Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-507/2023 07.03.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hacıyev Fuad Hacı oğlunun katibliyi ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdi və izahatında göstərdi ki, atası X7 ilə anası X2 nikahlarından xx.xx.1965-ci il tarixdə özü, xx.xx.1966-cı il tarixdə X8 və xx.xx.1971-ci il tarixdə X5 doğulmuşdur. X1 xx.xx.1970-ci il tarixdə, bacısı X5 xx.xx.1972-ci il tarixdə vəfat etmişlər, hər ikisi Ağcabədi rayonunun İmamqulubəyli kənd qəbiristanlığında dəfn olunmuşlar. Qardaşının və bacısının ölümü qeydə alınmadığına görə müəyyən sənədləşmə işlərini apara bilmir. Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin həkim arayışı olmadığına görə ona ölüm haqqında şəhadətnamə verilməmişdir. Ona görə də xx.xx.1966-cı il tarixdə Ağcabədi rayonunda anadan olmuş X4 xx.xx.1970-ci il tarixdə, xx.xx.1971-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş X3 xx.xx.1972-ci il tarixdə Ağcabədi rayonunda ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs rəisi məhkəməyə məktub göndərmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X6 ifadəsində göstərdi ki, Ərizəçi onun arvadıdır. Ərizəçi ilə Kərəm Alıyarov və Minarə Alyarova bacı qardaş olmuş, Kərəm Alıyarov xx.xx.1970-ci il tarixdə, Minarə Alyarova xx.xx.1972-ci il tarixdə Ağcabədi rayonunda ölmüşlər və Ağcabədi rayon İmamqulubəyli kənd qəbiristanlığında dəfn olunmuşlar. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş arayışdan görünür ki, X8 xx.xx.1966-cı il tarixdə Ağcabədi rayonunun Hindarx qəsəbəsində doğulmuşdur. Bu barədə xx.xx.1966-cı il tarixdə Ağcabədi rayon Hindarx qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 181 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarına əlavə olunmuş arayışdan görünür ki, X5 xx.xx.1971-ci il tarixdə Ağcabədi rayonunun İmamqulubəyli kəndində doğulmuşdur. Bu barədə xx.xx.1971-ci il tarixdə Ağcabədi rayon Hindarx qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 130 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarına əlavə olunmuş Ağcabədi rayon İHB-nın İmamqulubəyli inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təsdiq etdiyi xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X8 xx.xx.1970-ci il tarixdə, X5 xx.xx.1972-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ölüm haqqında tibbi sənəd təqdim edilmədiyinə görə X4 və X3 ölümünün Maraqlı şəxsndə qeydə alınması mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.1966-cı il tarixdə Ağcabədi rayonunda anadan olmuş X8 xx.xx.1970-ci il tarixdə, xx.xx.1971-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş X5 isə xx.xx.1972-ci il tarixdə Ağcabədi rayonunda vəfat etmişlər və Ağcabədi rayon İmamqulubəyli kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə hesab edir ki, xx.xx.1966-cı il tarixdə Ağcabədi rayonunda anadan olmuş X4 xx.xx.1970-ci il tarixdə, xx.xx.1971-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş X3 xx.xx.1972-ci il tarixdə Ağcabədi rayonunda ölmələri barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 307.2, 307.2.3, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1966-cı il tarixdə Ağcabədi rayonunda anadan olmuş X4 xx.xx.1970-ci il tarixdə, xx.xx.1971-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş X3 xx.xx.1972ci il tarixdə Ağcabədi rayonunda ölmələri barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-507/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-507/2023
07.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver