Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-591/2024 01.05.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Agcabədi rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, İddiaçı və cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 2019-cu ilin qış aylarında Cavabdeh onun yaşadığı Ağcabədi rayonu, Avşar kəndinə gələrək, ona heyvan almaq istədiyini deyərək ondan heyvan satıb-satmadığını soruşmuşdur. O, Cavabdeh nənəsi Gülxara Quliyevaya məxsus evə apararaq, Gülxara Quliyevaya məxsus 120 baş xırdabuynuzlu heyvanları Cavabdeh 22080 manata satmaq barədə razılaşaraq yük avtomobilinə yükləmişlər. Daha sonra o, anası Səadət Hüseynovanın 25 baş xırdabuynuzlu heyvanlarını da 4280 manata Cavabdehlə razılaşaraq yük avtomobilinə yükləmişlər. Bundan başqa digər nənəsi Raya Hüseynovaya məxsus 55 baş xırdabuynuzlu heyvanları Cavabdehlə razılaşaraq 11000 manata yük avtomobilinə yükləmişlər. O, xırdabuynuzlu heyvanları Cavabdeha məxsus yük avtomobilinə yüklədikdən sonra Nicatdan pulu istəyən zaman Cavabdeh heyvanların pulunu həmin gün gətirəcəyini bildirsə də, Nicat pulu gətirməmişdir. O, Cavabdeh pulu gətirməsi ilə bağlı sifariş etdikdən sonra X1 Quliyevaya borclu olduğu 22080 manat puldan 9000 manatın qaytarmışdır. Cavabdeh ona qalan borcundan uzun müddət yayınsa da sonradan hissəhissə olmaqla 2023-cü ilin oktyabr ayına kimi ümumilikdə 5360 manat pulu qaytarmış, lakin qalan 23000 manat borcu qaytarmaqda müxtəlif bəhanələr etmişdir. Dəfələrlə o, cavabdehdən ödəməli olduğu 23000 (iyirmi üç min) manat pulu tələb etsə də cavabdeh hər dəfə ona müxtəlif bəhanələr gətirərək borcu qaytarmaqdan yayınmış. bu səbəbdən də o, Ağcabədi rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Ağcabədi rayon polis şöbəsində araşdırma aparılmış, araşdırma zamanı Cavabdeh izahatında İddiaçı 28000 manat borcunun olduğunu etiraf etmiş və həmin araşdıma ilə bağlı Ağcabədi rayon polis şöbəsi tərəfindən 26 iyun 2020-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və polis şöbəsi tərəfindən müraciətlərinin mülki xarakterli olması ilə əlaqədar onlara məhkəməyə müraciət etməsinin tövsiyyə olunmasını göstərib, məhkəmədən iddia tələbinin təmin edilməklə Cavabdeh xeyirinə 23000 manat pulun və ödənilmiş 159.40 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, cavbdeh Cavabdeh qarşı 23000 manat pulun qaytarılması barədə iddia ərizəsini məhkəməyə verdikdən sonra cavabdeh ona qalan borcundan 1500 manat ödəniş etmişdir. Hazırda cavadehin ona 21500 manat borcu qalmışdır. Cavabdehlə öz aralarında belə razılığa gəlmişlər ki, cavabdeh ona qalan 21500 manat borcu hissə-hissə qaytaracaqdır. Ona görə də, göstərdiklərini nəzərə alaraq Cavabdeh 21500 manat borc pulu və ödənilmiş 159 manat 49 qəpik dövlət rüsumunun tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, İddiaçı 120 baş xırdabuynuzlu heyvanları ümumilikdə 37360 manata şifahi razılaşaraq nisiyə almışdır. Lakin həmin nisiyə aldığı xırdabuynuzlu heyvanları şifahi razılaşdığı qiymətdən ucuz qiymətə satdığı üçün ziyan etmişdir. Buna baxmayaraq o, iddiaçıya olan borcundan müxtəlif vaxtlarda ümumilikdə hissə-hissə 15860 manat qaytarmış və maddi imkanı zəif olduğu üçün borcunu tam ödəyə bilməmişdir. Hazırda onun iddiaçıya 21500 manat borcu qalmışdır. İddiaçı ilə öz aralarında razılığa gələrək, həmin pulu hissə-hissə qaytaracağına dair söz verdiyini bildirib bu barədə məhkəməyə ərizə təqdim etdi. İş materiallarında olan Ağcabədi rayon PŞ-nin cinayət işi başlanmasının rədd edilməsi barədə 26 iyun 2020-ci il tarixli qərarından görünür ki, Cavabdeh İddiaçı oğlundan nisiyə 120 baş xırdabuynuzlu heyvan almış və 28000 manat borcu qalmışdır. Bununla bağlı rayon PŞ-də araşdırma aparılmış, aparılmış araşdırma nəticəsində iddiaçıların tələbi mülki tələb olduğu və aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ ona izah edilmişdir. İşdə olan 05 fevral 2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı 159 manat 40 qəpik dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formadabağlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı tərəfindən Cavabdeh aralarında olan şifahi razılaşma əsasında 37360 manata qiymətləşərək, 120 baş xırdabuynuzlu heyvan nisyə satılmış, cavabdeh tərəfindən həmin məbləğdən 15860 manat nəqd şəkildə ödənmiş, 21500 manat isə borc olaraq qalmışdır. həmin borc puldan cavabdeh tərəfindən heç bir məbləğdə ödəniş edilməmişdir. Cavabdeh tərəfindən bu günədək iddiaçı ilə aralarında olan şifahi razılaşmaya əməl edilməmiş və iddiaçıya nisyə satılmış xırdabuynuzlu heyvanların dəyərindən 21500 manat pul bu günədək qaytarılmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddianın irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamaə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təsdiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə 159 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyindən həmin məbləğ də cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 233.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Beləliklə, məhkəmə iş üzrə müəyyən olunmuş sübutlara hüquqi qiymət verərək belə bir nəticəyə gəlir ki, İddiaçı tərəfindən Cavabdeh nisyə satılmış 120 baş xırdabuynuzlu heyvanlara görə cavabdehin 21500 manat məbləğində borc öhdəliyi yaranmış, eyni zamanda məhkəməyə ödənilmiş 159 manat 40 qəpik dövlət rüsumu işdə olan qəbzdə öz təsdiqini tapır. Lakin Cavabdeh borclu olduğu pulun qaytarılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi pozmaqla onu tam icra etməmişdir. İddianın təmin olunmuş hissəsinə uyğun olaraq cavabdehdən 154 manat 50 qəpik dövlət rüsumu tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə İddiaçı iddia tələbinin qismən təmin olunması qənaətinə gəldi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 21500 (iyirmi bir min beş yüz) manat məbləğində borc pul və dövlət rüsumuna görə ödənilmiş 154 manat 50 qəpik pul tutularaq İddiaçı xeyirinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-591/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-591/2024
01.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver