Məhkəmə qərarları › İş №2(017)-34/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-34/2025

22.07.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-34/2025 22.07.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclas katibi X6, İddiaçı və İİİ şəxs Ağcabədi rayon Xocavənd Bələdiyyəsinin sədri X2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “gediş-gəliş yoluna yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “gediş-gəliş yoluna yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi və izahatında göstərdi ki, ona və ailə üzvlərinə Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində yerləşən 0,1968 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair onların adına “Torpağın mülkiyyətə verilməsinə dair” JN 393A kod 60813018 nömrəli şəhadətnamə verilmişdir. Sonradan həmin sənədlər əsasında torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən onların adına Çıxarış verilmişdir. Cavabdeh ümumi istifadədə olan 7 metr enində olan gediş-gəliş yolunu özbaşına tutaraq hasarlayaraq öz həyətinə daxil etmiş, maneə yaradaraq kənd arası yolun istifadəsini yararsız hala salmışdır. Yolun açılmasını, qanunsuz hərəkətlərinə son qoymasını və yoldan sərbəst istifadə olunması üçün maneələrin aradan qaldırılmasını cavabdehdən tələb etsə də bu mümkün olmamışdır. Ona görə də iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İİİ şəxs Ağcabədi rayon Xocavənd Bələdiyyəsinin sədri X4 izahatında göstərdi ki, Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində yolun açılması ilə əlaqədar Ağcabədi rayon polis şöbəsinə müraciət olunmuşdur. Eyni zamanda Cavabdeh xəbərdarlıq edilmişdir. Nəticəsindən asılı olaraq zərurət yaranarsa məhkəməyə müraciət olunacaqdır. Onlar tərəfindən yolun açılması ilə bağlı hazırda məhkəmədə iddia qaldırılmamışdır. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə İddiaçı və İİİ şəxs Ağcabədi rayon Xocavənd Bələdiyyəsinin sədri X2 izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qanunsuz və əsassız olduğuna görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan çıxarışın surətindən görünür ki, Ağcabədi rayonu, Xocavənd kəndi ərazisində yerləşən 0,1968 ha həyətyanı torpaq sahəsi 4 nəfərin, o cümlədən İddiaçı mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 3-21-3-45/2-1980/2025 nömrəli mütəxəssis və xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/4096 nömrəli ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********54 olan, qeydiyyat nömrəsi ********** və xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən, Ağcabədi rayonu Xocavənd kəndi ərazisində yerləşən İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 0,1968 ha həyətyanı torpaq sahəsinin sərhədlərinin döngə nöqtələrinin koordinatlarının yuxarıda göstərilən sərhədlərdə göstərilən ölçülərə uyğun olduğu müəyyən edilmişdir. İddiaçı tərəfindən iddia olunan ərazi bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olmaqla kəndarası gediş-gəliş yolu üçün nəzərdə tutulmuşdur və cavabdeh X5 tərəfindən mişar daşı vasitəsi ilə inşa olunmuş hasarla əhatə olunmaqla istifadə olunduğu müəyyən edilmişdir. İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 0,1968 ha həyətyanı torpaq sahəsinin kəndarası mərkəzi asfalt yola çıxışının mövcud olduğu və həmin yoldan tam sərbəst istifadə edilməsinə hər hansı maneənin olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinin tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1 və 18-ci-ci maddələrinin tələbinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1 və 560.2-ci maddəsinin tələbinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Konstitusiyasının 80-cı maddəsinin tələbinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə iclasında İddiaçı qanunla qorunan hüquq və azadlıqlarının, eləcə də maraqlarının Cavabdeh tərəfindən pozulması halı iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Konkret halda, istər iş materialları ilə, istərsə də İddiaçı və İİİ şəxs Ağcabədi rayon Xocavənd Bələdiyyəsinin sədri X2 məhkəmə iclasında verdiyi izahatla iddia tələbinin əsaslı olması sübuta yetməmişdir. Məhkəmə iclası zamanı iddiaçının iddia ərizəsində qeyd edilmiş xüsusatları – konkret olaraq, Cavabdeh hüquqa zidd hərəkətlərinin olub-olmaması, ona məxsus torpaq sahəsinə gediş-gəliş yolunun cavabdeh tərəfindən tutulması faktlarla əsaslandırılmamış, bununla əlaqədar iddiaçı hər hansı bir sübut növünü məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə proses iştirakçılarının vermiş olduğu izahatları, mütəxəssis və ekspert rəyini, tədqiq olunmuş iş materiallarını və iş üzrə müəyyən edilmiş halları araşdıraraq hesab edir ki, iddiaçının “gediş-gəliş yoluna yaradılmış maneələrin aradan qaldırılması” barədə iddia tələbi əsassız və qanunsuz olduğu üçün rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Torpaq sahələrinin inventarlaşdırılmasına dair aparılmış tədqiqatın dəyərini təşkil edən 170 manat məbləğində ekspertiza xərci İddiaçı aid edilməlidir. Məhkəmə hesab edir ki, aparılmış tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində ekspertiza xərci İddiaçı alınaraq, Az. MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 nömrəli hesaba köçürülməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “gediş-gəliş yoluna yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair iddia tələbi əsassız və qanunsuz olduğundan rədd edilsin. Aparılmış tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində ekspertiza xərci İddiaçı alınaraq, Az. MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 nömrəli hesaba köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar