Məhkəmə qərarları › İş №2(017)-3091/2025

Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №2(017)-3091/2025

20.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 2(017)-3091/2025 20.11.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 4.500 (dörd min beş yüz) manat və ödənilmiş 60 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib bu nəticəyə gəlir ki, ərizə iddia ərizəsinin forma və məzmununa uyğun olmadığı üçün geri qaytarılmalıdır. Belə ki, məhkəmədə müəyyən edilmişdir ki, bu tələblə bağlı Ağcabədi rayon Məhkəməsinin hakimi Rəşad Nuriyevin icraatında 2(017)-61/2025 saylı mülki iş olmuş və həmin iş üzrə 22 yanvar 2025-ci il tarixdə qətnamə çıxarılmışdır. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş, lakin Ağcabədi rayon Məhkəməsinin qətnaməsi Şirvan Apellyasiya Məhkəməsinin 17 sentyabr 2025-ci il tarixli qərardadı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır, həmçinin dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.2.2-ci maddəsində göstərilir ki , eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməs ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa ərizə ona əlavə edilmiş sənələrlə birlikdə geri qaytarılır. Həmin Məcəlləni6n 152.2-cİ maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsində göstərilir ki, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi geri qaytarılır. Qeyd edilənlərə əsasən də məhkəmə hesab edir ki, ərizə Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə verilmədiyindən onun məhkəmə icraatına götürülməsi qeyri mümkündür. Ona görə də ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və ərizəçiyə göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etməsi izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152.1.1, 152.1.3, 152.3, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğu, həmçinin müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədiyi üçün iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Ağcabədi rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar