Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-3402/2025 12.02.2026 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ölüm faktının müəyyən edilməsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək ərizəçinin qızı X2 03 noyabr 2025-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək izahatında göstərdi ki, Ərizəçi qızı X7 15 oktyabr 2012-ci il tarixdə anadan olmuş, 03 noyabr 2025-ci ildə vəfat etmişdir və Bakı şəhərində dəfn edilmişdir. Ərizəçi qızı X7 anadan olandan xəstə olmuşdur və İ qrup əlil olmuşdur. Daimi müalicədə və xəstəxanada olmuşdur. Ölümündən sonra ərizəçi qızına ölüm haqqında şəhadətnamə almamışdır. Hazırda sənədlərdə adı qeyd edildiyindən ərizəçi sənədləşmə işlərində çətinlik yaşayır. Ərizəçi ölüm haqqında şəhadətnamə almaq üçün Ağcabədi Regional “Asan Xidmət” X3 müraciət edərkən ərizəçiyə məhkəməyə müraciət etməsi bildirilmişdir. Ona görə də göstərdiklərini nəzərə alaraq ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Ağcabədi Regional “Asan Xidmət” X1 nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Ərizəçi onun qardaşıdır. Ərizəçi qızı, yəni onun qardaşı qızı X7 15 oktyabr 2012-ci il tarixdə anadan olmuş, 03 noyabr 2025-ci il tarixdə vəfat etmişdir. Sonradan ona məlum olmuşdur ki, X4 ölüm haqqında şəhadətnamə alınmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, Ərizəçi onun qohumudur. Ərizəçi qızı, yəni X7 15 oktyabr 2012-ci il tarixdə anadan olmuş, 03 noyabr 2025-ci il tarixdə vəfat etmişdir. Sonradan ona məlum olmuşdur ki, X4 ölüm haqqında şəhadətnamə alınmamışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi Regional “Asan Xidmət” X6 tərəfindən verilmiş 01 dekabr 2025-ci il tarixli məktubdan görünür ki, Ərizəçi ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilini və şahidləri dinləyib, işə əlavə edilmiş sənədləri araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından və şahidlərin ifadələrindən göründüyü kimi ərizəçinin 15 oktyabr 2012-ci il tarixdə Bakı şəhərində anadan olmuş X7 03 noyabr 2025-ci il tarixdə Bakı şəhərində vəfat etmiş, lakin mərhuma ölüm haqqında şəhadətnamə alınmamışdır. Ona görə də ərizəçi qızının ölüm faktının müəyyən edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi ərizəsi əsaslı olduğundan təmin edilməli, 15 oktyabr 2012-ci il tarixdə Bakı şəhərində anadan olmuş X2 03 noyabr 2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual M əcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: Ərizə təmin edilsin. 15 oktyabr 2012-ci il tarixdə Bakı şəhərində anadan olmuş X2 03 noyabr 2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-3402/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-3402/2025
12.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver