Məhkəmə qərarları › İş №2(017)-349/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-349/2023

13.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-349/2023 13.04.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmənin iclas katibi X12 katibliyi, İddiaçı və cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 6.000 (altı min) manat məbləğində borc pulun və ödənilmiş 81 manat dövlət rüsumu tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 6.000 manat məbləğində borc pulun və ödənilmiş 81 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, Ağcabədi rayonunun Hüsülü kəndində ailəsi ilə birlikdə yaşayır. Əmlak payına görə onun T-28 markalı traktoru var idi. Həmin traktorla ayrı-ayrı şəxslərə məxsus torpaq sahəsində işlər görüb ailəsini dolandırırdı. Cavabdeh 2010-cu ildə ona deyib ki, İmişli Şəkər zavodu Ağcabədi rayonunun Hüsülü və Rəncbərlər kəndində şəkər çuğunduru əkdirib və onları çıxartmaq üçün onlara traktor lazımdır. O da razılaşaraq idarə etdiyi traktora qoşqular əlavə edərək iki il ərzində kənd sakinləri X27 2 hektar, X24 2 hektar, X6 4 hektar, Mamedova Ədibənin 10 hektar, X7 5 hektar, X13 1 hektar, X18 4 hektar, X8 4 hektar, X19 2 hektar, X20 2 hktar, X25 2 hektar, X3 7 hektar, Atakişiyev Mamed 7 hektar, X2 2 hektar, X10 2 hektar, X14 2 hektar, X15 1,5 hektar və X16 2 hektar torpaq sahəsində 2010-2012ci illərdə torpaq sahələrindən çuğundur çıxarmışdır. Hər hektarı razılaşmalara əsasən 40 manatdan çıxarmışdır.Nəticədə Cavabdeh gördüyü işə görə ona 6.000 manat məbləğində pul verməli idi. Lakin hər dəfə Nizamidən pulunu istəyəndə o, gözlə, hələ pul verilməyib, şəkər zavodu ona pul verəndə o da ona olan borcunu ödəyəcək deyibdir. Nizami onun həmkəndlisi və həm də tanıdığı adam olduğuna görə ona inanıb. Nizamiyə inandığı üçün bir neçə illər onu gözləyibdir. Onun fiziki qüsuru ilə (karlığı) bağlı hər dəfə yalanlar söyləyərək onu aldatmışdır. Sonra o, bu barədə polisə şikayət etmişdir. Lakin polisin araşdırmasının heç bir nəticəsi olmamışdır. Ona görə məhkəmədən iddia tələbinin təmin edilməklə Cavabdeh xeyrinə 6.000 manat məbləğində borc pulun və ödənilmiş 81 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib, ərizə təqdim edərək göstərmişdir ki, İddiaçı onun həmkəndlisidir. Həmçinin onlar 2010-cu ildə Şəkər zavodunda bir yerdə işləyiblər. O, Şəkər zavodunda aqranom vəzifəsində işləyibdir. Həmkəndlisi Asif isə traktor işlədərək çuğundur çıxardırdı. Onlara əmək haqqını Şəkər zavodu ödəyirdi. Lakin Asif gördüyü işin müqabilində zavoddan əmək haqqı alıb-almaması barədə heç bir məlumatı olmayıbdır. Uzun illər keçəndən sonra Asif əsassız olaraq indii ondan pul tələb edir. Eyni zamanda iddia müddətinin ötürülməsini tədbiq etməklə iddianın rədd ediməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X1 izahat verərək göstərdi ki, İddiaçı onun əridir. Cavabdeh isə həmkəndlisidir. Əri Asif həmkəndlisi Nizami ilə 2010-cu ildə İmişli rayonunda Şəkər zavodunda bir yerdə işləyiblər. Əri Asif traktorçu olub. Bir il olar ki, pensiya alır. Nizami onun əri Asifi çuğundur çıxarılmasında işlədib pulunu verməyibdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1956-cı il tarixdə Ağcabədi rayonunun Hüsülü kəndində anadan olmuş, hazırda da həmin kənddə qeydiyyatda olmaqla yaşayır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx xxxx 1960-cı il tarixdə Ağcabədi rayonunun Hüsülü kəndində anadan olmuş, hazırda da həmin kənddə qeydiyyatda olmaqla yaşayır. İş materiallarında olan Ağcabədi rayonunun Hüsülü kənd sakini İddiaçı Ağcabədi rayon Polis şöbəsinə yazdığı 29 sentyabr 2022-ci il tarixli ərizəsindən görünür ki, o, Cavabdeh qarşı 6.000 manat pulun alınıb ona verilməsi üçün şikayət etmişdir. İş materiallarında olan Ağcabədi rayonunun Hüsülü kənd sakini İddiaçı Ağcabədi rayon Polis şöbəsinə yazdığı ərizəsi əsasında polis şöbəsində araşdırma aparılmış və Cavabdeh izahatı alınmışdır. Cavabdeh izahatında göstərmişdir ki, o, Şəkər zavodunda işlədiyi müddət ərzində İddiaçı onun sahəsində işləməyib, o, Asifə əmək haqqı verməyib. O, Asifin yerinə qol çəkib 6.000 manat məbləğində əmək haqqı almayıb. İddiaçı 2010-cu ildən onun barəsində qərəzli olaraq şər böhtanlar yazmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdehin bir yerdə işləməsinə baxmayaraq Asifin əmək haqqı alıb-almamasının cavabdehə heç bir aidiyyəti olmamışdır. Tərəflər arasında işlə bağlı heç bir müqavilə və razılaşma barədə sənəd yoxdur. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş X18, X13, X21, X4, X27, X17, Ədibə Mamedovanın, X9, X8, X10, X5, X20, X22, X3, X26, Mamed Atakişiyevin, X2, X15 və X16 izahatlarında İddiaçı həmin şəxslərin torpaq sahəsindən 2010-cu idə traktorla çuğundur çıxarılması göstərilsədə, həmin izahatlar notarial qaydada təsdiq edilməmiş, şahid kimi məhkəmə iclasına gətirilməmişlər və həmin izahatlarda çuğundurun çıxarılıb Şəkər zavoduna verilməsi, Asifin əmək haqqısının kim tərəfindən ödənilməsi və ya ödənişin cavabdeh tərəfindən ödənilməli olması öz əksini tapmamışdır. Həmçinin iddiaçı on iki il keçdikdən sonra hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaçıya borcu olmadığını və məhkəməyə ərizə təqdim edərək iddia müddəti keçdiyinə görə iddia müddəti tətbiq edilməklə iddiadan imtina barəsində qərar qəbul edilməsini xahiş etmişdir. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə müəyyən edilmiş iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, «iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir ; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir ; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri- mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». Konstitusiya Məhkəməsinin «H.Həşimov və qeyrilərinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 10 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyun 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri- müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu qəbul etdiyi bir çox qərarlarında qeyd etmişdir ki, beynəlxalq hüquqda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. (MPM-nin 9.1. 9.3 və 88-ci maddələri). Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın bu maddəsi ilə vətəndaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının. Həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ Hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olduğuna təminat verilir. Məhkəmə təminatı bir tərəfdən. Hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmə hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Pozulmuş hüquq və azadlıqların məhkəmə müdafiəsi onların konstitusiya təminatının reallaşdırılmasına xidmət edən hüquqi tədbirlərdən biri kimi çıxış edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) «Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı» iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, «atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır». Konstitusiya Məhkəməsi Plenumunun «X23 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 03 noyabr 2008-ci il tarixli qərarında və başqa qərarlarında göstərilmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki amilin mövcudluğu, habelə onların heç də həmişə üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm faktordu. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, müəyyən edilmişdir. Həmin Məcəllənin 374.1-ci maddəsinə əsasən əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə, məhkəmə toplanmış tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair üç illik iddia müddətini ötürdüyü üçün mübahisə tərəfinin verdiyi ərizə əsasında iddia müddəti tətbiq edilməklə iddianın təmin edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təsdiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı 6.000 manat məbləğində pulun və ödənilmiş 81 manat dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair iddiası cavabdeh tərəfin verdiyi ərizə əsasında iddia müddəti tətbiq edilməklə iddia müddəti keçdiyi üçün iddianın təmin edilməsindən imtina edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən :Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar