Məhkəmə qərarları › İş №2(017)-2149/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-2149/2023

21.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-2149/2023 21.11.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hacıyev Fuad Hacı oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək göstərdi ki, atası X6 ilə anası X1 nikahlarından xx.xx.1962-ci il tarixdə anadan olmuş bacısı X7 xx.xx.2001-ci il tarixdə xəstəlikdən vəfat etmiş, Ağcabədi rayon Qiyaməddinli kənd qəbiristanlığında dəfn olunmuşdur. Bacısının ölümü qeydə alınmadığına görə ondan qalmış mirası qəbul etmək mümkün olmamışdır. Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin həkim arayışı olmadığına görə ona bacısının ölümü haqqında şəhadətnamə verilməmişdir. Ona görə də xx.xx.1962-ci il tarixdə anadan olmuş X4 xx.xx.2001-ci il tarixdə Ağcabədi rayonunun Qiyaməddinli kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid X5 ifadəsində göstərdi ki, Ərizəçi onun həmkəndlisidir. Ərizəçi bacısı Həməşə xx.xx.2001-ci il tarixdə xəstəlikdən vəfat etmiş, Ağcabədi rayon Qiyaməddinli kənd qəbiristanlığında dəfn olunmuşdur. Dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid X3 şahid X2 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəməyə məktub göndərərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş AZ 263107 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1962-ci il tarixdə Ağcabədi rayonunda doğulmuşdur. Bu barədə xx.xx.1962-ci il tarixdə 88 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarına əlavə olunmuş Ağcabədi rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-16-5/8-C-15-934/2023 nömrəli məktubdan görünür ki, X4 ölümünün Maraqlı şəxsndə qeydə alınması mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş Ağcabədi RİHB-nın Qiyaməddinli kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 253 nömrəli arayışdan görünür ki, X7 xx.xx.2001-ci il tarixdə vəfat etmiş, Ağcabədi rayonunun Qiyaməddinli kənd qəbiristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, X7 xx.xx.2001-ci il tarixdə vəfat etmiş və Ağcabədi rayonunun Qiyaməddinli kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə hesab edir ki, X4 xx.xx.2001-ci il tarixdə Ağcabədi rayonunun Qiyaməddinli kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 307.2, 307.2.3, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1962-ci il tarixdə anadan olmuş X4 xx.xx.2001-ci il tarixdə Ağcabədi rayonunun Qiyaməddinli kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar