Məhkəmə qərarları › İş №2(017)-570/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-570/2024

13.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-570/2024 13.05.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı 20000 manat pul və ödənilmiş 150,40 manat ödənilmiş dövlət rüsumu tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, 30 aprel 2021-ci il tarixdə Cavabdeh Almaniya Respublikasından ona avtomobil gətirməsi üçün qardaşı Elyazın və oğlu Nicatın iştirakı ilə 20000 manat pul vermişdir. Pulun verilməsi ilə bağlı cavabdeh ona yazılı qəbz də vermişdir. Cavabdeh avtomobili bir ay on beş gün müddətində gətirəcəyinə söz vermişdir. Lakin, cavabdeh avtomobili gətirməmiş və ondan aldığı 20000 manat pulu qaytarmaqdan müxtəlif bəhanələrlə yayınmışdır. Bununla bağlı şikayət etmiş və Ağcabədi rayon Polis Şöbəsində araşdırma aparılarkən cavabdeh izahatında ona olan borcunu etiraf etməmiş və avtomobilin pulunu oğlu İlham vasitəsi ilə Elyaza göndərməsini bildirmişdir. Lakin, cavabdehin dedikləri həqiqəti əks etdirmir və ondan aldığı 20000 manat pulu ona qaytarmamışdır. Bundan başqa, onda olan məlumata görə Cavabdeh qardaşı Elyaza 40000 manatdan çox borcu vardır və qardaşı Elyaz da hazırda həbsdədir. Ona görə də, göstərdiklərini nəzərə alaraq iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı qardaşı Elyaz Qədimovla tanışdır və 2021-ci ilin aprel ayında Elyaz Qədimovun evində olan zaman Elyaz qardaşı İddiaçı 20000 manat dəyərində Almaniya Respublikasından Mercedes S klass markalı avtomobil gətirməsini bildirmişdir. Elyaz Qədimovla aralarında pul haqq-hesabı olmuşdur və Elyaza olan borcunun əvəzində İddiaçı avtomobil gətirəcəyini bildirmişdir. Həmin vaxt İddiaçı 20000 manat pul alması və avtomobili bir ay on beş günə gətirməsi ilə bağlı öz xətti ilə qəbz yazaraq Novruza vermişdir. Bundan sonra o, Almaniya Respublikasına getmiş, həmin avtomobilin 28000 manat olmasını görmüş və bu barədə Elyaza bildirərkən, Elyaz avtomobilin baha olmasını və almamsını ona demişdir. O, da başqa bir avtomobil alaraq Azərbaycan Respublikasına qayıtmış, avtomobili satdıqdan sonra 20000 manat pulu oğlunun vasitəsi ilə Elyaza göndərmişdir. Göstərdiyi kimi o, qəbzi İddiaçı adına yazsa da, yəni pulu Novruzdan almasını qəbzdə qeyd etsə də, Novruzdan pul almamış, Elyaza pul borcu olmuş və həmin 20000 manat pulu da Elyaza qaytarmışdır. Elyaz hazırda həbsdədir. İna görə də, iddianı qəbul etmir və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş 30 aprel 2021-ci il tarixli qəbzdən görünür ki, Məmmədov X2 bir ay on beş gün müddətində Mercedes S klass markalı avtomobil gətirməsi ilə bağlı İddiaçı 20000 manat beh almışdır. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 491.3-cü maddəsinə əsasən müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, İddiaçı 30 aprel 2021-ci il tarixdə Cavabdeh Almaniya Respublikasından avtomobil gətirməsi üçün qardaşı Elyazın və oğlu Nicatın iştirakı ilə 20000 manat pul vermişdir. Cavabdeh da həmin pulu qəbul etməsi və Almaniya Respublikasından bir ay on beş gün müddətində İddiaçı avtomobil gətirəcəyi barədə öz xətti ilə 30 aprel 2021-ci il tarixdə qəbz yazaraq İddiaçı vermişdir. Lakin, cavabdeh Məmmədov X3 Respublikasından avtomobil gətirməmiş və həmçinin aldığı pulu da qaytarmamışdır. Buradan da göründüyü kimi cavabdeh iddiaçının 20000 manat məbləğində pulunu əldə edib iddiaçının hesabına hüquqi əsas olmadan əsassız varlanmışlar və iddiaçı da cavabdehdən həmin pulu tələb etməkdə haqlıdır. Bundan başqa, Cavabdeh məhkəmə baxışı zamanı həmin 20000 manat pulu İddiaçı almadığını, İddiaçı qardaşı Elyaz Qədimovla aralarında pul haqq-hesabı olduğunu, Elyaz onun pulu ilə qardaşı İddiaçı 20000 manat dəyərində Almaniya Respublikasından Mercedes S klass markalı avtomobil gətirməsini ona dediyini və həmin 20000 manat pulu oğlunun vasitəsi ilə Elyaza qaytarmasını göstərsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Həmçinin Cavabdeh həmin 20000 manat pulu Elyaz Qədimova qaytarmış olsa da belə, məhz həmin pulun İddiaçı aldığı 20000 manat pul olması ümumiyyətlə təsdiq olunmur. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 433.1-ci maddəsində göstərildiyi kimi borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh 20000 manat pul alınaraq İddiaçı verilməlidir. İşdə olan 05 fevral 2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı 150,40 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə 150,40 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyindən həmin məbləğ də Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 20000 manat pul və ödənilmiş 150,40 manat dövlət rüsumu, cəmi 20150 (iyirmi min bir yüz əlli) manat, 40 (qırx) qəpik pul alınaraq İddiaçı verilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar