Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-222/2024 31.01.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Ağcabədi rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası X1 13 dekabr 2020-ci il tarixdə vəfat etməsi və ölümün qeyd olunması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi və order üzrə vəkili Ağcabədi rayon Vəkil Bürosunun vəkili Vəkil ərizəni müdafiə edərək çıxışında göstərdi ki, mərhum X7 13 dekabr 2020-ci il tarixdə “covid-19” xəstəliyi səbəbindən vəfat etmişdir. Bu barədə mərhumun oğlu Ərizəçi Azərbaycan Respubliksaı Səhiyyə Nazirliyinin “103” xidmətinə məlumat vermis, mərhum anasının adına olan çağırış 9 saylı bölmənin həkimi Mehman Hüseynov tərəfindən icra olunaraq “həkimə qədər ölüm.Qadın cinsli meyit” diaqnozu qoyulmuşdur. Lakin Ərizəçi azyaşlı qızının ağır xəstəlikdən (G80.0 X5 İflic) əziyyət çəkməsi səbəbindən vaxtında həkimdən AZS 110/Q saylı çağırış vərəqəsini ala bilməmişdir. Həmin çağırış vərəqəsinin isə saxlama müddəti bir il müəyyənləşdirilmişdir. Bu səbəbdən də Ərizəçi anasının ölüm faktının Qeydiyyat Şöbəsində ölüm haqqında akt qeydləri kitabında qeydə alınıb alınmaması barədə hər hansı məlumat mövcud deyildir. 30 noyabr 2023-cü il tarixdə o, ərizə ilə Ağcabədi Regional “Asan Xidmət” X6 müraciət etmiş, və heç bir sənəd aşkar edilməmişdir. Ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Odur ki, 13 dekabr 2020-ci il tarixdə vəfat etmiş X1 ölüm akt qeydinin müəyyən edilməsi və ölüm haqqında şəhadətnamə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəməyə ərizə göndərərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılmaını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 izahat verərək göstərdi ki, X7 onun bacısı qızıdır. Bacısı qızı X7 Bakı şəhərində 13 dekabr 2020-ci il tarixdə “covid-19” xəstəliyi səbəbindən vəfat etmiş və Ağcabədi rayon Kəbirli kənd qəbirstanlığında dəfin olunmuşdur. O, yaxın qohum kimi yas mərasimində iştrak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X9 izahat verərək göstərdi ki, X7 onun qayınatasının bacısı qızıdır. X7 Bakı şəhərində 13 dekabr 2020-ci il tarixdə “covid-19” xəstəliyi səbəbindən vəfat etmiş və Ağcabədi rayon Kəbirli kənd qəbirstanlığında dəfn olunmuşdur. O, yaxın qohum kimi yas və dəfin mərasimində iştrak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 izahat verərək göstərdi ki, X7 onun qohumudur. X7 Bakı şəhərində 13 dekabr 2020-ci il tarixdə “covid-19” xəstəliyi səbəbindən vəfat etmiş və Ağcabədi rayon Kəbirli kənd qəbirstanlığında dəfin olunmuşdur. O, yaxın qohum kimi yas və dəfin mərasimində iştrak etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X14 “Respublika Təcili və X8 Mərkəzi” X14 tərəfindən verilmiş 24 noyabr 2023-cü il tarixli, 18-1-88/2-B-22-xx-xx/2023 saylı arayışdan görünür ki, Ərizəçi xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət etməsinə cavab olaraq bildirilmişdir ki, 2020-ci ilin dekabr ayında X1 adına çağrışların elektron qəbul sistemində müraciət olması barədə məlumat olsa da Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30 dekabr 2016-cı il tarixli 100 saylı əmrinə əsasən çağırış vərəqələri (AZS 110/Q) üçün saxlama müddəti 1 (bir) il müəyyənləşdirildiyi üçün çağırış vərəqələri aktlaşdırılıb silinir. Lakin jurnalda aparılan qeydiyyata əsasən (jurnallar üçün saxlama müddəti 3 il müəyyənləşdirilmişdir) bildirilmişdir ki, “103” xidmətinə əsasən xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanında X1 (51) yaş adına olan çağırışı 9 saylı bölmənin həkimi Mehman Hüseynov icra edərək, ünvanda X2 (51 yaş) məxsus meyit ilə rastlaşmış “həkimə qədər ölüm Qadın cinsi meyit” diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş EGE HOSPİTAL tərəfindən verilmiş müayinə aktından görünür ki, X1 hər iki ağ ciyərdə yer-yer “buzlu şüşə” sahələri aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının Yeni Qaradolaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 noyabr 2023-cü il tarixli, 378 saylı arayışdan görünür ki, Yeni Qaradolaq kənd sakini X7 13 dekabr 2020-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və Ağcabədi rayon Kəbirli kəndinə məxsus olan qəbirstanlıqda dəfin olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ağcabədi Regional”Asan Xidmət” MərkəzindəQeydiyyyat Şöbəsi tərəfindən verilmiş 30 noyabr 2023-cü il tarixli, 3-16-5/8-15-1275/2023 saylı arayışdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı» Qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktrı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 05 dekabr 2023-cü il tarixli Vəkil Orderindən görünür ki, Ərizəçi ilə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Vəkil arasında xx.xx.2023-cü il tarixdə 62 nömrə ilə müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 32 saylı notariat ofisi tərəfindən verilmiş 2.12.2023-cü il tarixli etibarnamənin elektron çıxarışından görünür ki, Ərizəçi tərəfindən Ağcabədi rayon Vəkil Bürosunun vəkili Vəkil etibarnamə verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsində göstərilir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcələnin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Ərizəçi anası X7 13 dekabr 2020-ci il tarixdə vəfat etmiş, lakin qeydiyyat şöbəsinə qeydə alınması üçün ərizə verilməmişdir və ona görə Qeydiyyat şöbəsində ölümün qeydə alınması aşkar edilməmişdir. Hazırda anasının ölümü ilə bağlı sənədi ərizəçinin başqa yolla əldə etməsi mümkün deyildir. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, bu hüquqi faktın müəyyən edilməsi ərizəçi üçün hüquqi nəticələrə səbəb olduğuna görə, ərizə təmin edilməli, ərizəçinin anası X1 13 dekabr 2020-ci il tarixdə ölməsi və ölümünün qeydə alınması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi anası X1 13 dekabr 2020-ci il tarixdə ölməsi və ölümün qeyd edilməsi faktı müəyyən edilsin. X1 ölümü haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-222/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-222/2024
31.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver