Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-2712/2025 16.01.2026 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi, order üzrə vəkili Ağcabədi rayon Vəkil Bürosunun vəkili Vəkil və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, cavabdehləri tanıyır və əvvəllər aralarında normal münasibətləri olmuşdur. Cavabdeh1 atası və Cavabdeh2 əri X5 onun evində usta işləmişdir. Buna görə də aralarında normal münasibət yaranmış,bir-birlərinə inam yaranmışdır. 27 mart 2025-ci il tarixdə cavabdehlər ondan 12.000 manat borc almış və aldıqları borcu 27 may 2025-ci il tarixədək qaytaracaqlarına söz vermişlər. cavabdehlər dediklərinin təsdiqi olaraq 27 mart 2025-ci il tarixdə öz xətti ilə qəbz yazıb imza etmişdir. Dəfələrlə cavabdehlərdən borcunu tələb etməyə baxmayaraq cavabdehlər borclu olduqları 12.000 manat pulu hər dəfə müxtəlif bəhanələr gətirərək borcu qaytarmaqdan boyun qaçırmışlar. Ona görə də pozulmuş hüququnun müdafiəsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmədən iddia tələbinin tam təmin edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 12.000 manat məbləğində pulu və ödənilmiş 126 manat dövlət rüsumunun müştərək qaydada tutularaq onun xeyirinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh1 və atası X5 onu inandırmışlar ki, borcluolduqları pulu tam olaraq ödəməyə hazırdılar. Lakin pulu bu şətlə verəcəklər ki, o, notarial qaydada cavabdelərdən şikayət və tələbinin olmaması barədə əriz versin. O da cavabdehlərə inadığı üçün Cavabdeh1 ilə birlikdə Ağcabədi regional “ASAN xidmət” mərkəzinində Notariat ofisinə gedərək cavabdelərdən şikayət və tələbinin olmaması barədə ərizə vermişdir. Sonradan cavabdehlərin onu aldadığını gördükdə ərizənin əslini hissələrə bölərək yayarsız hala gətirmiş və eyni zamanda notariat ofisdinə gedərək həmin ərizəni ləğv etdirmişdir. Cavabdelər ona olan borcundan ödəniş etməmişlər və hazırda 12.000 manat borc olaraq qalmışdır. Ona görə də, göstərdiklərini nəzərə alaraq iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı tanıyır və atası X5 ilə birlikdə İddiaçı evində usta kimi işləmişdirlər. Ehtiyacları olduğu üçün iddiaçıdan 12.000 manat borc almış və bununla bağlı anası Cavabdeh2 ilə birlikdə öz xətt və imzaları ilə qəbz yazıb vermişlər. Hazırda anası Cavabdeh2 xəsət olduğu üçün məhkəmə iclasına gələ bilməmişdir. Onlar məhkəməyə qədər borclarını verə bilməmişlər. Lakin İddiaçı məhkəmədə iddia qaldırdıqdan sonra atası Elgiz ona 9000 manat pul vermişdir ki, iddiaçıya versin. O da həmin pulu şəxsən özü İddiaçı vermişdir. Bundan başqa qalan 3000 manat pulu atası Elgiz iddiaçıya vermişdir. Onlar borclarını tam ödədikdən sonra İddiaçı ilə birlikdə Ağcabədi regional “ASAN xidmət” mərkəzi notariat ofisinə getmişlər və iddiaçı orda ərizə verərək onlara qarşı heç bir şikayət və tələbinin olmadığını göstərimişdir. Sonradan iddiaçı onlardan pulun faizi kimi əlavə 5000 manat vermələrini də tələb etmiş, o da razılaşmadığı üçün İddiaçı ərizənin əslini hissələrə bölərək yararsız hala salmışdır. Lakin o, ehtiyat üçün mobil telefon vasitəsilə həmin ərizənin foto şəklini çəkmiş və surət olaraq əlində saxlamışdır. Hazırda nə onun, nə də anası Cavabdeh2 iddiaçıya heç bir məbləğdə borcları yoxdur. Ona görə də, göstərdiklərini nəzərə alaraq iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili Vəkil iddiaçının izahatına uyğun izahat verərək, iddianın tam təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X6 izahatında göstərdi ki, hər iki tərəfi tanıyır və heç biri ilə ədavəti və düşmənçiliyi yoxdur. İddiaçı Cavabdeh1 atası Elçin Vəliyev ona 1000 manat pulu vermişdir ki, İddiaçı versin. O da həmin pulu İddiaçı vermişdir. Hazırda cavabdehlərlə iddiaçının arasında nə qədər pulun qalması barədə məlumatı yoxdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş qəbzdən görünür ki, Cavabdeh1 və Vəliyeva X1 sakini İddiaçı xx.xx.2025-ci il tarixdə xx.xx.2025-ci il tarixə qaytarmaq şərti ilə 12000 manat borc almışdılar. İşdə olan və məhkəmə iclasında elan edilmiş 22 mart 2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Cavabdeh2 izahatında həyat yoldaşı X4 Qiyamaddınlı kənd sakini İddiaçı evində usta işlədiyini və İddiaçı 6000 manat pul aldığını eşitdiyini bildirmişdir. İşdə olan və məhkəmə iclasında dinlənilmiş xarici yaddaş qurğusu olan USB flaş yaddaşdan görünür ki, tərəflər arasında hazırki mübahisə ilə bağlı danışıqlar getmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş etibarnamə və orderdən görünür ki, İddiaçı ilə Ağcabədi Rayon Vəkil Bürosunun vəkili Vəkil Abduəli oğlu arasında müqavilə bağlanmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 11 dekabr 2025-ci il tarixli ərizənin surətindən görünür ki, Quliyev X3 regional “ASAN xidmət” mərkəzində notariat ofisində ərizə verərək, Cavabdeh1 heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 13 avqust 2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı 126 manat dövlət rüsumu keçirmişdir. Məhkəmə iddiaçının, cavabdehin və şahidin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı Quliyev X3 regional “ASAN xidmət” mərkəzinin notarius ofisində cavabdehlərdən şikayət və tələbinin olmadığı barədə ərizə verdikdən sonra cavabdelərin onu aldadaraq pulu ona vermədiklərini göstərsə də, bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” 12 avqust 2020-ci il tarixli Qərarına əsasən mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə bağlıdır. Müqavilənin bağlanmış sayılması üçün tərəf qarşılıqlı olaraq müəyyən hüquqi nəticəni əmələ gətirmək arzusunda olmalı və buna uyğun mühüm şərtləri özündə əks etdirən iradələrini bəyan etməlidirlər. Yəni müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır (Mülki Məcəllənin 324-cü maddəsi). Mülki Məcəllənin 389.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı iki və ya bir neçə şəxs arasında razılaşdırılmış müqavilə əsasında həyata keçirilir. Mülki Məcəllədə nəzərdə tutulan müqavilə növlərindən biri də borc müqaviləsidir. Kredit müqaviləsi qanunvericilikdə borc müqaviləsinin bir növü kimi müəyyən edilmişdir. Belə ki, Məcəllənin borc müqaviləsinin anlayışına aydınlıq gətirən 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Müqavilənin bağlanması anının dəqiq müəyyənləşdirilməsi müqavilə iştirakçılarının mülki hüquq münasibətlərinin tənzimlənməsində böyük əhəmiyyətə malikdir. Məhz müqavilənin bağlandığı andan tərəflərin konkret hüquq və vəzifələri yaranmış olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Göründüyü kimi qanunvericilikdə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox olduqda borc müqaviləsinin yazılı formada bağlanması tələb olunduğu halda, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 12000 manat məbləğində borc pul verməsi barədə yazılı formada bağlanmış müqavilə məhkəməyə təqdim etməmişdir. Bundan başqa, İddiaçı öz tələbinin faktiki əsası kimi Ağcabədi regional “ASAN xidmət” mərkəzinin notarius ofisində cavabdehlərdən şikayət və tələbinin olmadığı barədə ərizə verdikdən sonra cavabdelərin onu aldadaraq pulu ona vermədiklərini göstərsə də, bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Buradan da göründüyü kimi iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi, yəni hazırda cavabdehin ona 12000 manat borcunun olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları, yəni cavabdehin ona 12000 manat məbləğində borcunun olmasını sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Ankerin» işində qeyd etmişdir ki, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarların qanunliyi və əsaslılığını təmin etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 12000 manat məbləğində pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. İşdə olan 13 avqust 2025-ci il tarixli qəbzindən görünür ki, İddiaçı tərəfindən 126 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunmadığı halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 126 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilməsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 12000 (on iki min) manat məbləğində pul tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 126 (bir yüz iyirmi altı) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-2712/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-2712/2025
16.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver