Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-233/2023 28.02.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 və Cavabdeh iştirakı ilə İddiaçı ləğv prosesində olan Zaminbank ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı borcun, bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi, xərclərin əvəzinin alınması, ilkin satış qiymətinin müəyyən edilməsi, əmlakın açıq hərracdan satılması və satışdan əldə edilmiş vəsaitin ödənişə yönəldilməsi, əldə olunmuş vəsait kifayət etmədikdə qalan məbləğin cavabdehdən tutulması və ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin ev boşaldılaraq alıcıya təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan Zaminbank ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı borcun, bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi, xərclərin əvəzinin alınması, ilkin satış qiymətinin müəyyən edilməsi, əmlakın açıq hərracdan satılması və satışdan əldə edilmiş vəsaitin ödənişə yönəldilməsi, əldə olunmuş vəsait kifayət etmədikdə qalan məbləğin cavabdehdən tutulması və ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin ev boşaldılaraq alıcıya təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş 22 iyul 2016-cı il tarixli, 2-1(81)-3620/2016 nömrəli qərarın surətindən görünür ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarına əsasən Zaminbank ASC ləğv edilmiş, Zaminbank ASC-yə 24 iyul 2016-cı il tarixdən ləğvedici qismində Əmanətlərin Sığortalnması Fondu təyin edilmişdir. İddiaçı Ləğv prosesində olan Zaminbank ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə Zaminbank ASC-nin Ağcabədi filialı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 8230 nömrəli kredit müqaviləsinə əsasən illik 27 faizlə, 24 ay müddətinə 20000 manat məbləğində kredit almışdır. Bu borcun, təminatı olaraq Cavabdeh mülkiyyətində olan Ağcabədi rayonu Ağabəyli kəndi ərazisində yerləşən 0,16 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 148,3 kv.metr olan fərdi yaşayış evi xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. Kredit müqaviləsinin 2.5-cu bəndinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və odur ki, gecikdirilən hər gün üçün borclu kreditora kreditin aylıq ödənişinin 0,1 faiz həcmində dəbbə pulu tələb edir. Kredit müqaviləsinin 3.4.1-ci bəndinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Müqavilənin 3.4.2-ci bəndinə əsasən öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcu məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri banka ödəməlidir. Buna baxmayaraq cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda Cavabdeh banka 10158,55 manat məbləğində əsas və 3231,72 manat məbləğində gecikdirilən gün üçün hesablanmış faiz borcu olmaqla, cəmi 13390,27 manat məbləğində borcu yaranmışdır. Cavabdeh Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş və ona yeni güzəştli kredit müqaviləsinin bağlanması təklif edilmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixdə ləğv prosesində olan Zaminbank ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna kredit borcunun restrukturizasiya olunması üçün ərizə verərək 10701,55 manat əsası borcun 60 ay müddətinə restrukturizasiya edilməsini xahiş etsə də bu günədək bankla Fərmanın şərtlərinə uyğun olaraq vaxtı keçmiş kredit borcu üzrə kredit müqaviləsi bağlamamışdır. Bundan sonra cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmiş, eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdeh bildirişə münasibətlərini bildirmir. Ona görə də Cavabdeh iddiaçının xeyrinə xx.xx.2014-cü il tarixli 8230 nömrəli kredit müqaviləsinə əsasən, 10158,55 manat məbləğində əsas və 3231,72 manat məbləğində gecikdirilən gün üçün hesablanmış faiz olmaqla, cəmi 13390,27 manat məbləğində borcun, ipoteka predmetinə tutmanın qeydiyyata alınması üçün ödənilmiş 45 manat rüsumun və 131 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulmasına; ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilərək borcun əvəzi Ağcabədi rayonu Ağabəyli kəndi ərazisində 0,16 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 148,3 kv.metr olan fərdi yaşayış evinə yönəldilməsinə, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsinə, əldə olunmuş vəsait kifayət etmədikdə qalan məbləğin cavabdehdən tutulmasına və ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin ev boşaldılaraq alıcıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərək işə onun iştirakı olmadan baxılamsını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı əsas borca dair hissədə qəbul edir, qalan hissədə qəbul etməyərək izahatında göstərdi ki, onunla Zaminbank ASC-nin Ağcabədi filialı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 8230 nömrəli kredit müqaviləsinə əsasən illik 27 faizlə, 24 ay müddətinə 20000 manat məbləğində kredit almışdır. Bu borcun, təminatı olaraq mülkiyyətində olan Ağcabədi rayonu Ağabəyli kəndi ərazisində yerləşən 0,16 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 148,3 kv.metr olan fərdi yaşayış evini xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoymuşdur. Maddi imkanı olmadığına görə borcu yaranmışdır. Ona görə də iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2014-cü il tarixli, 8230 nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 24 ay müddətinə, illik 27 faizlə 20000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 8230/1 nömrəli sonrakı ipoteka müqaviləsindən görünür ki, xx.xx.2014-cü il tarixli, 8230 nömrəli kredit müqaviləsinin təminatı olaraq Ağcabədi rayonu Ağabəyli kəndi ərazisində 0,16 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 148,3 kv.metr olan fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Müstəqil qiymətləndiricinin rəyinə əsasən ipotekanın predmeti 25000 manat məbləğində qiymətləndirilmişdir. Tərəflər bu barədə müqaviləyə 2.5 bəndi əlavə etmişlər. İş materiallarında olan sənədlərdən və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 6 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli RX seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, Ağcabədi rayonu Ağabəyli kəndi ərazisində 0,16 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 148,3 kv.metr olan fərdi yaşayış evi xx.xx.2014-cü il tarixli, 8230 nömrəli kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş və qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 6 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli RX seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, Ağcabədi rayonu Ağabəyli kəndi ərazisində 0,16 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 148,3 kv.metr olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur. İş materiallarında olan Zaminbank ASC-nin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 6 saylı Ərazi İdarəsinə ünvanlanmış ərizəsindən görünür ki, “İpoteka predmetinə tutmanın yönəldilməsi” haqqında bildirişlərin Azərbaycan Respublikasının İpoteka haqqında qanunun 36-cı maddəsində göstərilən qaydada qeydə alınması xahiş olunmuş və həmin ərizə 6 saylı Ərazi İdarəsində qeydiyyatdan keçmişdir. İş materiallarında olan Zaminbank açıq səhmdar cəmiyyətinin xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə 8230 nömrəli kredit müqaviləsi üzrə banka 10158,55 manat məbləğində əsas, əsas borca hesablanmış 0,00 manat faiz, 0,00 manat cərimə, 3231,72 manat məbləğində gecikdirilən gün üçün hesablanmış faiz borcu olmaqla, cəmi 13390,27 manat məbləğində borcu vardır. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, iddiaçı açıq səhmdar cəmiyyəti dövlət rüsumuna görə 131 manat ödəmişdir. Məhkəmə iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Zaminbank ASC-nin Ağcabədi filialı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixli, 8230 nömrəli kredit müqaviləsinin bağlanması, onun bankdan 24 ay müddətinə 20000 manat məbləğində kredit alması, kreditdən istifadəyə görə illik 27 faiz ödəməyi öhdəsinə götürməsi, onun müqavilə öhdəliklərini yerinə yetirməməsi və hazırda Cavabdeh xx.xx.2014-cü il tarixli, 8230 nömrəli kredit müqaviləsi üzrə 10158,55 manat məbləğində əsas, əsas borca hesablanmış 0,00 manat faiz və 0,00 manat cərimə borcunun qalması sübuta yetir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret halları nəzərə almaqla, tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Həmin maddənin tələbinə əsasən tənasüb müəyyənləşdirilən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi, dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının MM-nin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 310-cu maddəsinə əsasən eyni bir əşya ipoteka ilə bir neçə dəfə yüklü edilə bilər. Yüklü edilmənin növbəliyi ipotekanın dövlət qeydiyyatı anı ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Yenə də həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. "İpoteka Haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. «İpoteka Haqqında» Azərbaycan Respublikasının Qanununun 34.1.2-cü maddəsinə əsasən əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu verir. «İpoteka Haqqında» Azərbaycan Respublikası Qanununun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. «İpoteka Haqqında» Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı olan iddiasının əldən çıxmış faydaya görə pulun alınıb verilməsinə dair hissəsində (kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 05 (beş) faizlə hesablanmış 3231,72 manat məbləğində əldən çıxmış fayda hissəsində) iddiaçı həmin halları təsdiq edən mötəbər sübut növünü məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli olan qanun normalarına uyğun qiymət verərək hesab edir ki, Mehdiyeva X1 ASC ilə xx.xx.2014-cü il tarixli, 8230 nömrəli kredit müqaviləsi bağlayarkən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən ipoteka ilə yüklü edilmiş Ağcabədi rayonu Ağabəyli kəndi ərazisində 0,16 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 148,3 kv.metr olan fərdi yaşayış evinin ilkin satış qiyməti 25000 manat müəyyən edilməklə açıq hərrac yolu ilə satılaraq satışdan əldə edilən puldan Cavabdeh xx.xx.2014-cü il tarixli, 8230 nömrəli kredit müqaviləsi üzrə 10158,55 manat əsas borc, ipoteka predmetinə tutmanın qeydiyyata alınması üçün ödənilmiş 45 manat, həmçinin 120,47 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməli və satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi ipoteka qoyana verilməlidir. Əldə olunmuş vəsait borcun ödənməsinə kifayət etmədikdə qalan məbləğ ümumi qaydada cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İpoteka qoyulmuş mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə (boşaldaraq təhvil vermədikdə) cavabdeh fərdi yaşayış evi və yerləşdiyi 0,16 ha torpaq sahəsindən çıxarılmalı və fərdi yaşayış evi boşaldılaraq alıcıya təhvil verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2014-cü il tarixli, 8230 nömrəli kredit müqaviləsi üzrə 10158,55 manat əsas borc, ipoteka predmetinə tutmanın qeydiyyata alınması üçün ödənilmiş 45 manat, həmçinin 120,47 manat dövlət rüsumunun əvəzi alınaraq Ləğv prosesində olan Zaminbank ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanma Fonduna ödənilsin. Tutma ilkin satış qiyməti 25000 manat müəyyən edilməklə, ipoteka predmeti olan Ağcabədi rayonu Ağabəyli kəndi ərazisində 0,16 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 148,3 kv.metr olan fərdi yaşayış evinə yönəldilsin. Həmin ipoteka müqaviləsi ilə yüklü edilmiş əmlak açıq hərrac yolu ilə satılsın və satışdan əldə olunan puldan Cavabdeh borcu ödənilsin. Satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi ipoteka qoyan - Cavabdeh verilsin. Satışdan əldə olunan vəsait borcun ödənməsinə kifayət etmədikdə qalan məbləğ ümumi qaydada Cavabdeh tutularaq iddiaçı Ləğv prosesində olan Zaminbank ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanma Fonduna ödənilsin. İpoteka qoyulmuş mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə (boşaldaraq təhvil vermədikdə) Cavabdeh fərdi yaşayış evi və yerləşdiyi 0,16 ha torpaq sahəsindən çıxarılsın və fərdi yaşayış evi boşaldılaraq alıcıya təhvil verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-233/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-233/2023
28.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver