Məhkəmə qərarları › İş №2(017)-1993/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1993/2023

14.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1993/2023 14.11.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı 30000 ABŞ dollar pulun indeksiya edilərək ona qaytarılması tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh onun qohumudur. 1992-1993-cü illərdə Cavabdeh ilə şərukli işlər görmüşlər və aralarında 100.000 ABŞ dolları hesabları olmuş, sonda cavabdehin ona 30000 ABŞ dolları məbləğində borcu qalmışdır. Bundan sonra, cavabdeh ona şərikli iş quracaqlarını bildirmiş və bir neçə dəfə ona 1000 ABŞ dolları məbləğində pul vermişdir. Sonradan cavabdeh Rusiya Fedarasiyasına getmiş və aralarında olan razılaşma pozulmuşdur. 1997-1998-ci illərdə cavabdehdən pulunu tələb edən zaman aralarında mübahisələr yaranmış və sonradan onun atası ilə cavabdehin anası arasında razılaşma olmuşdur. Həmin razılaşmaya əsasən Cavabdeh mıxsus 5,12 ha torpaq sahəsinin ona verilmişdir. O, həmin vaxtdan torpaq sahəsini əkib-becərmişdir. 2021-ci ildə Cavabdeh ona qarşı məhkəmədə iddia qaldıraraq torpaq sahəsini ondan tələb etmişdir. Ağcabədi Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(017)-260/2021 saylı qətnaməsinə əsasən onun Cavabdeh məxsus olan 5,12 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. Lakin, həmin torpağın çıxarışının əsli onda olduğu üçün torpaqdan istifadəni davam etdirmişdir. Daha sonra Cavabdeh şikayəti əsasında Ağcabədi Rayon Polis Şöbəsində barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə cinayət işi başlanmış və o, Ağcabədi Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 1(017)-97/2023 saylı hökmü ilə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hazırda torpaq sahəsini cavabdehə qaytarsa da, cavabdeh onun pulunu verməmiş və cavabdeh onun pulu hesabına mağazalar tikdirərək varlanmışdır. Ona görə də, göstərdiklərini nəzərə alaraq Cavabdeh 30000 ABŞ dolları məbləğində pulun indeksiya edilərək alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, Ağcabədi rayon, Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli qərarı ilə ona və ailə üzvlərinə Ağcabədi rayon, Nəcəfqulubəyli kəndi ərazisində 5,12 ha torpaq sahəsi verilmişdir. Lakin, cavabdeh İddiaçı özbaşınalıq edərək uzun müddətdir ki, həmin torpaq sahəsini zəbt etmişdir. Dəfələrlə bununla bağlı cavabdehə xəbərdarlıq etsə də, o, qanunsuz hərəkətlərindən əl çəkməmişdir. Onun iddiaçı ilə heç bir şərikli işi olmamışdır və həmçinin cavabdehə 30000 ABŞ dolları məbləğində borcu olmamışdır. Ona görə də, göstərdiklərini nəzərə alaraq iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(017)-260/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək cavabdeh İddiaçılar Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətində olan 5,12 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 1(017)-97/2023 saylı hökmünün surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1 və 1091.2-ci maddələrinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göründüyü kimi İddiaçı 1992-1993-cü illərdə Cavabdeh ilə şərukli işlər gördüyünü, aralarında 100.000 ABŞ dolları hesabları olduğunu və cavabdeh ona borclu qaldığı 30000 ABŞ dolları məbləğində pul hesabına mağazalar tikdirərək varlandığını göstərsə də, bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Ankerin» işində qeyd etmişdir ki, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarların qanunliyi və əsaslılığını təmin etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı 30000 ABŞ dolları məmləğində pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı 30000 (otuz min) ABŞ dolları məbləğində pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar