Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-2306/2025 23.12.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı 2000 manat borc pul və 40 manat dövlət rüsumu tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh uzun müddətdir tanıyır. 09 aprel 2025-ci il tarixdə Cavabdeh onun yanına gələrək təcili pula ehtiyacı olduğunu bildirərək ondan 2000 manat borc istəmişdir. O, da cavabdehə inanaraq ona 2000 manat borc pul vermişdir. Cavabdeh ondan borc alması ilə bağlı öz xətti ilə yazılmış qəbz vermişdir. Cavabdeh yaxın günlərdə fotoçəkiliş olacağını və oradan aldığı pulla onun borcunu qaytaracağını bildirsə də, borcunu ödəməmişdir. Bununla bağlı dəfələrlə cavabdehə xəbərdarlıq etsə də, cavabdeh müxtəlif bəhanələrlə borcunu qaytarmamışdır. görə də göstərdiklərini nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul edərək izahatında göstərdi ki, 09 aprel 2025-ci il tarixdə o iddiaçının yanına gələrək təcili pula ehtiyacı olduğunu bildirərək ondan 2000 manat borc istəmişdir. İddiaçı da ona 2000 manat borc vermişdir. O, borcunu 1 ay müddətində qaytaracağını bildirmişdir. Lakin maddi imkanı olmadığından borcunu ödəyə bilməmişdir. Həmçinin məhkəmə hazırlıq iclasında qəbzin onun xətti ilə yazılmadığını bildirsə də, hazırda qəbzin onun xətti ilə yazıldığını etiraf edir. İddianı qəbul edir və borcunu yaxın zamanda hissə-hissə də olsa ödəyəcəkdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 09 aprel 2025-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh qəbz yazaraq İddiaçı 2000 manat borcunun olmasını, borcunu 1 ay müddətində qaytaracağını qeyd etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 noyabr 2025-ci il tarixli, 4/1854 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş mülki işin 36-cı vərəqində olan xx.xx.2025-ci il tarixli qəbzin əlyazma mətni (qəbzin sonunda İmran xx.xx.2025 yazılarından başqa) və imzalar Cavabdeh tərəfindən icra olunmuşdur. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. İş materiallarından göründüyü kimi Cavabdeh 09 aprel 2025-ci il tarixdə İddiaçı 2000 manat borc pul alaraq bir ay müddətində qaytarmağı öhdəsinə götürsə də, həmin 2000 manat pulu iddiaçıya qaytarmamışlar. Cavabdeh məhkəmə hazırlıq iclasında 09 aprel 2025-ci il tarixli qəbzdəki yazıların və imzaların ona aid olmadığını göstərsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Həmçinin Cavabdeh İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 09 aprel 2025-ci il tarixli qəbzdəki mətnin və imzanın ona məxsus olmamasını göstərdiyi üçün məhkəmənin 22 oktyabr 2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəməxətşunaslıq ekspertizası təyin edilərək rəy alınmış və həmin rəydə ekspertizaya təqdim olunmuş mülki işin 36-cı vərəqində olan xx.xx.2025-ci il tarixli qəbzin əlyazma mətni (qəbzin sonunda İmran xx.xx.2025 yazılarından başqa) və imzalar Cavabdeh tərəfindən icra olunduğu qeyd olunmuşdur. Odur ki, məhkəmə İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 09 aprel 2025-ci il tarixli qəbzi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 noyabr 2025-ci il tarixli, 4/1854 saylı rəyini sübut növü kimi qəbul edir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh 2000 manat məbləğində borcu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh 2000 manat borc pul alınaraq İddiaçı verilməlidir. İşdə olan 23 iyun 2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı 40 manat dövlət rüsumu ödəmişdir. İşdə olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 112 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, Cavabdeh 40 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilməli və 112 manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 2000 (iki min) manat borc pul və ödənilmiş 40 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Cavabdeh əlavə olaraq 112 (bir yüz on iki) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. (VÖEN **********, hesab AZ41NABZ********************) Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-2306/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-2306/2025
23.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver