Məhkəmə qərarları › İş №2(017)-2928/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-2928/2025

07.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-2928/2025 07.01.2026 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ilə yaxın dostluq münasibəti olub, bir yerdə işləyiblər. Təxminən 2023-cü ilin aprel ayında Vətən maddi vəziyyətinin yaxşı olmadığını bildirərək ondan pul istəmişdir. Habil ona əvvəlcə 1000 manat məbləğində, sonra isə əlavə olaraq 670 manat məbləğində pul vermişdir. Cavabdeh həmin puldan 500 manat qaytarmış və 1170 manatı borclu qalmışdır. O, dəfələrlə cavabdehdən borcun qaytarmasını tələb etsə də, cavabdeh müxtəlif bəhanəlr gətirərək borcunu qaytarmaqdan boyun qaçırmışdır. O, məcbur qalaraq Ağcabədi Rayon Polis Şöbəsinə şikayət etmiş, lakin mülki xarakterli olduğu üçün ona məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Cavabdeh ondan borc almasını Ağcabədi RPŞ-də izahatında da etiraf etmişdir. Daha sonra o, məhkəmədə iddia qaldırmaqla Cavabdeh 1170 məbləğində borcun və ödənilmiş 33 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib iddianın tam təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavbdeh Cavabdeh iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, İddiaçı ilə bir yerdə işləyərək ot alqı-satqısı ilə məşğul olurdular. O, ehtiyacı olduğu üçün iddiaçıdan 1000 manat borc almış və sonra həmin borcu hissə-hissə tam olaraq qaytarmışdır. Hazırda onun Habilə heç bir borcu yoxdur. Ona görə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X2 izahatında göstərdi ki, Cavabdeh İddiaçı 1170 manat borc almışdır. Onlar bir yerdə ot alqı-satqısı ilə məşğul olublar. Onda olan məlumata görə cavabdeh Habilə olan borcunu qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X1 izahatında göstərdi ki, Cavabdeh ilə iddiaçı bir yerdə işləyiblər. Təxminən 2023-cü ilin aprel ayında İddiaçı onun kart hesabına 1000 manat pul göndərərək, həmin pulu borc istədiyi üçün Cavabdeh çatdırmasını ondan xahiş etmiş, o da həmin pulu Cavabdeh vermişdir. Onda olan məlumata görə cavabdeh Habilə olan borcunu qaytarmamışdır. İş materiallarına əlavə edilmiş izahatın surətindən görünür ki, Cavabdeh izahat verərək iddiaçıya 1000 manat borcunun olduğunu və hissə-hissə qayatardığını etiraf etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 33 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh İddiaçı 1000 manat məbləğində pul almışdır. Cavabdeh həmin məbləği iddiaçıdan borc aldığını etiraf edərək qaytardığını bildirsə də, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsində göstərilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İddianın təmin olunmuş hissəsinə uyğun olaraq cavabdehdən 30 manat dövlət rüsumu tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən Cavabdeh 1000 manat məbləğində borc pul verilmiş, lakin cavabdeh tərəfindən həmin borc iddiaçıya ödənilməmişdir. Bununlada cavabdeh üzərinə götürdüyü öhdəliyi pozmaqla onu icra etməmişdir. Ona görə iddia qismən təmin olunaraq cavabdehdən 1000 manat məbləğdə pul tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 1000 (bir min) manat məbləğində borc pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar