Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 2(017)-2455/2024 21.11.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlu, Hacıyev Fuad Hacı oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq m ü ə y y ə n e t d i m: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı ərazi aidiyyətinə əməl etməmiş, bununla da MPM-nin tələblərinə riayət etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İş materiallarından görünür ki, cavabdehin qeydə alındığı yer Xocalı rayonunun Kərkicahan qəsəbəsidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən hakim əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 114.1.3-cü maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Qeyd edilənlər əsasında hesab edirəm ki, iddia ərizəsinin məhkəmə icraatına götürülməsi qeyri-mümkündür. Həmçinin izah edirəm ki, iddia ərizəsinin qaytarılmasına əsas olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçı ümumi qaydada ərazi aidiyyəti qaydalarına əməl etməklə ərazi aidiyyəti üzrə Xocalı Rayon Məhkəməsinə müraciət edə bilər. Həmçinin, xx.xx.2024-cü il tarixdə GPP ********** nömrəli qəbzlə Ağcabədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 80 manat məbləğində dövlət rüsumu tam olaraq iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1, 152.1.3-cü və 263-268-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. İddia ərizəsinin qaytarılmasına əsas olmuş nöqsanı aradan qaldırdıqdan sonra ümumi qaydada ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah edilsin. xx.xx.2024-cü il tarixdə GPP ********** nömrəli qəbzlə Ağcabədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 80 manat məbləğində dövlət rüsumu tam olaraq İddiaçı qaytarılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxarmış məhkəməyə verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-2455/2024
Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №2(017)-2455/2024
21.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver