Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 2(017)-2438/2023 06.11.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə müəyyənetdi: Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, qızı X2 06 noyabr 1993-cü il tarixdə Ağcabədi rayonunun Minəxorlu kəndində anadan olmuşdur. Qızı 22 noyabr 1995-ci il tarixdə vəfat etmiş və Ağcabədi rayonunun Minəxorlu kənd qəbiristanlığında dəfn olunmuşdur. Lakin qızı Pərvinin vəfatından sonra Maraqlı şəxsnə vaxtında müraciət etmədiklərindən ona ölüm haqqında şəhadətnamə verilməmişdir. Hazırda qızının ölümünü rəsmiləşdirmək istəyirlər. X3 ölümü haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin Maraqlı şəxsndə Pərvinin ölümü haqqında akt qeydi aşkar olunmamış və məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Ona görə 06 noyabr 1993-cü il tarixdə anadan olmuş qızı X1 22 noyabr 1995-ci il tarixdə vəfat etməsi və ölümün qeyd olunması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Ərizəçi tərəfindən ödənilməli olan dövlət rüsumu başqa şəxs tərəfindən, yəni işə aidiyyəti olunmayan Hacıyeva Hicran Əlabbas qızı tərəfindən 100 manat dövlət rüsumu ödənilmiş, həmçinin ərizəyə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, həmin rüsum 03 noyabr 2022-ci il tarixdə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəində göstərilir ki, dövlət rüsumunun iddiaçı tərəfindən ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsində göstərilir ki, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə geri qaytarılır. Həmin Məcəllənin 152.1.5-ci maddəsində göstərilir ki, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə geri qaytarılır. Həmin Məcəllənin 152.2-ci maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 149.2.2, 152.1.1, 152.4, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Ərizənin qaytarılmasına səbəb olmuş nöqsan (dövlət rüsumunun Hacıyeva Hicran Əliabbas qızı tərəfindən deyil, Ərizəçi tərəfindən ödənilməsi) aradan qaldırdıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnun olması iddiaçı Ərizəçi izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Ağcabədi rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən :Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-2438/2023
Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №2(017)-2438/2023
06.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver