Məhkəmə qərarları › İş №2(017)-224/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-224/2025

21.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-224/2025 21.02.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, iddiaçı X2 etibarnamə üzrə nümayəndəsi, order üzrə vəkili Ağcabədi rayon Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, İddiaçı X2 Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə ilasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı X4 məhkəməyə iddia ərizəsi ilə müraiət edərək, iddia ərizəsində göstərmişdir ki, Cavabdeh tanıyır və onunla heç bir ədavəti, düşmənçiliyi yoxdur. 2023-cü il tarixdə cavabdeh ona zəng edərək 300 manat borc istəmiş, o da 300 manat pulu cavabdehin kart hesabına göndərmişdir. Cavabdeh həmin pulu torpaq sənədlərinin hazırlanması, dövlət rüsumunun ödənilməsi məqsəd ilə aldığını bildirmiş və 3-4 günə qaytaracağına söz vermişdir. 2023-cü ilin may ayında isə cavabdeh ondan təkrar olaraq 40 manat borc pul istəmiş o da 40 manatı cavabdehin kart hesabına köçürmüşdür. Ümumilikdə cavabdehin ona 340 manat pul borcu vardır. Lakin müəyyən vaxt keçməsinə baxmayaraq, hazırkı vaxtadək cavabadeh ona olan borcunu qaytarmamışdır. O, cavabdehdən borcun qaytarmasını tələb etsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək borcu qaytarmaqdan boyun qaçırmışdır. Bununla bağlı o, Ağcabədi rayon Polis şöbəsinə müraciət etmiş və cavabdeh polis şöbəsində izahat verərək borcunu etiraf etmişdir. Sonradan aidiyyatı üzrə məhkəməyə müraciət etmişdir. Ona görə məhkəmədən iddia tələbinin tam təmin edilməklə Cavabdeh xeyrinə 340 manat məbləğində borc pulun, vəkil xərci 300 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X2 etibarnamə üzrə nümayəndəsi, order üzrə vəkili Ağcabədi rayon Vəkil Bürosunun Vəkili Nümayəndə iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın tam təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə edilmiş 25 avqust 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan cavabdehin izahatından görünür ki, Cavabdeh iddiaçıdan 340 manat pul almış, həmin puldan hazırda iddiaçıya 340 manat borcu qalmasını etiraf etmişdir. İş materiallarına əlavə edilmiş 25 noyabr 2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı X4 30 manat dövlət rüsumu keçirmişdir. İş materiallarına əlavə edilmiş 45 saylı 25 dekabr 2024-cü il tarixli Müqavilədən görünür ki, iddiaçı X4 ilə Nümayəndə arasında hüquqi xidmətlə bağlı müqavilə bağlanmış və Müqabil tərəfindən göstərilən xidmətlərin müqabilində nağd şəkildə 300 manat pul ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh iddiaçı X1 340 manat borc almış, həmin borcdan heç bir ödəniş etməmişdir. Hazırda Cavabdeh iddiaçı X3 qarşı 340 manat borcu qalmış və bu barədə Cavabdeh Ağcabədi rayon Polis şöbəsində verdiyi izahatda etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsində göstərilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi hüquqi yardıma görə xərcləri, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qanunun normasından və məzmunundan göründüyü kimi qanunvericilik nümayəndənin və ya vəkilin göstərdiyi hüquqi yardıma görə xərcləri ağlabatan məbləğdə müəyyən edilməsini qeyd etmişdir. Xərclərin ağlabatan məbləği anlayışı qiymətləndirilən anlayış olub, hər bir iş üzrə konkret hallar nəzərə alınmaqla onun məzmunu müəyyən edilməlidir. Bir mülki iş üzrə ağlabatan olan məbləğ başqa bir iş üzrə ya həddən artıq, ya da həddən az məbləğ kimi qəbul edilə bilər. Mübahisənin hüququn hansı sahəsinə aid olması, nümayəndənin (vəkilin) iş təcrübəsi, hüququn konkret sahəsindən və ya konkret institutdan olan mübahisələrin həlli ilə əlaqədar işlərin aparılmasında nümayəndənin (vəkilin) ixtisaslaşması, işlərin müxtəlif səviyyəli mürəkkəblik dərəcələri, hüquqi yardımın qısa müddət ərzində göstərilməsi, habelə hüquqi yardımın hansı bölgədə (ərazidə) göstərilməsi və. sairə hallar xərclərin məbləğinə təsir göstərir. Nümayəndənin və ya vəkilin göstərdiyi hüquqi yardıma görə xərclərin ağlabatan məbləğinin müəyyən edilməsində sadalanan hallar, habelə həmin bölgədə (ərazidə) həmin kateqoriyadan olan işlər üzrə hüquqi yardımın göstərilməsinə görə ödənilən, təcrübədə formalaşmış məbləğ, məhkəmədə baxılan işin mürəkkəblik səviyyəsi, nümayəndənin, (vəkilin) iştirak etdiyi (deməli vaxt sərf etdiyi) məhkəmə hərəkətlərinin (iclaslarının) sayı və davam etmə müddəti, sərf olunan maddi vəsaitlərin həcmi, göstərilən hüquqi yardımın nəticəsi olaraq müəssisənin daha çox itkidən yaxasını qurtarması və s. aiddir. Məhkəmə hüquqi yardıma görə xərclərin ağlabatan məbləğini müəyyən edən zaman xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini xeyrinə qətnamə çıxarılanın təqdim etdiyi hesab və konkret hallar, yəni göstərilən yardımın həcmi, nümayəndələrin sayı, baxılan işin mürəkkəbliyi və s. hallarla şərtlənmişdir. Məhkəmə yuxarıda qeyd edilən qanun normaları və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olaraq hesab edir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən tələb edilən 300 manat hüquqi yardıma görə ödənilmiş xərcin əvəzi tam olaraq təmin edilə bilməz. Belə ki, işin mürəkkəbliyi, iddia ərizəsinin formasını, habelə vəkilin məhkəmədə iştirak etməməsini nəzərə alaraq hüquqi yardıma görə 150 manat ödənilmiş xərcin əvəzi borcludan tutulmalı yəni, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təsdiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən iddia qaldırılmasına görə iddiaçının ödədiyi dövlət rüsumu iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçı X4 tərəfindən Cavabdeh 340 manat məbləğində borc pul verilmiş, lakin cavabdeh tərəfindən həmin borc iddiaçıya ödənilməmişdir. Bununlada cavabdeh üzərinə götürdüyü öhdəliyi pozmaqla onu icra etməmişdir. Ona görə iddia qismən təmin olunaraq cavabdehdən 340 manat məbləğdə pul, hüquqi yardıma görə 150 manat və 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə iddiaçı X2 iddia tələbinin qismən təmin olunması qənaətinə gəldi. Yuxarıda göstərilənlərə əsasən və Azərbayan Respublikası MPM-nin 213-214, 216-220, 233-ü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 340 (üç yüz qırx) manat məbləğində borc pul, hüquqi xidmətə görə 150 (yüz əlli) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı X2 xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar