Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-2352/2024 15.11.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında mediatorun iştirakı ilə bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, Maraqlı şəxs ilə xx.xx.2024-cü il tarixdə rəsmi nikah bağlayaraq ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2005-ci il tarixdə X3 və xx.xx.2011-ci il tarixdə X4 adlı uşaqları anadan olmuşdur. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(017)-2608/2016 saylı qətnaməsi ilə cavabdehdən hər ay qazancının 3/1 hissəsində aliment tutulmuşdur. Daha sonra Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)- 2530/2020 saylı qətnaməsinə əsasən alimentin məbləği dəyişdirilərək hər ay hər uşağa görə 170 manat olmaqla cəmi 340 manat olaraq dəyişdirilmişdir. Hal-hazırda tərəf ona bir uşağa görə 120 manat aliment ödəyir. Böyük oğlu hazırda yetkinlik yaşına çatmışdır. Eyni zamanda alimentin ödənilməsi ilə bağlı maraqlı şəxslə xx.xx.2024-cü il tarixli MŞCT/MT020/2023-00142 nömrəli Barışıq sazişi bağlanmışdır. Barışıq sazişinə əsasən, maraqlı şəxs 10.000 manat borcu olduğunu qəbul etmişdir. Tərəflər arasındakı razılığa əsasən xx.xx.2024-cü il tarixdən etibarən hər ay birgə nikahdan olan xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün əlavə olaraq 115 manat ümumilikdə 235 manat olmaqla alimentin ona ödənilməsi və o, isə birgə nikahdan olan X2 telefonun istənilən günündə telefon vasitəsilə ünsiyyətdə olması təklifi ilə razılaşmışdır. Lakin, Maraqlı şəxs barışıq sazişini icra etməyərək aliment ödəmir. Ona görə də barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Odur ki, göstərdiklərini nəzərə alaraq ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Maraqlı şəxs məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya mərhələsində mediatorun iştirakı ilə bağlanan xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, saziş imzalandıqdan sonra xx.xx.2024-cü il tarixli MŞCT/MT020/2023-00142 nömrəli Barışıq sazişi bağlanmışdır. Barışıq sazişinə əsasən, maraqlı şəxs 10.000 manat borcu olduğunu qəbul etmişdir. Tərəflər arasındakı razılığa əsasən xx.xx.2024-cü il tarixdən etibarən hər ay birgə nikahdan olan xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün əlavə olaraq 115 manat ümumilikdə 235 manat olmaqla alimentin ona ödənilməsi və o, isə birgə nikahdan olan X2 telefonun istənilən günündə telefon vasitəsilə ünsiyyətdə olması təklifi ilə razılaşmışdır. Məhkəmə, ərizəçini şəxsi dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmiş, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Maraqlı şəxs barışıq sazişinin icrasından boyun qaçırmışdır. Belə olan halda məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, tərəflər arasında xx.xx.2024-cü il tarixdə mediatorun iştirakı ilə bağlanmış barışıq sazişi təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Belə olan halda məhkəmə hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.2024-cü il tarixdə mediatorun iştirakı ilə Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2011-ci il tarixdə anadan olmuş X4 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 235 manat aliment ödənilməsi barədə barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin məcburi icrası həyata keçirilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-2352/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-2352/2024
15.11.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver