbi Cavabdeh1 aid hissədə təmin edilməməlidir. İşdə olan 13 noyabr 2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə 100 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyindən həmin məbləğ də Cavabdeh2 alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh2 “VAZ 21214 minik” markalı, istehsal ili 2014, mühərrik № 0581917, ban № XTA212140E2182678 olan, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobil alınaraq İddiaçı verilsin. Cavabdeh2 ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia tələbi Cavabdeh1 aid hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(017)-198/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-198/2024
27.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver