Məhkəmə qərarları › İş №2(017)-553/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-553/2024

20.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-553/2024 20.06.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, İddiaçı və Cavabdeh ştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 15000 (on beş min) manat məbləğində borc pulun və ödənilmiş 135 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Ağcabədi rayonunun Sarvanlar kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan iş üzrə Cavabdeh ondan borc olaraq 01 noyabr 2023-cü il tarixdə 15.000 (on beş min) manat məbləğində borc pul almışdır. Cavabdeh ondan 15.000 (on beş min) manat məbləğində borc pul alması barədə şəxsən özü qəbz yazaraq imzası ilə təsdiq edib ona vermişdir. Cavabdeh tərəfindən ondan alınmış 15.000 (on beş min) manat məbləğində borc puldan bu günədək ona heç bir məbləğdə pul qaytarılmamışdır. Dəfələrlə cavabdehə aldığı borc pulu qaytarması barədə müraciət etmiş, lakin müraciətlərinin heç bir nəticəsi olmamışdır. Cavabdeh ekspertiza təyin etdirmiş, yenə də qəbzin onun tərəfindən yazılması ekspert rəyi ilə təsdiq olunmuşdur. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməklə Cavabdeh xeyrinə 15.000 (on beş min) manat məbləğində pulun və ödənilmiş 135 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi və izahat verərək göstərdi ki, onun İddiaçı heç bir borcu yoxdur. O, Mübarizin oğlu Ömər Kərimovdan 5000 manat faizə pul almış və əvəzində 7000 manat qaytarmışdır. İşdə olan qəbzi iddiaçının və oğlunun təsiri altında məcbur qalaraq yazmış, lakin qəbzə 15000 manat yazıldığı üçün imza etməmişdir. Hazırda onun Mübarizə borcu yoxdur. Qəbzdəki 15.000 (on beş min) manat məbləğində tərəfindən borc alınmasına dair yazılan imza ona məxsus deyil və ekspertin rəyi ilə razı deyildir. Ona görə də iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X2 izahat verərək göstərdi ki, İddiaçı onun doğma atası, Cavabdeh isə yaxın dostudur. 2023-cü ilin noyabr ayında dostu Vüsal pula ehtiyacı olduğu üçün atası İddiaçı 15000 manat borc pul almışdır. Cavabdeh borcu qaytaracağına söz versədə müxtəlif bəhanələr gətirərərk borcu qaytarmaqdan yayınmışdır. İşdə olan borcun alınmasına dair 01 noyabr 2023-cü il tarixli qəbzin cavabdeh tərəfindən yazılmasına nə o, nədə ki atası Mübariz tərəfindən heç bir təziq edilməmiş, ümumiyyətlə qəbz yazılan vaxt o, orada olmamışdır. Hazırda Cavabdeh atası Mübarizə 15000 manat bircu var. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, Cavabdeh İddiaçı 15.000 (on beş min) manat məbləğində pul borcu vardır. İş materiallarından görünür ki, cavabdehin şifahi vəsatəti üzrə borc pul almasına dair qəbzin onun tərəfindən icra oluknub- olunmamasına dair Ağcabədi rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 2(017)-553/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə - xəttşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 aprel 2024-cü il tarixli, 4/400 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş mülki işin 6cı vərəqəsində olan Cavabdeh adından 01 noyabr 2023-cü il tarixli qəbzdəki yazılar və imza – Cavabdeh tərəfindən icra olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı tərəfindən 01 noyabr 2023-cü ildə Cavabdeh 15.000 (on beş min) manat məbləğində borc pul verilmiş, Cavabdeh öz xətti ilə bu barədə qəbz yazmış və həmin borc puldan cavabdeh tərəfindən iddiaçıya heç bir məbləğdə pul qaytarılmamışdır. Məhkəmə – imza və xəttşünaslıq ekspertizasının rəyinə əsasən borcun alınmasına dair qəbz və qəbzdə göstərilən 15000 manat rəqəmi X1 tərəfindən yazılaraq icra olunmuşdur. Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsində göstərilir ki, müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-cı maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsində göstərilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 103.1-ci maddəsində göstərilir ki, ekspertin rəyi bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təsdiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılmasına görə iddiaçının ödədiyi 135 manat dövlət rüsumu iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Cavabdeh ekspertiza tədqiqatının dəyəri olan 126 manat məbləğində pul tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək belə bir nəticəyə gəlir ki, İddiaçı tərəfindən Cavabdeh 15.000 (on beş min) manat məbləğində borc pul verilmiş, lakin verilən borc pul sonuncu tərəfindən iddiaçıya ödənilməmişdir. Cavabdeh borclu olduğu pulun qaytarılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi pozmaqla onu icra etməmişdir. Qeyd olunanlara əsasən də məhkəmə İddiaçı iddia tələbinin təmin olunması qənaətinə gəldi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 15000 (on beş min) manat məbləğində borc pul və ödənilmiş 135 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh ekspertiza tədqiqatının dəyəri olan 126 manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (VÖEN **********, hesab AZ41NABZ********************) Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar