Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-23/2024 18.03.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi, order üzrə vəkili Ağcabədi rayon Vəkil Bürosunun vəkili Vəkil,Cavabdeh etibarnamə üzrə nümayəndəsi, order üzrə vəkili Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə ilasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı etibarnamə üzrə nümayəndəsi, order üzrə vəkili Ağcabədi rayon Vəkil Bürosunun vəkili Vəkil məhkəməyə iddia ərizəsi ilə müraiət edərək, iddia ərizəsində göstərmişdir ki, İddiaçı orta məktəbdə bir yerdə oxuduğu, yaxın rəfiqəsi Ağcabədi şəhər sakini Cavabdeh ilk dəfə 2022-ci ilin dekabr ayında təxminən 1000 manat pul vermişdir. Həmin pulu Leylanın adına olan kapital bank kart hesabına göndərmişdir. Bundan sonra Leylanı öz işlədiyi qızıl mağazalarının sahibləri ilə tanış etmiş və onları çalışdırmışdır ki, Leyla həmin mağazalarla işləyib pul qazansıın. Bundan sonra Leyla qızıl alqı-satqısına başlamışdır.O, Leylaya 2022-ci ilin dekabr ayından etibarən 08 may 2023-cü il tarixə qədər olan müddət ərzində ümumilikdə 54000 (əlli dörd min) manat pul vermişdir. Bundan başqa Leyla ilə görüşüb ona nağd şəkildə də pul vermişdir. Nağd verdiyi pulun təxmini məbləği 4000 manat təşkil edir. Qalan pulu isə o, Leylanın kart hesabına göndərmişdir. Ümumi hesabla o, Leylaya 54000 manat pul vermişdir. Bundan başqa isə Leyla qızıl alqısatqısından əldə etdiyi gəlirin bir hissəsini də ona verməli idi, həmin hissə 114640 (bir yüz on dörd min altı yüz qırx) manat təşkil edir. Leyla ümumilikdə ona təxminən 1000 manatlıq qızıl vermişdir. Bundan başqa Leyla da ona bir neçə dəfə verdiyi pulun üzəri, yəni faizi olaraq məbləğini xatırlamadığı qədər pul qaytarıb. 29 aprel 2023-cü il tarixdə Cavabdeh İddiaçı 168.640 (bir yüz altmış səkkiz min altı yüz qırx) manat məbləğində borcu olduğunu və borcunu oktyabr ayına kimi qaytaracağını yazılı aktla etiraf etmişdir. Lakin cavabdeh götürmüş olduğu puldan qalan 41600 manatı uzun müddət keçməsinə baxmayaraq ödəməkdən yayınmışdır. Dəfələrlə cavabdehə pulu qaytarması barədə müraciət etmiş, lakin müraciətlərinin heç bir nəticəsi olmamış və borcunu qaytarmaqdan imtina etmişdir. Ona görə məhkəmədən iddia tələbinin təmin edilməklə Cavabdeh xeyrinə 41600 manat məbləğində borc pulun və ödənilmiş 214.80 manat dövlət rüsumunun tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixə saat 09:10-təyin edilmiş məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib izahatında göstərdi ki, orta məktəbdə bir yerdə oxuduğu, yaxın rəfiqəsi Ağcabədi şəhər sakini Cavabdeh ilk dəfə 2022-ci ilin dekabr ayında təxminən 1000 manat pul vermişdir. Həmin pulu Leylanın adına olan kapital bank kart hesabına göndərmişdir. Bundan sonra Leylanı öz işlədiyi qızıl mağazalarının sahibləri ilə tanış etmiş və onları çalışdırmışdır ki, Leyla həmin mağazalarla işləyib pul qazansıın. Bundan sonra Leyla qızıl alqı-satqısına başlamışdır. O, Leylaya 2022-ci ilin dekabr ayından etibarən 08 may 2023-cü il tarixə qədər olan müddət ərzində ümumilikdə 54000 (əlli dörd min) manat pul vermişdir. Bundan başqa Leyla ilə görüşüb ona əlbəəl də pul vermişdir. Əlbəəl verdiyi pulu təxmini məbləği 4000 manatdır. Qalan pulu isə o, Leylanın kart hesabına göndərmişdir. Ümumi hesabla o, Leylaya 54000 manat pul vermişdir. Bundan başqa razılaşmalarına əsasən Leyla qızıl alqı-satqısından əldə etdiyi gəlirin bir hissəsinidə ona verməli idi, həmin hissə 114640 (bir yüz on dörd min altı yüz qırx) manat təşkil edir. Leyla ümumilikdə ona təxminən 1000 manatlıq qızıl vermişdir. Bundan başqa Leyla da ona bir neçə dəfə verdiyi pulun üzəri, yəni faizi olaraq məbləğini xatırlamadığı qədər pul qaytarıb. 29 aprel 2023-cü il tarixdə Cavabdeh İddiaçı 168.640 (bir yüz altmış səkkiz min altı yüz qırx) manat məbləğində borcu olduğunu və borcunu oktyabr ayına kimi qaytaracağını yazılı aktla etiraf etmişdir. Lakin cavabdeh götürmüş olduğu puldan qalan 41600 manatı uzun müddət keçməsinə baxmayaraq ödəməkdən yayınmışdır. Ona görə də məhkəmədən iddia tələbinin təmin olunmaqla Cavabdeh 41600 manat məbləğində borc pulun və ödənilmiş 214.80 manat dövlət rüsumunun alınıb ona verilməsini xahiş etdi. xx.xx.2024-cü il tarixə saat 09:10-təyin edilmiş məhkəmə iclasında məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi və izahat verərək göstərdi ki, o, İddiaçı ilə orta məktəbdə bir sinifdə oxuyub rəfiqə olasalar da Ceyranla qızıl alqı-satqısı etməyibdir. Ceyranın sələmə pul verdiyini bilmiş və iş görmək üçün təxminən 1 ilə yaxın müddətdə ondan ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə sələmə pul götürmüşdür. Həmin pulun məbləği təxminən 30000 manat civarındadır. Lakin İddiaçı hesabı ilə 51300 manatdır. Onun dediyi isə həqiqəti əks etdirmir və yalandır. Onun Ceyrandan sələmə aldığı pul təxminən 30000 manat olmuşdur. O, İddiaçı sələmə aldığı pulu ayrı-ayrı vaxtlarda qaytarmışdır. Belə ki onun əlində bunula bağlı qəbzlər vardır. Həmin qəbzlərdən də görünür ki, əsas pul məbləğini və faizini, yəni təxminən 60000 manat pulu qaytarmışdır. 29 aprel 2023-cü il tarixli 168.640 manat borc pulun alınması ilə bağlı öhdəliyin üzərinə götürməsinə dair aktı ona görə yazmışdır ki, İddiaçı onun yanına gələrək, həyat yoldaşı ilə aralarında mübahisə yarandığını, belə ki, həyat yoldaşı ondan pulları hara xərcləməsi və ya kimə verməsini tələb edərək onu boşayacağı ilə hədələmişdir. Ona görə də Ceyran ondan həyat yoldaşını inandırmaq və ailəsinin dağılmaması üçün formal olaraq həmin məbləğdə akt yazmasını xahiş etmişdir. Oda Ceyranın ailəsi dağılmaması üçün bir yaxın rəfiqə kimi məcbur olub Ceyrana borcu olmadığı halda 168.640 manat məbləğində pulu ödəyəcəyi barədə akt yazmışdır. Həmin aktın heç bir əsası olmayıb, formal olaraq yaılmışdır. Onun Ceyrana heç bir borcu yoxdur. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi, order üzrə vəkili Ağcabədi rayon Vəkil Bürosunun vəkili Vəkil iddiaçının izahatına uyğun çıxış edərək, iddianı müdafiə etdiyini və tam təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi, order üzrə vəkili Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili X2 cavebdehin izahatına uyğun çıxış edərək iddianın rədd edilməsini xahiş etdi. Cavabdheh tərəfindən məhkəməyə təqdim edilmiş diskə yüklənmiş və məhkəmə icasında dinlənilmiş whunatsip-p səs yazılarının heç bir hüquqi əsası yoxdur. Yəni səs yazılarında cavabdeh tərəfindən iddiaçıya pulun tam ödənilməsi təsdiqini tapmır. Belə ki, səs yazılarında Cavabdeh İddiaçı qalan borcunu ödəyə bilməsi üçün qızıl alveri etməyə görəəlavə pul istəməsi və iddiaçıdan cavabdehdən ona vaxt verməsini xahiş edir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, Ağcabədi şəhər sakini Ağayeva X4 şəhər sakini İddiaçı 168.640 manat məbləğində pul borcunun olduğunu bu borcu oktyabr ayına kimi qaytaracağı öhdəliyini öz üzərinə götürmüş və imzası ilə təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasıənın rədd edilməsi barədə qərardan görünür ki, Ağcabədi rayon X3 Bölməsində iş araşdırılmış və toplanmış materialda cinayət tərkibinin olmamas əsası ilə cinayət işinin başlanması rədd edilmiş və 41600 manat borcu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Cavabdeh şikayəti əsasında Ağcabədi rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasıənın rədd edilməsi barədə qərarı ləğv edilmiş və Cavabdeh əlavə izahat verərək göstərmişdir ki, ilkin araşdırma zamanı həyəcanlı olduğu üçün, eləcə də dediklərinin mahiyyətini dərk etmədən həqiqətə uyğun olmayan formada izahat vermişdir. Əlavə olaraq bildirir ki, İddiaçı sələmə pul verməsini bilirmiş, o da iş görmək üçün təxminən 1 ilə yaxın müddətə ondan ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə sələmə pul götürmüşdür. Həmin pulun məbləği təxminən 30000 manatcivarındadır, lakin İddiaçı hesabı ilə 51300 manatdır, onun dediyi isə həqiqəti əks etdirmir, yalandır. Onun Ceyrandan sələmə aldığı pul təxminən 30000 manat olmuşdur. O, İddiaçı ayrı-ayrı vaxtlarda sələmə aldığı pulu qaytarmışdır. Belə ki, onun əlində bununla bağlı qəbzlər də vardır. Həmin qəbzlərdən də görünür ki, sələmin əsas pul məbləğini və onun faizini, yəni təxminən 60.000 manat pulu qaytamışdır. Onun Ceyrana heç bir borcu qalmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ödəniş kartı üzrə çıxarışdan görünür ki, İddiaçı məxsus kart hesabına müxtəlif tarixlərdə dövr üzrə məxaric olunub 142,871.01 manat, mədaxil olunan pul isə 143,071.17 manat olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli,xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, qəbzlərdən görünür ki, cavabdeh tərəfindən İddiaçı məxsus kart hesabına ümumilikdə 48.951 manat pul ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh İddiaçı tərəfindən ayrı-ayrı vaxtlarda ümumilikdə 54000 manat məbləğində borc pul verilmiş, hazırda iddiaçı cavabdeh tərəfindən ona ayrı-ayrı vaxtlarda verilən pulları nəzərə alaraq 41600 manat pulu tələb edir. Lakin işdə olan cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş qəbzlərdən də görünür ki, həmin pulun cavabdeh tərəfindən müxtəlif vaxtlarda ödənilmiş ümumi məbləği tələb olunan puldan çıxdıqdan sonra, cavabdehin 15000 manat məbləğdə borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsində göstərilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təsdiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən iddia qaldırılmasına görə iddiaçının ödədiyi dövlət rüsumu iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən Cavabdeh ayrı-ayrı vaxtlarda ümimilikdə 54000 manat məbləğində borc pul verilmiş, hazırda iddiaçı tərəfindən 41600 manat tələb edilsə də, cavabdehin ayrı-ayrı vaxtlarda ödənişləri nəzərə alınaraq müəyyən olunmuşdurki, cavabdehin iddiaçıya 15000 manat məbləğində borcu vardır. Bununla bağlı cavabdeh üzərinə götürdüyü öhdəliyi pozmaqla onu tam icra etməmişdir. İddianın təmin olunmuş hissəsinə uyğun olaraq cavabdehdən 135 manat dövlət rüsumu tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə İddiaçı iddia tələbinin qismən təmin olunması qənaətinə gəldi. Yuxarıda göstərilənlərə əsasən və Azərbayan Respublikası MPM-nin 213-214, 216- 220, 233-ü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 15000 (on beş min) manat məbləğində borc pul və ödənilmiş 135 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-23/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-23/2024
18.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver