Məhkəmə qərarları › İş №2(017)-507/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-507/2025

30.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-507/2025 30.04.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, X2, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən heyvan alqı-satqısına görə yaranmış 300 manat məbləğində borcun, heyvanın müalicəsinə xərclədiyi 60 manat pulun, yol xərci olaraq taksiyə verdiyi 45 manat pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, 2024-cü ilin noyabr ayının 22-də Bərdə rayon mal bazarında Cavabdeh 300 manata bir baş yanı balalı qoyun almışdır. Səhəri gün qoyunu örüşə çıxarmaq istəmiş, heyvanın xəstə olduğunu görmüşdür. Həmin vaxt Bakirə zəng edib vəziyyəti ona danışmış, gəlib qoyunu aparıb pulunu qaytarmağı demişdir. Cavabdeeh ona qoyunun dava-dərmana ehtiyacının olduğunu bildirdi. O, qoyunlara görə həkim çağırmış, həkim qoyunların ciyərlkərinin xəstə olduğunu, müalicənin xeyri olmayacağını demişdir. O, cavabdehə dəfələrlə zəng etməsinə baxmayaraq cavabdeh onun zənglərinə cavabde verməmiş və nömrəsini blok etmişdir. O, bununla bağlı Ağcabədi rayon Polis şöbəsinə şikayət etmiş, lakin müraciəti mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməsi izah olunmuşdur. O, 3 dəfə polis şöbəsinə getmək üçün hər dəfə taksiyə 15 manat pul vermişdir. Eyni zamanda heyvanı müalicə etdirmək üçün 60 manat məbləğində pul xərcləmişdir. Dəfələrlə cavabdehdən borc tələb olunmuş, lakin müxtəlif bəhanələrlə bu günə kimi qaytarmamışdır. Ona görə də cavabdehdən aldığı yanıbalalı qoyunun ölməsi nəticəsində dəymiş 300 manat zərərin, heyvanın müalicəsinə xərclədiyi 60 manat pulun, yol xərci olaraq taksiyə verdiyi 45 manat pulun və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərdi ki, 2024cü ilin noyabr ayınnın 22-də Bərdə rayon mal bazarında iddiaçıya 300 manata bir baş yanıbalalı qoyunu satmışdır. O, qoyunu həmin bazarda Elxan adlı şəxsdən 280 manat almış və həmin gün həmin bazarda Müsaviyə 300 manata satmışdır. O, heyvanları Müsaviyə satanda heyvanlar xəstə deyildir. Hesab edir ki qoyunları iddiaçı səhv müalicə etdirdiyi üçün tələf etmişdir. Ona görə də iddianın rədd edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, baytar həkimi Bədəl İmanov qoyuna baxış keçirmiş və müayinə zamanı heyvanın tempuraturu aşağı olması, əyağa qalxa bilməməsi və heyvanın ağız və burun deliklərindən ifrazatın axması müəyyən olunmuş və noyabr ayının 24-25 də müalicə aparılmasına baxmayaraq heyvan ölmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, baytar həkimi X3 həyətində bir baş quzunun öldüyünün şahidi olmuşdur. İş materiallarına əlavə edilmiş foto şəkillərdən görünür ki, bir baş qoyun və balası ölmüşdür. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə zalında dinlənilmiş 1 ədəd diskdəki telefon daışıqlarından görünür ki, tərəflər arasında heyvan alınması və heyvanın xəstə olması ilə bağlı danışıqlar olmuşdur. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul, işgüzar nüfuza vurulmuş zərərin əvəzi və əldən çıxmış faydanın tutulması məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir (mad. 433.1). Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsində göstərildiyi kimi, müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə iclasında iddiaçının və cavabdehin izahatı, toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edildi ki, Cavabdeh İddiaçı 300 manata bir baş yanıbalalı qoyun satmış, qoyun və balası xəstə olduğu üçün ölmüşdür. Heyvanların xəstəlikdən ölməsi nəticəsində iddiaçıya 300 manat ziyan dəyməsinə baxmayaraq həmin puldan cavabdeh heç bir ödəniş etməmişdir. Hazırda cavabdehin iddiaçıya olan borcu 300 manat təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh 300 manat məbləğində pul alınaraq İddiaçı verilməli, iddia qalan hissədə sübuta yetirilmədiyinə görə təmin edilməməlidir. Belə ki, iddiaçı heyvanın müalicəsinə 60 manat və yol xərci olaraq taksiyə 45 manat məbləğində pul xərcləməsi barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından göründüyü kimi, məhkəmə xərcləri iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbinin məbləği qismən təmin edildiyi üçün, ödənilmiş iddia tələbinin məbləğinə uyğun olaraq cavabdehdən 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh heyvan alqı-satqısından yaranmış borca görə 300 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar