Məhkəmə qərarları › İş №2(017)-256/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-256/2024

12.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-256/2024 12.03.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 1000 manat pul tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı İddiaçı izahatında göstərdi ki, Cavabdeh1 onun qardaşı, Cavabdeh2 isə qardaşı oğludur. 2020-ci ilin dekabr ayının ortalarında Cavabdeh2 onunla telefon əlaqəsi saxlayaraq Bakı şəhərində Hərbi Hospitalda müalicə olunduğunu və müalicəsi ilə əlaqədar ona 1000 manat borc pul verməsini, 4-5 ay ərzində həmin pulu qaytaracağını bildirmişdir. O, əvvəllər dəfələrlə qardaşı Cavada pul vermiş, lakin Cavad ondan aldığı pulu qaytarmamışdır və bu səbəbdən də Səttara pul vermək istəməmişdir. Bundan sonra, bacısı Rübabə ilə məsləhətləşmiş və Rübabə imkanı varsa həmin pulu Səttara verməsini demişdir. O, da həmin 1000 manat pulu bacısı oğlu Babəklə Səttara göndərmişdir. Bundan bir qədər sonra Babək onunla əlaqə saxlayaraq pulu Hərbi Hospitalın qarşısında Səttara verməsi üçün Cavada verdiyini demiş, o Səttarla əlaqə saxlayaraq Babəkin pulu Cavada verdiyini, pulu Cavada deyil, ona borc verdiyini və ondan da alacağını demişdir. Həmin vaxt Səttar pulun ona çatdığını və 4-5 ay ərzində qaytaracağını bildirmişdir. Həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq Səttar ona olan 1000 manat borcu qaytarmamışdır. Ona görə də göstərdiklərini nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-cı maddəsinə əsaslanaraq cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, İddiaçı onun xalasıdır. Cavabdeh1 onun dayısı, Cavabdeh2 isə dayısı oğludur. 2020-ci ilin sonlarında, tarixini dəqiq xatırlamadığı gündə xalası Mehriban onu evlərinə çağıraraq ona 1000 manat pul verib Hərbi Hospitalda olan Cavabdeh2 çatdırmasını bildirmişdir. O, da Bakı şəhərində yerləşən Hərbi Hospitala getmiş, orada dayısı Cavabdeh1 ilə görüşmüş və həmin 1000 manat pulu Səttara çatdırması üçün sayıb Cavada vermişdir. Bundan sonra, xalası Mehribanla telefon əlaqəsi saxlayaraq pulu Cavabdeh1 verdiyini bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, cavabdehlər həmin borcu qaytarmamışlar. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, İddiaçı onun bacısıdır. Cavabdeh1 onun qardaşı, Cavabdeh2 isə qardaşı oğludur. 2020-ci ilin sonlarında, tarixini dəqiq xatırlamadığı gündə bacısı İddiaçı onunla telefon əlaqəsi saxlayaraq qardaşı oğlu Cavabdeh2 ondan borc pul istədiyini bildirmişdir. O, da Mehribana 1000 manatdan çox pul verməməsini bildirmişdir. Mehriban həmin pulu X2 vasitəsi ilə Səttara göndərmişdir. Sonradan ona məlum olmuşdur ki, cavabdehlər həmin borcu qaytarmamışlar. Məhkəmə iddiaçının izahatını və şahidlərin ifadələrini dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, Cavabdeh2 2020-ci ilin dekabr ayında İddiaçı 1000 manat borc pul istəmiş, İddiaçı ilə Cavabdeh2 arasında olan razılaşmaya əsasən İddiaçı həmin 1000 manat pulu X2 vasitəsi ilə Cavabdeh2 göndərmişdir. X4 Bakı şəhərində Hərbi Hospitalın qarşısında Cavabdeh1la görüşmüş və həmin pulun Cavabdeh2 çatdırılması üçün Cavabdeh1 vermişdir. Bundan sonra, Cavabdeh2 pulun ona çatdığını və 4-5 ay ərzində qaytaracağını bildirsə də, Cavabdeh2 həmin pulu İddiaçı qaytarmamışdır. Bundan başqa, məhkəmə baxışı zamanı həmçinin müəyyən olunmuşdur ki, İddiaçı həmin 1000 manat pulu Cavabdeh2 borc vermiş, Cavabdeh2 1000 manat pulu 4-5 ay ərzində iddiaçıya qaytaracağını bildirmişdir ki, həmin borcun digər Cavabdeh1 heç bir aidiyyəti olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh2 1000 manat borc pul alınaraq İddiaçı verilməli və iddia tələbi Cavabdeh1 aid hissədə təmin edilməməlidir. İşdə olan 24 noyabr 2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə 30 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyindən həmin məbləğ də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh2 1000 manat borc pul və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 1030 (bir min otuz) manat pul alınaraq İddiaçı verilsin. İddia tələbi Cavabdeh1 aid hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar