Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-2438/2025 20.11.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı 2000 manat borc, ödənilmiş 40 manat dövlət rüsumu və və hüquqi yardıma görə ödənilmiş 20 manat pul tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh 2023-cü ilin iyul ayında ondan 2000 manat borc almışdır. Cavabdeh aldığı 2000 manat borcu 18 mart 2024-cü il tarixdə 500 manat, qalan 1500 manat pulu isə 2024-cü ilin may ayında hissə-hissə qaytaracağına söz vermişdir. Bununla bağlı cavabdeh ona 01 mart 2024-cü il tarixdə öz xətti yazılmış qəbz də vermişdir. Lakin həmin vaxtdan xeyli müddət keçməsinə və dəfələrlə pulunu tələb etməsinə baxmayaraq cavabdeh ona olan həmin borcu qaytarmamışdır. Cavaabdeh maddi imkanının olmadığını bildirərək borcunu ödəməkdən yayınır. Ona görə də göstərdiklərini nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-cı maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 01 mart 2024-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh qəbz yazaraq 2023-cü ilin iyul ayında İddiaçı 2000 manat borc aldığını və hımin pulu 18 mart 2024-cü il tarixdə 500 manat, qalan 1500 manat pulu isə 2024-cü ilin may ayında hissə-hissə qaytaracağını qeyd etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. İş materiallarından göründüyü kimi Cavabdeh 2023-cü ilin iyul ayında İddiaçı 2000 manat borc alıb və həmin borcu 18 mart 2024-cü il tarixdə 500 manat, qalan 1500 manat pulu isə 2024-cü ilin may ayında hissə-hissə qaytarmağı öhdəsinə götürsə də, həmin 2000 manat pulu iddiaçıya qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh 2000 manat pul alınaraq İddiaçı verilməlidir. İşdə olan 17 oktyabr 2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı 40 manat dövlət rüsumu ödəmişdir. İşdə olan 06 may 2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən hüquqi yardım üçün 20 manat xidmət haqqı ödənilmişdir. Şərh olunan maddələrin tələbinə uyğun olaraq məhkəmə həmçinin hesab edir ki, Cavabdeh əlavə olaraq 40 manat dövlət rüsumu və hüquqi yardım üçün ödənilmiş 20 manat xidmət haqqı tutulub İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 2000 manat borc, ödənilmiş 40 manat dövlət rüsumu və hüquqi yardım üçün ödənilmiş 20 manat xidmət haqqı, cəmi 2060 (iki min altmış) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-2438/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-2438/2025
20.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver