Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-518/2024 24.04.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 17000 manat pul tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı İddiaçı nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, İddiaçı onun bacısıdır. 27 sentyabr 2022-ci il tarixdə Cavabdeh1 iddiaçının evinə gələrək qardaşı Cavabdeh2 pula ehtiyacı olduğunu və yaxın vaxtlarda qaytaracağını bildirərək İddiaçı borc pul istəmişdir. Bacısı İddiaçı da onların xəbəri olmadan Cavabdeh1 17000 manat borc pul vermişdir. Bununla bağlı Cavabdeh2 26 mart 2023-cü il tarixdə, Cavabdeh1 isə 28 mart 2023-cü il tarixdə iddiaçıya qəbz yazıb vermişlər. Lakin, qəbzlərdə göstərilən vaxtdan uzun müddət keçməsinə baxmayaraq cavabdehlər borclarını qaytarmamışlar. Ona görə də göstərdiklərini nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh2 izahatında göstərdi ki, ona pul lazım olduğu üçün 27 sentyabr 2022-ci il tarixdə bacısı Cavabdeh1 qohumları-İddiaçı yaxın vaxtlarda qaytarmaq şərti ilə 17000 manat borc pul alaraq ona vermişdir. Həmin pulun qaytarılması ilə bağlı 26 mart 2023-cü il tarixdə qəbz yazaraq iddiaçıya vermişdir. Həmçinin bacısı Cavabdeh1 da 28 mart 2023-cü il tarixdə iddiaçıya qəbz yazıb vermişdir. Həmin pulu bacısı iddiaçıdan alaraq ona verdiyi üçün pulu iddiaçıya o, qaytarmalı idi. Lakin, maddi imkanı olmadığı üçün həmin borcu qaytara bilməmişdir. Gələcəkdə hımin borcu hissəhissə ödəyəcəkdir və iddianın təmin olunmasına heç bir etirazı yoxdur. Cavabdeh1 məhkəmədə iştirak etməsə də, məhkəməyə ərizə ünvanlayaraq səhhəti ilə əlaqədar və himayəsində 2 nəfər azyaşlı övladının olmasını nəzərə alaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, İddiaçı iddiasını qəbul etdiyini, iddia tələbi ilə razı olduğunu göstərmişdir. Məhkəmə Cavabdeh1 ərizəsini nəzərə alaraq mülki işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 28 mart 2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh1 İddiaçı 17000 manat borc pul alaraq qardaşı Cavabdeh2 vermişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 26 mart 2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh2 bacısı Cavabdeh1 İddiaçı aldığı 17000 manat borc pulu qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh2 izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, İddiaçı 17000 manat pulu Cavabdeh1 borc vermiş, Cavabdeh1 həmin 17000 manat pulu qardaşı-digər Cavabdeh2 verməsi üçün İddiaçı almışdır. Buradan da göründüyü kimi hazırki müqavilə İddiaçı ilə Cavabdeh1 arasında olmuşdur və bü razılaşmanın digər Cavabdeh2 heç bir aidiyyəti olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh1 17000 manat borc pul alınaraq İddiaçı verilməli və iddia tələbi Cavabdeh2 aid hissədə təmin edilməməlidir. İşdə olan 11 yanvar 2024-cü il tarixli qəbzdən görünür ki, Nümayəndə 141 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə 141 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyindən həmin məbləğ də Cavabdeh1 alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 17000 manat borc pul və ödənilmiş 141 manat dövlət rüsumu, cəmi 17141 (on yeddi min bir yüz qırx bir) manat pul alınaraq İddiaçı verilsin. İddia tələbi Cavabdeh2 aid hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(017)-518/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-518/2024
24.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver