Məhkəmə qərarları › İş №2(017)-3154/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-3154/2025

02.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-3154/2025 02.03.2026 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı 2000 manat pul və 40 manat dövlət rüsumu tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh uzun müddətdir tanıyır və dost olmuşlar. 10 oktyabr 2024-cü il tarixdə cavabdeh ticarət fəaliyyətini yaxşılaşdırmaq üçün pula ehtiyacı olduğunu bildirərək ondan 2000 manat borc pul istəmiş, O da atası Şöhlətdən 2000 manat pul alıb Cavabdeh vermişdir. Cavabdeh borcu iki ay müddətimə geri qaytaracağını bildirmişdir. Lakin həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq cavabdeh borcunu geri ödəməmişdir. Buna görə də, atası Nümayəndə cavabdehin atasına müraciət edərək borcu geri istəmişdir. Cavabdehin atası Arif isə onları tanıdığı üçün 6 ay müddətində borcu qaytaracaqlarına söz vermişdir. Lakin cavabdeh yenə də borcunu qaytarmamışdır. O da məcbur qalaraq ərizə ilə Ağcabədi Rayon Polis Şöbəsinə müraciət etmiş və polis şöbəsində Cavabdeh izahatı alınan zaman borcu etiraf etmişdir. Həmçinin Ağcabədi Rayon Polis Şöbəsindən ona məhkəməyə müraciət etməsi izah olunmuşdur. Ona görə də göstərdiklərini nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı rədd edərək izahatında göstərdi ki, o,Ağcabədi şəhəri, H.Aslanov küçəsində yerləşən “İstanbul” ticarət şəbəkəsində satıcı işləyir. İddiaçını uzun müddətdir tanıyır və dost olmuşlar. Lakin iddiaçının dedikləri həqiqəti əks etdirmir. Belə ki, o, iddiaçıdan pul almamışdır və ona borcu yoxdur. Lakin İddiaçı ona borcu olduğunu iddia edərək polis şöbəsinə müraciət etmişdir. Polis şöbəsində verdiyi izahatı Şöhlətin hədə-qorxusu altında vermişdir. Ona görə iddianı qəbul etmir və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nümayəndə ifadəsində göstərdi ki, İddiaçı onun oğludur. 10 oktyabr 2024-cü il tarixdə O, oğlu Hikmətə 2000 manat pul verərək Cavabdeh verməsini bildirmişdir. Lakin sonradan pulu cavabdehdən tələb etsələrdə, cavabdeh pulu ödəməkdən yayınmışdır. O da cavabdehin işlədiyi mağazaya gedərək pulunu tələb etmiş, cavabdeh isə ona 6 ay vaxt verilməsini xahiş etmişdir. Lakin cavabdeh yenidən borcu qaytarmadığı üçün oğlu Hikmət polisə şikayət etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 23 iyun 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 23 iyun 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Hüseynov X2 Rayon Polis Şöbəsində verdiyi izahatda borcunu etiraf edərək göstərmişdir ki, Nümayəndə öğlu Hikmətlə yaxın dostluq münasibətləri olmuş və Hikmətdən 2 il əvvəl 2000 manat borc almışdır. Hikmətə söz verdiyi vaxtda borcu qaytara bilməmiş, lakin onun əvəzində Hikmətə hissə-hissə ümumi 2850 manat pul vermişdir. Hətta o, Hikmətə işlədiyi mağazadan 160 manat dəyərində geyim əşyaları vermiş, işlədiyi mağazanın qarşısında qarşısına Hikmətin atası Nümayəndə hədələməmiş, əksinə Nümayəndə mağazaya gələrək onu narahat etmiş və ondan ***-**** manat pul istəmişdir. O, isə borcunun olmadığını bildirmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını və şahidin ifadəsini dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, məhkəmə müdafiəsindən istifadə etmək hüququnu həyata keçirən hər bir şəxs qanunla müəyyən edilmiş qaydadan istifadə etməlidir. Qanunla müəyyən edilmiş qayda isə mülki-prosessual qanunvericilikdə müəyyən edilib. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 742.-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh 10 oktyabr 2024-cü il tarixdə İddiaçı 2000 manat borc pul almış və 2 ay müddətində geri ödəyəcəyini bildirmişdir. Lakin həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq cavabdeh borcunu geri ödəməmişdir. Buna görə də, atası Nümayəndə cavabdehin atasına müraciət edərək borcu geri istəmişdir. Cavabdehin atası Arif isə onları tanıdığı üçün 6 ay müddətində borcu qaytaracaqlarına söz vermişdir. Lakin cavabdeh yenə də borcunu qaytarmamışdır. O da məcbur qalaraq ərizə ilə Ağcabədi Rayon Polis Şöbəsinə müraciət etmiş və polis şöbəsində Cavabdeh izahatı alınan zaman borcu etiraf etmişdir. Lakin məhkəmə iclasında Cavabdeh İddiaçı heç bir borc almadığını və ona borcu olmadığını bildirsə də, polis şöbəsində izahatı alınarkən borcunu etiraf etmişdir. Bu hal 23 iyun 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla da öz təsdiqini tapmışdır. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh 2000 manat məbləğində borcu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 2000 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. İşdə olan 18 noyabr 2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı 40 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, Cavabdeh 40 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 2000 manat məbləğində pul və iddia qaldırılarkən ödənilmiş 40 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar