Məhkəmə qərarları › İş №2(017)-207/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-207/2024

23.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-207/2024 23.01.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hacıyev Fuad Hacı oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, X7 ilə ailə qurmuş və nikahlarını xx.xx.1987-ci il tarixdə rəsmiləşdirmişdirlər. Onların nikahlarından 3 uşaqları olmuşdur. Oğlu Möhlət xx.xx.1990-cı il tarixdə xəstəlikdən ölmüş, Ağcabədi rayonunun Təzəkənd kənd qəbiristanlığında dəfn olunmuşdur. Oğlunun ölümü qeydə alınmadığına görə müəyyən sənədləşmə işlərini apara bilmir. Maraqlı şəxsnə müraciət etmiş, lakin həkim arayışı olmadığına görə ona ölüm haqqında şəhadətnamə verilməmişdir. Ona görə də xx.xx.1990-cı il tarixdə Ağcabədi rayonunun Təzəkənd kəndində anadan olmuş X2 xx.xx.1990cı il tarixdə Ağcabədi rayonunun Təzəkənd kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. xx.xx.2024-cü il tarixdə Maraqlı şəxs rəisi məhkəməyə məktub göndərərək məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X5 ifadəsində göstərdi ki, Ərizəçi onun əmisi qızıdır. Göyçəyin oğlu Möhlət xx.xx.1990-cı il tarixdə xəstəlikdən Ağcabədi rayonunda vəfat etmiş, Ağcabədi rayonunun Təzəkənd kənd qəbiristanlığında dəfn edilmiş, dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid X4 şahid X3 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi X7 ilə xx.xx.1987-ci il tarixdə nikaha daxil olmuşlar. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1990-cı il tarixdə Ağcabədi rayonunun Təzəkənd kəndində anadan olmuşdur. Bu barədə xx.xx.1990-cı il tarixdə 11 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X1, anası Ərizəçi kimi qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Ağcabədi rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-16-5/8-Q-15-960/2023 nömrəli məktubdan görünür ki, X2 ölümünün Maraqlı şəxsndə qeydə alınması mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.1990-cı il tarixdə Ağcabədi rayonunda anadan olmuş X6 xx.xx.1990-cı il tarixdə Ağcabədi rayonunun Təzəkənd kəndində ölmüş, Ağcabədi rayonunun Təzəkənd kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə hesab edir ki, xx.xx.1990-cı il tarixdə anadan olmuş X2 xx.xx.1990-cı il tarixdə Ağcabədi rayonunun Təzəkənd kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 307.2, 307.2.3, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1990-cı il tarixdə anadan olmuş X2 xx.xx.1990-cı il tarixdə Ağcabədi rayonunun Təzəkənd kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar