Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-490/2023 06.09.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı 2500 manat məbləğində borc və iddia qaldırılarkən ödənilmiş 45 manat dövlət rüsumu tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, 2022-ci ilin mart ayında əvvəllər tanıdığı, telefon alqı-satqısı ilə məşğul olan Cavabdeh ondan 2500 manat borc pul alaraq üç ay müddətinə qaytaracağını bildirmişdir. Həmin vaxt cavabdeh öz xətti ilə qəbz də yazaraq ona vermişdir. Həmin vaxtdan xeyli müddət keçməsinə və dəfələrlə pulunu tələb etməsinə baxmayaraq cavabdeh ona olan 2500 manat borcu qaytarmamışdır. Ona görə də göstərdiklərini nəzərə alaraq Cavabdeh 2500 manat məbləğində borcun, iddia qaldırarkən ödəmiş olduğu 45 manat dövlət rüsumunun, cəmi 2545 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı tanıyır. 2022-ci ilin mart ayında pula ehtiyacı olduğu üçün İddiaçı 600 manat faizlə pul götürmüş və özünə məxsus 700-800 manat dəyərində mobil telefonunu İddiaçı vermişdir. Hər ay 90 manat olmaqla iki ay İddiaçı faiz ödəmişdir və sonrakı aylarda faiz ödəyə bilmədiyi üçün mobil telefonu İddiaçı qalmışdır, yəni 600 manat pulun əvəzində telefonu iddiaçıya vermişdir. Onun İddiaçı heç bir məbləğdə borcu qalmamışdır. Bundan başqa, İddiaçı məhkəməyə təqdim etdiyi qəbz də onun tərəfindən yazılmamış və imzalanmamışdır. Həmin qəbzin harada və kim tərəfindən yazılmasından məlumatı yoxdur. Bütün bunlara baxmayaraq İddiaçı hər ay 100 manat olmaqla 1200 manat ödəmək istəsə də İddiaçı onunla razılaşmır. Göstərdiyi kimi onun İddiaçı heç bir məbləğdə borcu yoxdur və ədalətli qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş 03 aprel 2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 3 ay müddətə qaytarmaq şərti ilə 2500 manat borc pul almışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyun 2023-cü il tarixli, 4/889 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 2(017)-490/2023 nömrəli mülki işin 5-ci vərəqində Cavabdeh adından olan xx.xx.2022-ci il tarixli borc qəbzindəki yazılar və həmin qəbzin sonunda “İmza” yazısının qarşısındakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. İş materiallarından göründüyü kimi Cavabdeh 03 aprel 2022-ci il tarixdə İddiaçı 2500 manat borc pul alaraq 3 ay müddətə qaytarmağı öhdələrinə götürsə də, bu öhdəliyi icra etməyərək həmin pulu iddiaçıya qaytarmamışdır. Məhkəmə baxışı zamanı Cavabdeh İddiaçı 600 manat faizlə pul götürməsini, özünə məxsus 700-800 manat dəyərində mobil telefonunu İddiaçı verməsini, hər ay 90 manat olmaqla iki ay İddiaçı faiz ödəməsini, sonrakı aylarda faiz ödəyə bilmədiyi üçün mobil telefonu İddiaçı qalmasını göstərsə də bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. İddiaçı isə Cavabdeh 2500 manat borc pul verməsini təsdiq edən sübutu, yəni 03 aprel 2022-ci il tarixli qəbzi məhkəməyə təqdim etmişdir. Bundan başqa, Cavabdeh İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qəbzin onun tərəfindən yazılmamasını, həmin qəbzdəki imzanın ona məxsus olmamasını göstərdiyi üçün məhkəmənin 03 may 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəməxətşunaslıq və sənədlərin texniki ekspertizası təyin edilərək rəy alınmış və həmin rəydə İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, Cavabdeh adından olan xx.xx.2022-ci il tarixli borc qəbzindəki yazılar və həmin qəbzin sonunda “İmza” yazısının qarşısındakı imza - Cavabdeh tərəfindən icra olunması qeyd olunmuşdur. Odur ki, məhkəmə İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş həmin qəbzi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyun 2023-cü il tarixli, 4/889 saylı rəyini sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh 2500 manat borc pul alınaraq İddiaçı verilməlidir. İşdə olan 23 yanvar 2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı 45 manat dövlət rüsumu ödəmişdir. İşdə olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 110 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, Cavabdeh 45 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı, 110 manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 2500 manat məbləğində borc və iddia qaldırılarkən ödənilmiş 45 manat dövlət rüsumu, cəmi 2545 (iki min beş yüz qırx beş) manat alınaraq İddiaçı verilsin. Cavabdeh əlavə olaraq 110 (bir yüz on) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(017)-490/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-490/2023
06.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver