Məhkəmə qərarları › İş №2(017)-269/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-269/2024

15.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-269/2024 15.02.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hacıyev Fuad Hacı oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, mərhum X9 ilə xx.xx.1987-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. X4 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Onların nikahlarından 3 uşaqları, o cümlədən xx.xx.1989-cu il tarixdə X10 adlı uşaqları olmuşdur. Oğlu Elmin xx.xx.1990-cı il tarixdə xəstəlikdən ölmüş, Ağcabədi rayonunun Hacıbədəlli kənd qəbiristanlığında dəfn olunmuşdur. Oğlunun ölümü qeydə alınmadığına görə ərindən qalmış mirasın qəbulu ilə əlaqədar müəyyən sənədləşmə işlərini apara bilmir. Maraqlı şəxsnə müraciət etmiş, lakin həkim arayışı olmadığına görə ona ölüm haqqında şəhadətnamə verilməmişdir. Ona görə də xx.xx.1989cu il tarixdə Ağcabədi rayonunun Hacıbədəlli kəndində anadan olmuş X5 xx.xx.1990-cı il tarixdə Ağcabədi rayonunun Hacıbədəlli kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. xx.xx.2024-cü il tarixdə Maraqlı şəxs rəisi məhkəməyə məktub göndərərək məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X8 ifadəsində göstərdi ki, Ərizəçi onun qardaşı mərhum X6 həyat yoldaşıdır. Ərizəçi X9 ilə olan nikahlarından xx.xx.1989-cu il tarixdə doğulmuş Elmin xx.xx.1990-cı il tarixdə xəstəlikdən Ağcabədi rayonunda vəfat etmişdir. Məhkəmə iclasında şahid X2 şahid X3 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi X9 ilə xx.xx.1987-ci il tarixdə nikaha daxil olmuşlar. İş materiallarına əlavə olunmuş doğum haqqında arayışın surətindən görünür ki, X10 xx.xx.1989-cu il tarixdə Ağcabədi rayonunun Hacıbədəlli kəndində anadan olmuşdur. Bu barədə xx.xx.1989-cu il tarixdə 138 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X1, anası Ərizəçi kimi qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Ağcabədi rayon İHB-nın Hacıbədəlli kənd İƏD-si üzrə nümayəndəliyin verdiyi xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X9 və Ərizəçi xx.xx.1989-cu il tarixdə Emin adlı uşaqları olmuş, həmin uşaq xəstə olduğuna görə xx.xx.1990-cı il tarixdə vəfat etmiş və Hacıbədəlli kənd qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə olunmuş Ağcabədi rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-16-5/8-Ə-15-1118/2023 nömrəli məktubdan görünür ki, ölüm haqqında tibbi sənəd təqdim edilmədiyi üçün X5 ölümünün Maraqlı şəxsndə qeydə alınması mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.1989-cu il tarixdə Ağcabədi rayonunda anadan olmuş X10 xx.xx.1990-cı il tarixdə Ağcabədi rayonunun Hacıbədəlli kəndində ölmüş, Ağcabədi rayonunun Hacıbədəlli kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə hesab edir ki, xx.xx.1989-cu il tarixdə anadan olmuş X5 xx.xx.1990-cı il tarixdə Ağcabədi rayonunun Hacıbədəlli kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 307.2, 307.2.3, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1989-cu il tarixdə anadan olmuş X5 xx.xx.1990-cı il tarixdə Ağcabədi rayonunun Hacıbədəlli kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar