Məhkəmə qərarları › İş №2(017)-2009/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-2009/2023

25.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-2009/2023 25.10.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi rayon Məhkəməsinin hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 20 fevral 1982-ci il tarixdə anadan olmuş X2 18 may 1983-cü il tarixdə vəfat etməsi və ölümün qeyd olunması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, o, X10 ilə rəsmi nikah qeyd etdirməklə evlənib ailə qurmuşlar. Onların birgə nikahlarından dörd uşaqları olmuşdur. X20 24 oktyabr 2021-ci il tarixdə vəfat etmişdir. 20 fevral 1982-ci il tarixdə anadan olmuş qızı X11, 18 may 1983-cü il tarixdə vəfat etmiş və onu Ağcabədi şəhəri Üzeyir adlanan qəbiristanlığında dəfn etmişlər. Lakin mərhum qızı Vəfa Orucovanın ölümü ilə bağlı ölümünü təsdiq edən hüquqi sənədi vaxtında əldə edə bilməmiş və hazırdada alması mümkün deyildir. X2 18 may 1983-cü il tarixdə vəfat etməsi barədə Maraqlı şəxsnə müraciət etmiş və heç bir sənəd aşkar edilməmişdir. Ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Qızı Vəfanın adı onların bütün sənədlərində qeyd olunduğu üçün onun adının çıxarılması ilə bağlı Maraqlı şəxsnə müraciət etmiş, və heç bir sənəd aşkar edilməmişdir. Ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Odur ki, 20 fevral 1982-ci il tarixdə anadan olmuş 18 may 1983-cü il tarixdə vəfat etmiş X2 ölüm akt qeydinin müəyyən edilməsi və ölüm haqqında şəhadətnamə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəməyə ərizə göndərərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 izahat verərək göstərdi ki, Ərizəçi onun qonşusudur. Qonşusu Hərifənin dörd uşağı olmuşdur. Hərifənin 20 fevral 1982-ci il tarixdə anadan olmuş qızı Vəfa 18 may 1983-cü il tarixdə vəfat edib və Vəfa Ağcabədi şəhəri Üzeyir adlanan qəbiristanlığında dəfn olunmuşdur. Oda bir qonşu kimi həmin yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 izahat verərək göstərdi ki, Ərizəçi onun qonşusudur. Qonşusu Hərifənin 1982-ci ilin fevral ayında bir qızı olmuş və həmin qızı 1983-cü ilin may ayında vəfat etmiş və Ağcabədip şəhərində Üzeyir adlanan qəbiristanlıqda dəfn olunmuşdur. O, bir qonşu kimi həmin yas mərasimində iştirak etmişdir. İş materiallarına əlavə edilmiş Ağcabədi rayon VVADQ şöbəsi tərəfindən verilmiş 24 fevral 1982-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 20 fevral 1982-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Ərizəçi məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx xxxxxx 1958-ci il tarixdə ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır. İş materiallarına əlavə olunmuş Ağcabədi rayon VVAQ şöbəsi tərəfindən verilmiş 19 may 1980-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X4 arasında nikah 19 may 1980-ci il tarixdə 94 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 24 oktyabr 2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verimiş 04 sentyabr 2023-cü il tarixli, 3-16-5/8-O-15-887/2023 saylı məktubun məzmunundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı» Qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarına əlavə edilmiş 06 sentyabr 2023-cü il tarixli aktdan görünür ki, həqiqətən mərhum X12 ilə Ərizəçi birgə nikahdan 20 fevral 1982-ci il tarixdə qız övladı X3 anadan olmuşdur. X3 18 may 1983-cü il tarixdə vəfat etmişdir. Mərhumə Ağcablədi şəhəri, N.Abdullayev küçəsində yerləşən şəhər qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsində göstərilir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcələnin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Ərizəçi qızı X11 20 fevral 1982-ci il tarixdə anadan olmuş və 18 may 1983-cü il tarixdə vəfat etmiş, lakin qeydiyyat şöbəsinə qeydə alınması üçün ərizə verilməmişdir və ona görə Qeydiyyat şöbəsində ölümün qeydə alınması aşkar edilməmişdir. Hazırda qızının ölümü ilə bağlı sənədi ərizəçinin başqa yolla əldə etməsi mümkün deyildir. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, bu hüquqi faktın müəyyən edilməsi ərizəçi üçün hüquqi nəticələrə səbəb olduğuna görə, ərizə təmin edilməli, ərizəçinin 20 fevral 1982-ci il tarixdə anadan olmuş X2 18 may 1983-cü il tarixdə ölməsi və ölümünün qeydə alınması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 20 fevral 1982-ci il tarixdə anadan olmuş X6 18 may 1983-cü il tarixdə ölməsi və ölümün qeyd edilməsi faktı müəyyən edilsin. X8 ölümü haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar