Məhkəmə qərarları › İş №2(017)-2439/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-2439/2025

13.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-2439/2025 13.11.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Agcabədi rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, İddiaçı oğlnun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 2024-cü ilin sentyabr ayında Cavabdeh 1200 manat dəyərində 5 baş xırdabuynuzlu heyvanları nisyə satmış, cavabdeh 3-4 gün müddətində pulunu ödəyəcəyinə dair söz versə də, pulu ödəməkdən müxtəlif bəhanələrlə yayınmışdır. Dəfələrlə cavabdehin evinə gedib pulunu tələb etsə də, hər hansı nəticəsi olmamışdır. Bununla bağlı DİN-nin 102 qaynar xəttinə zəng edərək şikayətini bildirmişdir. Həmin şikayətindən sonra cavabdeh ona qalan borcundan 100 manat qaytarmışdır. Hazırda cavabdehin ona 1100 manat borcu qalmışdır. Polis şöbəsi tərəfindən müraciətlərinin mülki xarakterli olması ilə əlaqədar onlara məhkəməyə müraciət etməsinin tövsiyyə olunmasını göstərib, məhkəmədən iddia tələbinin təmin edilməklə Cavabdeh xeyirinə 1100 manat pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, cavbdeh Cavabdeh ilə öz aralarında şifahi razılaşaraq 1200 manat dəyərində 5 baş xırdabuynuzlu heyvanları nisyə cavabdehə satmışdır. Cavabdeh ona olan borcunu 3-4 günə qaytarmasını söz versə də, həmin borcundan cəmi 100 manat qytarmışdır. Hazırda cavabdehin ona 1100 manat borcu qalıbdır. O, həmin borcunu cavabdehdən dəfələrlə tələb etsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək borcu qaytarmaqdan boyun qaçırdır. Ona görə də, göstərdiklərini nəzərə alaraq Cavabdeh 1100 manat borc pulun tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan Cavabdeh Ağcabədi rayon PŞ-də verdiyi izahatdan görünür ki, Cavabdeh İddiaçı ümumi məbləği 960 manat dəyərində 3 baş xırdabuynuzlu heyvan almış, həmin vaxt pulu olduğu üçün 280 manat ödəmiş, qalan borcunu isə hissə-hissə qaytaracağını bildirmişdir. Həmin söhbətdən iki gün sonra 100 manbat pulu Qalibin kart hesabına vurmuşdur. əlavə olaraq bildirmişdir ki, hazırda Qalibə 500 manat borcu qalmış həmin borcunu da 2025-ci ilin mart ayınadək qaytaracaqdır. İş materiallarında olan Ağcabədi rayon PŞ-si tərəfindən verilmiş 05 fevral 2025-ci il tarixli məktundan görünür ki, İddiaçı Azərbaycan Respublikası DİN-nin “102” xidməti zəng mərkəzi sisteminə ünvünladığı müraciəti araşdırılmış, mülki xarakterli olduğu üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ ona izah edilmişdir. Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formadabağlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı tərəfindən Cavabdeh aralarında olan şifahi razılaşma əsasında 960 manat dəyərində 3 baş xırdabuynuzlu heyvanlar nisyə verilmiş, həmin borcdan cavabdeh ümumilikdə 460 manat qaytarmış və hazırda Cavabdeh İddiaçı 500 manat borcu qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təsdiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə 65 manat dövlət rüsumu iddiaçının məcburi köçkün kimi rüsumdan azad olması nəzərə alınmaqla həmin məbləğ də cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 233.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Beləliklə, məhkəmə iş üzrə müəyyən olunmuş sübutlara hüquqi qiymət verərək belə bir nəticəyə gəlir ki, İddiaçı tərəfindən Cavabdeh nisyə satılmış xırdabuynuzlu heyvanlara görə cavabdehin 500 manat məbləğində borc öhdəliyi yaranmış, lakin Cavabdeh borclu olduğu pulun qaytarılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi pozmaqla onu tam icra etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə İddiaçı iddia tələbinin qismən təmin olunması qənaətinə gəldi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 500 (beş yüz) manat məbləğində borc pul tutularaq İddiaçı xeyirinə ödənilsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq Hökümət ödəniş portalı vasitəsilə Ağcabədi rayon Məhkəməsinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar