Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-331/2025 03.04.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, İddiaçı, iddiaçının etibarnamə üzrə nümayəndəsi və order üzrə vəkili Ağcabədi rayon Vəkil Bürosunun vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı 40000 manat borcun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 210 manatın hüquqi yardıma görə ödənilmiş 550 manatın cəmi 40760 manat pul tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı etibarnamə üzrə nümayəndəsi və order üzrə vəkili Ağcabədi rayon Vəkil Bürosunun vəkili Vəkil “Elektron Məhkəmə” sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək, İddiaçı ilə aralarında bağlanmış müqavilədə qonorar olaraq 1000 manat qeyd edilmiş, iddia tələbi məhkəməyə verilən gün iddiaçı tərəfindən 550 manat ödənilmiş, lakin sonradan iddiaçı əlavə olaraq 350 manat da ödəmişdir. Bu səbəbdən də iddia tələbinin artırılması zərurəti yaranmışdır. Ona görə də, Cavabdeh 40000 manat borcun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 210 manatın və hüquqi yardıma görə ödənilmiş 900 manatın cəmi 41110 manatın alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh onun qaynının oğludur. Cavabdeh onun oğlu Sadiqlə birlikdə avtomobil alqı-satqısı ilə məşğul olmuşdur. 2022-ci ildə o, oğlu Sadiq Quliyevə Bakı şəhərindən ev almaq istəmiş, həmin vaxt oğlu Sadiq onun xəbəri olmadan bu mövzuda Cavabdeh məlumat vermişdir. Daha sonra Cavabdeh ona Bakı şəhərində Yeni Yasamal rayonunda bina evi olmasını demiş, ilkin ödəniş kimi 35.000 manat verəcəyini bildirmişdir. O, oğlu ilə birlikdə gedib Bakı şəhərində X5 İsgəndərovun dediyi evə baxmış, evin sahibi qiymətinin 70.000 manat olmasını bildirmişdir. Onlar Rəşadın onlara təqdim etdiyi tanımadığı şəxsə 35.000 manat ilkin ödəniş kimi pul vermiş, qalan pulu isə hissə-hissə verəcəyini deyib evə yerləşmişlər. Həmin vaxt Rəşad onlara ev tapdığı üçün ona 200 manat da şirinlik vermişdir. O, 2 ay ərzində aldığı evə ümumillikdə 2.700 manat kredit vermişdir. Aradan 2 ay keçdikdən sonra Cavabdeh onlara tapdığı evin başqa şəxsə məxsus olmasını, həmin şəxsin də evin satılmasından xəbəri olmamasını bilmişlər. O, həmin evi onlara satan şirkətə geri qaytarmış, həmin şirkət onun verdiyi 35.000 manat puldan 17.000 manat pulu geri qaytarıb, Bakı şəhərində yaşayan oğlu Sadiqə vermişdir. Sonradan oğlu X7 İsgəndərovla birlikdə Bakı şəhərindən Gəncə şəhərinə avtomobil almağa getmişlər. Gəncə şəhərində Rəşad Sadiqlə 23.000 manata BMW markalı avtomobil almışdır. Cavabdeh Sadiqdə olan 17.000 manat pulun üzərinə 6.000 manat pul qoymuşdur. Sonra birlikdə Ağcabədi rayonuna gəlmişlər. Aradan bir neçə gün sonra oğlu Sadiq Gəncə şəhərindən aldığı həmin BMW markalı avtomobili satıb üzərində xeyir tutmaq istəmiş, lakin avtomobili Bakı şəhərinə satmağa Cavabdeh aparmışdır. Cavabdeh avtomobili Bakı şəhərinə satmağa apardıqdan sonra Rəşadla telefon əlaqəsi saxlamış, Rəşaddan avtomobili neçəyə satdığını soruşmuş, Rəşad əlində olan başqa avtomobili satan zaman ziyanlıq eləməsini onun pulunu verəcəyini söyləmişdir. Həmin vaxt o, Cavabdeh onu ziyana salmasını demiş, həmin vaxt Cavabdeh ona Amerikadan avtomobil gətirəcəyini, həmin avtomobili almalarını, satanda nə xeyri olsa ona verəcəyini demişdir. Cavabdeh Amerikadan gələn avtomobilin 28.000 manat olmasını demiş, iddiaçı da Rəşada 5.000 manat pul göndərmiş, onda olan 23.000 manat pulun üzərinə qoymasını demişdir. Aradan bir müddət keçmiş Cavabdeh ondan Ağcabədi rayonunda 2.000 manat borca pul istəmiş, iddiaçı da həmin pulu cavabdehə vermişdir. Daha sonra Cavabdeh Ağcabədi rayonunda Amerikadan gələn avtomobilin əzik olmasını və onu düzəltdirmək üçün 5.000 manat lazım olmasnı demiş, o da 5.000 manat pulu Rəşada vermişdir. Sonradan Cavabdeh yenidən ondan hissə-hissə əlavə olaraq Amerikadan gələn avtomobil üçün 5.000 manat pul almışdır. Bir müddət sonra Rəşad dediyi BMW markalı avtomobil Amerikadan gəlmişdir. Sonradan iddiaçı Cavabdeh Amerikadan gələn avtomobili satmasını bilmişdir. Rəşad satdığı avtomobildən ona düşən pulunu verməmişdir. Sonra Ağcabədi rayon Prokurorluğuna şikayət etmək qərarına gəlmiş və ərizə ilə müraciət etmişdir. 2022-ci il tarixdə qonşusu, həm də qohumu olan Rəşad ona Amerikadan BMW markalı avtomobil gətirməsi və həmin avtomobili satıb xeyri ona qalması üçün ümumillikdə Cavabdeh 40.000 manat pul vermiş, lakin Rəşad vədinə əməl etməyərək onu aldatmışdır. İddia ərizəsinə əlavə edilmiş iki ədəd diskdə səs yazılarından və videogörüntüdən görünür ki, Cavabdeh ona 40000 manat borcunun olmasını etiraf edir. Lakin borclu olduğu məbləği qaytarmaqdan müxtəlif bəhanələrlə yayınır.Ona görə də, göstərdiklərini nəzərə alaraq iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qismən qəbul etdi və izahatında göstərdi ki, 5 ildir ki, ailəsi ilə birlikdə Bakı şəhəri Binəqədi rayonunda yaşayır, fərdi əməklə məşğuldur. İddiaçı onun qohumudur. O, Telmanın oğlu Sadiq Quliyevlə birlikdə avtomobil alqı-satqısı ilə məşğul olmuşdur. O, İddiaçı oğlu Sadiqlə birlikdə Bakı şəhərindən Gəncə şəhərinə avtomobil alıb Sadiqlə birlikdə Ağcabədi rayonuna gəlmişlər. O, avtomobili Bakı şəhərinə aparmış, avtomobili satmaq üçün müştəri tapmış, lakin ona avtomobili ancaq idarə etməyə etibarnamə verildiyi üçün alqı-satqını edə bilməyib. Ona görə o, avtomobilin alqı-satqısı üçün Sadiqə xəbər vermiş və Sadiq özü gəlib avtomobili satıb pulunu götümüşdür. Bundan sonra 2022-ci il tarixdə qohumu Telman oğlu Sadiq Quliyev ona özünə Bakı şəhərindən ev olmaq istəməsini demiş, o, da Sadiq Quliyevə Bakı şəhərində Yasamal rayonundan bina evi aldığını həmin binaya gəlib baxmasını, xoşu gəlsə buradan ev almasını demişdir. Sadiq Quliyev atası Telmanla birlikdə Bakı şəhəri Yasamal rayonunda həmin binaya gəlib baxmış, özlərinə həmin binadan mənzil seçmiş və binanın komendatı ilə evi ümumillikdə 70.000 manata razılaşmışlar. Həmin vaxt İddiaçı komendata 35.000 manat pul vermişdir. Qalan pulu isə hissə-hissə verəcəyini demişdir. Telman onlara ev tapdığı üçün ona şirinlik kimi 200 manat pul vermişdir. Aradan təxminən 2 ay keçmiş, həmin binada olan ona və İddiaçı məxsus evin başqa şəxsə məxsus olmasını bilmişlər. Şirkət sonradan İddiaçı 35.000 manatdan 17.000 manat pulunu geri qaytarmışdır. Həmin şirkət onun özünü də aldatmış, sonradan işləri zərərçəkmiş şəxs kimi Bakı Ağır Cinayətlər Məhkəməsində olmuş və şikətdən sonra tutulmuşdur. Bundan başqa 2022-ci ilin əvvəllərində o, İddiaçı 12.000 manat faizə pul almış, həmin puldan 4000 manatı hissə-hissə ödəmişdir. Hazırda onun Telmana bütövlükdə cəmi 8000 manat borcu qalmış, həmin borcunu da yaxın vaxtda ödəyəcəkdir. Ona görə də, iddianı qəbul etmir və rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddiaçının izahatına uyğun çıxış edərək iddianın tam təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X3 izahat verərək göstərdi ki, X1 onun atası, Cavabdeh isə dayısı oğludur. O, qohumu Rəşadla şərikli avtomobil alqısatqısı ediblər. 2022-ci ildə atası İddiaçı Bakı şəhərindən ev almaq istəmiş, həmin vaxt o, atasının xəbəri olmadan bu mövzuda Cavabdeh məlumat vermişdir. Daha sonra Cavabdeh ona Bakı şəhərində Yeni Yasamal rayonunda bina evi olmasını demiş, ilkin ödəniş kimi 35.000 manat verəcəyini bildirmişdir. Atası Telman da onunla birlikdə gedib Bakı şəhərində X5 İsgəndərovun dediyi evə baxmış, evin qiymətinin 70.000 manat olmasını bilmişdir. Sonra Rəşadın onlara şirkətin sahibi kimi təqdim etdiyi tanımadığı şəxsə 35.000 manat ilkin ödəniş kimi pul vermiş, qalan pulu isə hissə-hissə verəcəyini deyib evə yerləşmişlər. Həmin vaxt Rəşad onlara ev tapdığı üçün ona 200 manat da şirinlik vermişdir. Atası 2 ay ərzində aldığı evə ümumillikdə 2.700 manat kredit vermişdir. Aradan 2 ay keçdikdən sonra Cavabdeh onlara tapdığı evin başqa şəxsə məxsus olmasını, həmin şəxsin də evin satılmasından xəbəri olmamasını bilmişlər. Atası həmin evi onlara satan şirkətə geri qaytarmış, həmin şirkət onların verdiyi 35.000 manat puldan 17.000 manat pulu geri qaytarmış və 18.000 manat pulu qaytarmayıb. Sonradan o, Rəşadla birlikdə Bakı şəhərindən Gəncə şəhərinə avtomobil almağa getmişlər. Gəncə şəhərində Cavabdeh 23.000 manata BMW markalı avtomobil almışlar. Rəşad onda olan 17.000 manat pulun üzərinə 6.000 manat pul qoymuşdur. Sonra birlikdə Ağcabədi rayonuna gəlmişlər. Aradan bir neçə gün keçmiş o, Gəncə şəhərindən aldığı həmin BMW markalı avtomobili satıb üzərində xeyir tutmaq istəmiş, lakin avtomobili Bakı şəhərinə satmağa Rəşad aparmışdır. Cavabdeh avtomobili Bakı şəhərinə satmağa apardıqdan sonra atası Telman Rəşadla telefon əlaqəsi saxlamış, Rəşaddan avtomobili neçəyə satdığını soruşmuş, Rəşad əlində olan başqa avtomobili satan zaman ziyanlıq eləməsini onun pulunu verəcəyini söyləmişdir. Həmin vaxt atası Rəşada onu ziyana salmasını demiş, həmin vaxt Cavabdeh ona Amerikadan avtomobil gətirəcəyini, həmin avtomobili almalarını, satanda nə xeyri olsa ona verəcəyini demişdir. Rəşad Amerikadan gələn avtomobilin 28.000 manat olmasını demiş, atası da Rəşada 5.000 manat pul göndərmiş, onda olan 23.000 manat pulun üzərinə qoymasını demişdir. Aradan bir müddət keçmiş cavabdeh Rəşad atası Telmandan Ağcabədi rayonunda 2.000 manat borca pul istəmiş, Telman da həmin pulu cavabdehə vermişdir. Daha sonra Cavabdeh Ağcabədi rayonunda Amerikadan gələn avtomobilin əzik olmasını və onu düzəltdirmək üçün 5.000 manat lazım olmasnı demiş, atası Telman da 5.000 manat pulu Rəşada vermişdir. Sonradan Cavabdeh yenidən atası Telmandan hissə-hissə əlavə olaraq Amerikadan gələn avtomobil üçün 5.000 manat pul almışdır. Bir müddət sonra Cavabdeh dediyi BMW markalı avtomobil Amerikadan gəlmişdir. Sonradan onlar Cavabdeh Amerikadan gələn avtomobili satmasını bilmişlər. Rəşad satdığı avtomobildən onlara düşən pulu verməmişdir. Daha sonra atası Telman Ağcabədi rayon Prokurorluğuna şikayət etmək qərarına gəlmiş və ərizə ilə müraciət etmişdir. 2022-ci il tarixdə qonşusu, həm də qohumu olan Cavabdeh onlara Amerikadan BMW markalı avtomobil gətirməsi və həmin avtomobili satıb xeyri ona qalması üçün ümumillikdə Cavabdeh 40.000 manat pul vermiş, lakin Rəşad vədinə əməl etməyərək onları aldatmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin rədd edilməsi barədə qərardan görünür ki, cavabdehin iddiaçıya 12000 manat borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 210 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı hüquqi yardıma görə 550 manat rüsum keçirmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli hüquqi yardım göstərilməsi haqqında müqavilədən görünür ki, İddiaçı ilə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Vəkil arasında müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli orderdən görünür ki, İddiaçı ilə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Vəkil arasında müqavilə bağlanmışdır. Məhkəmə iddiaçının, cavabdehin və şahidin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1 və 1091.2-ci maddələrinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, cavabdeh X2 X3 ilə şərikli avtomobil alqı-satqısı nəticəsində onun Telmana borcu qalmamışdır. Sonradan İddiaçı 12000 manat borc almışdır. Bu hal Cavabdeh məhkəmə baxışı zamanı vermiş olduğu izahatı ilə də öz təsdiqini tapmışdır. Lakin, Cavabdeh İddiaçı aldığı 12000 manat pulu faizlə almasını və İddiaçı ümumilikdə hissə-hissə 12000 manat pul ödəməsini göstərsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Buradan da göründüyü kimi cavabdeh iddiaçının 12000 manat məbləğində pulunu əldə edib iddiaçının hesabına hüquqi əsas olmadan əsassız varlanmış və iddiaçı da cavabdehdən həmin pulu tələb etməkdə haqlıdır. Həmçinin iddiaçı tərəfindən təqdim olunan 2 ədəd CD diskdə olan səs yazıları oxunulması və dinlənilməsi mümkün olmadığı üçün həmin disklər iddiaçının özü tərəfindən geri götürülmüşdür. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi hüquqi yardıma görə xərcləri, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qanunun normasından və məzmunundan göründüyü kimi qanunvericilik nümayəndənin və ya vəkilin göstərdiyi hüquqi yardıma görə xərcləri ağlabatan məbləğdə müəyyən edilməsini qeyd etmişdir. Xərclərin ağlabatan məbləği anlayışı qiymətləndirilən anlayış olub, hər bir iş üzrə konkret hallar nəzərə alınmaqla onun məzmunu müəyyən edilməlidir. Bir mülki iş üzrə ağlabatan olan məbləğ başqa bir iş üzrə ya həddən artıq, ya da həddən az məbləğ kimi qəbul edilə bilər. Mübahisənin hüququn hansı sahəsinə aid olması, nümayəndənin (vəkilin) iş təcrübəsi, hüququn konkret sahəsindən və ya konkret institutdan olan mübahisələrin həlli ilə əlaqədar işlərin aparılmasında nümayəndənin (vəkilin) ixtisaslaşması, işlərin müxtəlif səviyyəli mürəkkəblik dərəcələri, hüquqi yardımın qısa müddət ərzində göstərilməsi, habelə hüquqi yardımın hansı bölgədə (ərazidə) göstərilməsi və. sairə hallar xərclərin məbləğinə təsir göstərir. Nümayəndənin və ya vəkilin göstərdiyi hüquqi yardıma görə xərclərin ağlabatan məbləğinin müəyyən edilməsində sadalanan hallar, habelə həmin bölgədə (ərazidə) həmin kateqoriyadan olan işlər üzrə hüquqi yardımın göstərilməsinə görə ödənilən, təcrübədə formalaşmış məbləğ, məhkəmədə baxılan işin mürəkkəblik səviyyəsi, nümayəndənin, (vəkilin) iştirak etdiyi (deməli vaxt sərf etdiyi) məhkəmə hərəkətlərinin (iclaslarının) sayı və davam etmə müddəti, sərf olunan maddi vəsaitlərin həcmi, göstərilən hüquqi yardımın nəticəsi olaraq müəssisənin daha çox itkidən yaxasını qurtarması və s. aiddir. Məhkəmə hüquqi yardıma görə xərclərin ağlabatan məbləğini müəyyən edən zaman xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini xeyrinə qətnamə çıxarılanın təqdim etdiyi hesab və konkret hallar, yəni göstərilən yardımın həcmi, nümayəndələrin sayı, baxılan işin mürəkkəbliyi və s. hallarla şərtlənmişdir. Məhkəmə yuxarıda qeyd edilən qanun normaları və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olaraq hesab edir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən tələb edilən 900 manat hüquqi yardıma görə ödənilmiş xərcin əvəzi tam olaraq təmin edilə bilməz. Belə ki, işin mürəkkəbliyi, iddia ərizəsinin formasını, habelə vəkilin məhkəmədə iştirak etməməsini nəzərə alaraq hüquqi yardıma görə 550 manat ödənilmiş xərcin əvəzi borcludan tutulmalı yəni, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. İşdə olan 29 noyabr 2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı 210 dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə 210 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyindən iddianın təmin olunmuş hissəsinə uyğun olaraq Cavabdeh 126 manat tutularaq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh borca görə 12000 manat məbləğdə pul, hüquqi yardıma görə 550 manat və 126 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə İddiaçı iddia tələbinin qismən təmin olunması qənaətinə gəldi. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 12000 (on iki min) manat məbləğində pul, hüquqi xidmətə görə 550 (beş yüz əlli) manat və ödənilmiş 126 (yüz iyirmi altı) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-331/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-331/2025
03.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver