Məhkəmə qərarları › İş №2(017)-424/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-424/2023

23.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-424/2023 23.05.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbini dəqiqləşdirərək izahatında bildirdi ki, 2022-ci ilin oktyabr ayının 16-da aralarında olan şifahi razılaşmaya əsasən cavabdehə nisyə olaraq cəmi dəyəri 5100 manat olan - qonaq otağı mebel dəsti, yataq otağı mebel dəsti və künc divan dəstindən ibarət mebel satmışdır. Bu mebel əşyalarını mağazanın işçiləri X5, X1 və sürücü X2 iştirakı ilə cavabdehə təhvil vermişdir. Nisyə olaraq satdığı mebel əşyalarını X2 idarə etdiyi yük avtomobili ilə cavabdeh yaşadığı Ağcabədi rayonunun Hüsülü kəndində yaşadığı evə aparmışdır. 2022-ci ilin oktyabr ayının 16-da aralarında bağlanmış şifahi borc müqaviləsinə əsasən Cavabdeh 5100 manat dəyərində nisyə götürdüyü mebel əşyalarının pulunu xx.xx.2022-ci il tarixə kimi tam ödəməyə söz verərək üzərinə öhdəlik götürmüşdür. Lakin cavabdehə ümumi məbləğdən 3000 manat ödəmiş, 2100 manat borclu qalmışdır. Dəfələrlə borcunu tələb etsə də cavabdeh vəd verərək yaranmış borcunu ödəməkdən yayınmışdır. Məhkəmə ərəfəsində cavabdeh qalıq borcundan 500 manat nağd şəkildə ödəniş etmişdir. Ona görə də 1600 manat məbləğində borcun və dövlət rüsumuna görə ödənilmiş 41 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəməyə ərizə göndərərək mağazadan mebel aldığını və mebelin pulundan İddiaçı hazırda 1600 manat borclu qaldığını bildirmişdir. Həmçinin xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir (mad. 433.1). İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Cavabdeh mağazadan mebel aldığını və mebelin pulundan İddiaçı hazırda 1600 manat borclu qaldığını etiraf etmişdir. Beləliklə, məhkəmə iclasında iddiaçının izahatı, toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə təsdiq edildi ki, Cavabdeh xx.xx.2022-ci ildə İddiaçı nisyə olaraq 5100 manat məbləğində mebel almış, mebelin pulunu hissə-hissə qısa müddətə ödəməyi öhdəsinə götürmüşdür. Lakin yaranmış 5100 manat borcdan hissə-hissə 3500 manat ödəniş etmiş, 1600 manat borclu qalmışdır. Xeyli müddət keçməsinə baxmayaraq nisyə aldığı malların pulundan 1600 manat məbləğində borcunu iddiaçıya ödəməmişdir. Hazırda həmin borcun məbləği 1600 manat təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh nisyə alınmış malların alqısatqısına görə yaranmış 1600 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından göründüyü kimi, məhkəmə xərcləri iddiaçı tərəfindən ödənilmiş 41 manat məbləğində dövlət rüsumundan ibarətdir. Ona görə də məhkəmə hesab edir ki, ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq ödənilmiş 41 manat dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1600 manat məbləğində pul, həmçinin 41 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar