Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-50/2023 05.01.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı açıq səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, ilkin satış qiymətinin müəyyən edilməsi, əldə edilmiş vəsait hesabına borcun ödənilməsi, fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməklə evdən çıxarılma və yaşayış sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı açıq səhmdar cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək kreditin əsas məbləğindən 5866,43 ABŞ dolları, əsas məbləğə hesablanmış faiz borcundan 3678,28 ABŞ dolları, 4348,04 ABŞ dolları dəbbə pulu borcu olmaqla, cəmi 13892,75 ABŞ dolları, həmçinin 161,50 dövlət rüsumunun Cavabdeh1 alınaraq İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə ödənilməsi; tutma mülkiyyət hüququ üzrə Cavabdeh1 mülkiyyətində olan, Ağcabədi şəhəri, Heydər Əliyev prospekti, ev 128, mənzil 21-ə yönəldilməsi; ilkin satış qiymətinin müəyyən edilməsi, həmin evin açıq hərracdan satılması; satışdan əldə edilən pul məbləğindən borcun tutulması, fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməklə evdən çıxarılma və yaşayış sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi X3 iddianı müdafiə etdi və izahatında göstərdi ki, Cavabdeh1 ilə İddiaçı açıq səhmdar cəmiyyəti arasında xx.xx.2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 28 faiz ödənilməsi şərti ilə 9500 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcalanın kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə xx.xx.2015-ci il tarixdə ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus olan Ağcabədi şəhəri, Heydər Əliyev prospekti, ev 128, mənzil 21 kredit öhdəliyinin təmin edilməsi üçün ipoteka qoyulmuşdur. İpoteka müqaviləsi Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq DƏDRX-nin Beyləqan Ərazi İdarəsində dövlət qeydiyyatına alınmış və bununla bağlı çıxarış verilmişdir. İpoteka müqaviləsinin 3.1-ci bəndinə əsasən tərəflər ipoteka predmetinin qiymətini 28000 manat məbləğində qiymətləndirilmişdir. İddiaçı açıq səhmdar cəmiyyəti həmin rəqəmin məhkəmə tərəfindən ipoteka predmetinin ilkin satış qiyməti kimi təsdiq olunmasına tərəfdardır. Cavabdeh1 üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin İddiaçı açıq səhmdar cəmiyyətinə xx.xx.2022-ci il tarixə 5866,43 ABŞ dolları əsas kredit borcu, 3678,28 ABŞ dolları əsas məbləğə hesablanmış faiz borcu, 4348,04 ABŞ dolları dəbbə pulu borcu olmaqla, cəmi 13892,75 ABŞ dolları borcu qalmışdır. Ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 28 faiz ödənilmək şərti ilə 9500 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 ilə bank arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 9500 ABŞ dolları məbləğində 24 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin təminatı kimi Cavabdeh1 məxsus əmlak - Ağcabədi şəhəri, Heydər Əliyev prospekti, ev 128, mənzil 21 ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən ipotekanın predmetinin likvid dəyəri 28000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Ağcabədi şəhəri, Heydər Əliyev prospekti, ev 128, mənzil 21 hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 29 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2015-ci ildir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Cavabdeh1 mülkiyyətində olan Ağcabədi şəhəri, Heydər Əliyev prospekti, ev 128, mənzil 21 xx.xx.2015-ci il tarixdən öhdəliklər tam yerinə yetirilənə kimi ipoteka ilə yüklü edilərək 2 nömrəli reyestr kitabının 29 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2015-ci ildir. İş materiallarında olan İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 göndərilmiş bildirişindən görünür ki, qanunla müəyyən edilmiş qaydada və müddətdə kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehlər xəbərdar olunmuşdur. İş materiallarında olan İddiaçı açıq səhmdar cəmiyyətinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Beyləqan Ərazi İdarəsinə ünvanlanmış ərizəsindən görünür ki, “İpoteka predmetinə tutmanın yönəldilməsi” haqqında bildiriş Beyləqan Ərazi İdarəsində qeydiyyatdan keçmişdir. İş materiallarında olan İddiaçı açıq səhmdar cəmiyyətinin xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixə İddiaçı açıq səhmdar cəmiyyətinə əsas borc üzrə 5866,43 ABŞ dolları, faiz borcu üzrə 3678,28 ABŞ dolları, 4348,04 ABŞ dolları dəbbə borcu olmaqla, ümumilikdə 13892,75 ABŞ dolları borcu vardır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı açıq səhmdar cəmiyyətinin Ağcabədi filialı ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin bağlanması, Cavabdeh1 24 ay müddətinədək ödənilmək şərti ilə 9500 ABŞ dolları məbləğində kredit alması, kreditdən istifadəyə görə illik 28 faiz miqdarında faiz ödəməyi öhdəsinə götürməsi, onun müqavilə öhdəliklərini yerinə yetirməməsi və hazırda İddiaçı açıq səhmdar cəmiyyətinə hesablanmış 5866,43 ABŞ dolları əsas kredit borcu, 3678,28 ABŞ dolları faiz borcu, dəbbə pulu borcu 4348,04 ABŞ dolları olmaqla, ümumilikdə 13892,75 ABŞ dolları məbləğində borcunun qalması, İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin təmin edilməsi üçün Cavabdeh1 mülkiyyətində olan Ağcabədi şəhəri, Heydər Əliyev prospekti, ev 128, mənzil 21-in ipoteka qoyulması sübuta yetir. Məhkəmə hesab edir ki, Cavabdeh1 banka olan 5866,43 ABŞ dolları əsas kredit borcu üzrə 4348,04 ABŞ dolları dəbbə pulu hesablaması ədalətli deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret halları nəzərə almaqla, tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Həmin maddənin tələbinə əsasən tənasüb müəyyənləşdirilən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi, dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Qeyd edilənlərə əsasən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini və cəmiyyətin ümumi maraqlarının tələbləri ilə borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığını nəzərə alaraq, məhkəmə hesab edir ki, tələb edilən 4348,04 ABŞ dolları cərimə növündə dəbbə pulu tələbi qismən təmin edilməklə, cavabdehdən 200 ABŞ dolları məbləğində cərimə növündə dəbbə pulu alınaraq iddiaçıya ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, 13892,75 ABŞ dolları iddia tələbinin məbləği 8744,71 ABŞ dolları təmin edildiyi üçün, iddia tələbinin məbləğinə uyğun olaraq ödənilmiş dövlət rüsumunun əvəzi 139,7 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının MM-nin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 310-cu maddəsinə əsasən eyni bir əşya ipoteka ilə bir neçə dəfə yüklü edilə bilər. Yüklü edilmənin növbəliyi ipotekanın dövlət qeydiyyatı anı ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Yenə də həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. "İpoteka Haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. «İpoteka Haqqında» Azərbaycan Respublikasının Qanununun 34.1.2-cü maddəsinə əsasən əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu verir. «İpoteka Haqqında» Azərbaycan Respublikası Qanununun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli olan qanun normalarına uyğun qiymət verərək hesab edir ki, Cavabdeh1 İddiaçı açıq səhmdar cəmiyyəti ilə xx.xx.2015ci il tarixli kredit müqaviləsi bağlayarkən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən ipoteka predmetinin ikin satış qiyməti 28000 manat müəyyən edilməli, ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan Ağcabədi şəhəri, Heydər Əliyev prospekti, ev 128, mənzil 21 hərrac yolu ilə satılmaqla satışdan əldə ediləcək vəsait hesabına borclunun əsas borc üzrə 5866,43 ABŞ dolları, faiz borcu üzrə 3678,28 ABŞ dolları, dəbbə pulu borcu 200 ABŞ dolları olmaqla, ümumilikdə 8744,71 ABŞ dolları borc (ödəniş günü dolların manata olan məzənnəsi ilə), həmçinin 139,7 manat dövlət rüsumu İddiaçı açıq səhmdar cəmiyyətinə ödənilməli və satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi ipoteka qoyana verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, ipoteka qoyulmuş evə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan Cavabdeh1 və Cavabdeh2 mənzili ən geci bir ay ərzində tərk etmədikdə (boşaldaraq təhvil vermədikdə) istifadə hüquqlarına xitam verilməklə mənzildən çıxarılaraq yaşayış sahəsi boşaldılmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh1 əsas borc üzrə 5866,43 ABŞ dolları, faiz borcu üzrə 3678,28 ABŞ dolları, dəbbə pulu borcu 200 ABŞ dolları olmaqla, ümumilikdə 8744,71 ABŞ dolları borcu (ödəniş günü dolların manata olan məzənnəsi ilə), həmçinin 139,7 manat dövlət rüsumu alınaraq İddiaçı açıq səhmdar cəmiyyətinə ödənilsin. İddiaçı açıq səhmdar cəmiyyətinin tələbi ipoteka predmeti olan Ağcabədi şəhəri, Heydər Əliyev prospekti, ev 128, mənzil 21-ə yönəldilsin. Həmin əmlak ilkin satış qiyməti 28000 manat olmaqla hərrac yolu ilə satılsın və satışdan əldə olunan puldan Cavabdeh1 İddiaçı açıq səhmdar cəmiyyətinə olan əsas borc üzrə 5866,43 ABŞ dolları, faiz borcu üzrə 3678,28 ABŞ dolları, dəbbə pulu borcu 200 ABŞ dolları olmaqla, ümumilikdə 8744,71 ABŞ dolları borc (ödəniş günü dolların manata olan məzənnəsi ilə), həmçinin 139,7 manat dövlət rüsumu İddiaçı açıq səhmdar cəmiyyətinə ödənilsin. Satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi ipoteka qoyan Cavabdeh1 verilsin. İpoteka qoyulmuş mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan Cavabdeh1 və Cavabdeh2 mənzili ən geci bir ay ərzində tərk etmədikdə (boşaldaraq təhvil vermədikdə) istifadə hüquqlarına xitam verilməklə mənzildən çıxarılaraq yaşayış sahəsi boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-50/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-50/2023
05.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver