Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-6/2024 20.02.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı açıq səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə yaranmış borcun alınması, borcun ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait kifayət etmədiyi halda borcun ümumi qaydada tutulması, istifadə hüquqlarının itirilməsi və yaşayış evindən çıxarılma, evin boşaldılması və banka təhvil verilməsi, tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı açıq səhmdar cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək kreditin əsas məbləğindən 13781,98 manat, əsas məbləğə hesablanmış faiz borcundan 15212,23 manat, 2708,5 manat dəbbə pulu, kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1386,75 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 33089,46 manat, həmçinin iddia ərizəsi üzrə dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının Cavabdeh1 alınaraq "xxxx" İKB açıq səhmdar cəmiyyətinin xeyrinə ödənilməsi; tutma mülkiyyət hüququ üzrə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində olan, Ağcabədi şəhəri, Şıxəli Qurbanov küçəsində yerləşən ümumi sahəsi 116,9 kv.m olan 323 nömrəli fərdi yaşayış evinə yönəldilməsi; həmin mənzilin açıq hərracdan satılması; satışdan əldə edilən pul məbləğindən borcun tutulması; satışdan əldə olunmuş vəsait kifayət etmədiyi halda borcun ümumi qaydada tutulması, yaşayış evinə tutma yönəldikdə və satıldıqda cavabdehlər 1 ay ərzində yaşayış evini tərk etmədiyi halda istifadə hüququ itirilərək mənzildən məcburi qaydada çıxarılması; həmin mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə göndərərək kreditin əsas məbləğindən 13781,98 manat, əsas məbləğə hesablanmış faiz borcundan 15212,23 manat, 2708,5 manat dəbbə pulu, kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 2848,20 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 34550,91 manat, həmçinin iddia ərizəsi üzrə dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının Cavabdeh1 alınaraq "xxxx" İKB açıq səhmdar cəmiyyətinin xeyrinə ödənilməsi; tutma mülkiyyət hüququ üzrə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində olan, Ağcabədi şəhəri, Şıxəli Qurbanov küçəsində yerləşən ümumi sahəsi 116,9 kv.m olan 323 nömrəli fərdi yaşayış evinə yönəldilməsi; həmin mənzilin açıq hərracdan satılması; satışdan əldə edilən pul məbləğindən borcun tutulması; satışdan əldə olunmuş vəsait kifayət etmədiyi halda borcun ümumi qaydada tutulması, yaşayış evinə tutma yönəldikdə və satıldıqda cavabdehlər 1 ay ərzində yaşayış evini tərk etmədiyi halda istifadə hüququ itirilərək mənzildən məcburi qaydada çıxarılması; həmin mənzilin boşaldılması və banka təhvil verilməsi; "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi Nümayəndə iddianı müdafiə etdi və izahatında göstərdi ki, Cavabdeh1 ilə "xxxx" İKB açıq səhmdar cəmiyyətinin “Bərdə” filialı arasında xx.xx.2014-cü il tarixdə kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh1 60 ay müddətinə, illik 26 faiz ödənilməsi şərti ilə 16000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.14cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. Borcalanın kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə xx.xx.2014-cü il tarixdə ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinə əsasən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsus olan Ağcabədi şəhəri, Şıxəli Qurbanov küçəsində yerləşən ümumi sahəsi 116,9 kv.m olan 323 nömrəli fərdi yaşayış evi Cavabdeh1 kredit öhdəliyinin təmin edilməsi üçün ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsi Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq DƏDRX-nin 6 saylı Ərazi İdarəsində dövlət qeydiyyatına alınmışdır. Cavabdeh1 üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin xx.xx.2024-cü il tarixinə Banka kreditin əsas məbləğindən 13781,98 manat, əsas məbləğə hesablanmış faiz borcundan 15212,23 manat, 2708,5 manat dəbbə pulu, kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 2848,20 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 34550,91 manat borcu vardır. Ona görə də kreditin əsas məbləğindən 13781,98 manat, əsas məbləğə hesablanmış faiz borcundan 15212,23 manat, 2708,5 manat dəbbə pulu, kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 2848,20 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 34550,91 manat, həmçinin iddia ərizəsi üzrə dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının Cavabdeh1 alınaraq İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə ödənilməsi, tutma mülkiyyət hüququ üzrə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində olan, Ağcabədi şəhəri, Şıxəli Qurbanov küçəsində yerləşən ümumi sahəsi 116,9 kv.m olan 323 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, satışdan əldə edilən pul məbləğindən borcun tutulması, satışdan əldə olunmuş vəsait kifayət etmədiyi halda borcun ümumi qaydada tutulması, yaşayış evinə tutma yönəldikdə və satıldıqda cavabdehlər 1 ay ərzində yaşayış evini tərk etmədiyi halda istifadə hüququ itirilərək mənzildən məcburi qaydada çıxarılması, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh1 60 ay müddətinə, illik 26 faiz ödənilmək şərti ilə 16000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 ilə bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin təminatı kimi Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsus əmlak - Ağcabədi şəhəri, Şıxəli Qurbanov küçəsində 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 116,9 kv.m olan 323 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin 2.3-cü bəndinə əsasən ipoteka predmetinin qiyməti 45000 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 6 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, mülkiyyətdə olan Ağcabədi şəhəri, Şıxəli Qurbanov küçəsində yerləşən ümumi sahəsi 116,9 kv.m olan 323 nömrəli fərdi yaşayış evi 0,06 ha torpaq sahəsi ilə birlikdə xx.xx.2014-cü il tarixdən öhdəliklər tam yerinə yetirilənə kimi ipoteka ilə yüklü edilərək 21 nömrəli reyestr kitabının 74 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 6 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Ağcabədi şəhəri, Şıxəli Qurbanov küçəsində 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 116,9 kv.m olan 323 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh1, torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsusdur. İş materiallarında olan cavabdehlərə göndərilmiş bildirişin surətindən görünür ki, qanunla müəyyən edilmiş qaydada və müddətdə kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdeh xəbərdar olunmuşdur. İş materiallarında olan Bankın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 6 saylı Ərazi İdarəsinə ünvanlanmış ərizəsindən (elektron xidmət portalı) görünür ki, “İpoteka predmetinə tutmanın yönəldilməsi” haqqında bildiriş 6 saylı Ərazi İdarəsində qeydiyyatdan keçmişdir. Onun üçün 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı ödənilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, kreditin verilmə tarixi -xx.xx.2014-cü il, kreditin bitmə tarixi -xx.xx.2019-cu il, Cavabdeh1 həmin tarixə banka kreditin əsas məbləğindən 13781,98 manat, əsas məbləğə hesablanmış faiz borcundan 15212,23 manat, 2708,5 manat dəbbə pulu, kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1386,75 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 33089,46 manat borcu vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, kreditin verilmə tarixi -xx.xx.2014-cü il, kreditin bitmə tarixi -xx.xx.2019-cu il, Cavabdeh1 həmin tarixə banka kreditin əsas məbləğindən 13781,98 manat, əsas məbləğə hesablanmış faiz borcundan 15212,23 manat, 2708,5 manat dəbbə pulu, kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 2848,20 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 34550,91 manat borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 iyun 2022-ci il tarixli, 9/3714 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixə (kredit müqaviləsinin son müddəti) Cavabdeh1 banka olan faiz borcu aşağıdakı kimi müəyyən edilir: əsas borc üzrə 14100,25 manat, faiz borcu üzrə 12871,55 manat. İş materiallarında olan 07 iyun 2022-ci il tarixli, 9/3714 nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-mühasibatlıq ekspertizası üzrə tədqiqatın dəyəri 100 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 fevral 2023-cü il tarixli, 10/6627-9/7330 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsus Ağcabədi şəhəri, Şıxəli Qurbanov küçəsində 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 116,9 kv.m olan 323 nömrəli fərdi yaşayış evinin hazırda mövcud olan orta bazar qiyməti təqribən 50000 manat məbləğində müəyyən edilir. İş materiallarında olan 27 fevral 2023-cü il tarixli, 10/6627-9/7330 nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə tikinti-texniki ekspertizası üzrə tədqiqatın dəyəri 50 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 avqust 2023-cü il tarixli, 10/3082-9/3277 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsus Ağcabədi şəhəri, Şıxəli Qurbanov küçəsində 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 116,9 kv.m olan 323 nömrəli fərdi yaşayış evinin ilkin satış, likvid qiyməti təqribən 47500 manat məbləğində müəyyən edilir. İş materiallarında olan 11 avqust 2023-cü il tarixli, 10/3082-9/3277 nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə tikinti-texniki ekspertizası üzrə tədqiqatın dəyəri 50 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin verdiyi 18 dekabr 2023-cü il tarixli, 001/23 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsinə dair ekspert rəyindən görünür ki, Cavabdeh1 oğluna məxsus Ağcabədi şəhəri, Şıxəli Qurbanov küçəsində yerləşən 323 nömrəli fərdi yaşayış evinin ilkin satış (likvid) qiyməti: Likvid dəyəri 39320 manat, bazar dəyəri 45200 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə daşınmaz əmlakın qiymətləndirilməsinə dair alınmış ekspert rəylərini müqayisəli şəkildə təhlil edərək hesab edir ki, hələ tərəflər arasında xx.xx.2014-cü il tarixdə ipoteka müqaviləsi bağlanarkən ipoteka müqaviləsinin 2.3-cü bəndinə əsasən ipoteka predmetinin qiyməti 45000 manat müəyyən edilmiş, həmin vaxtdan 10 ildən artıq müddət keçmiş və daşınmaz əmlakların satış qiyməti günü-gündən yüksələn xətt üzrə artmışdır. Ona görə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 avqust 2023-cü il tarixli, 10/3082-9/3277 nömrəli ekspert rəyi əsas götürülməli və Ağcabədi şəhəri, Şıxəli Qurbanov küçəsində 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 116,9 kv.m olan 323 nömrəli fərdi yaşayış evinin ilkin satış, likvid qiyməti 47500 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, “Nikoyl İKB” açıq səhmdar cəmiyyətinin “Bərdə” filialı ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin bağlanması, Cavabdeh1 60 ay müddətinədək ödənilmək şərti ilə 16000 manat məbləğində kredit alması, kreditdən istifadəyə görə illik 26 faiz miqdarında faiz ödəməyi öhdəsinə götürməsi, onun müqavilə öhdəliklərini yerinə yetirməməsi və hazırda Banka kreditin əsas məbləğindən 13781,98 manat, əsas məbləğə hesablanmış faiz borcundan 12871,55 manat, 2708,5 manat dəbbə pulu borcunun qalması, Bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin təmin edilməsi üçün mülkiyyətdə olan Ağcabədi şəhəri, Şıxəli Qurbanov küçəsində 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 116,9 kv.m olan 323 nömrəli fərdi yaşayış evinin ipoteka qoyulması sübuta yetir. Məhkəmə hesab edir ki, Cavabdeh1 banka olan 13781,98 manat əsas kredit borcu üzrə 2708,5 manat dəbbə pulu hesablaması ədalətli deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret halları nəzərə almaqla, tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Həmin maddənin tələbinə əsasən tənasüb müəyyənləşdirilən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi, dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Qeyd edilənlərə əsasən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini və cəmiyyətin ümumi maraqlarının tələbləri ilə borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığını nəzərə alaraq, məhkəmə hesab edir ki, tələb edilən 2708,5 manat cərimə növündə dəbbə pulu tələbi qismən təmin edilməklə, Cavabdeh1 300 manat məbləğində cərimə növündə dəbbə pulu alınaraq iddiaçıya ödənilməlidir. Çünki dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehlərin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Odur ki, məhkəmə hesab edir ki, kredit müqaviləsindən irəli gələn dəbbə pulu tələbi tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq yuxarıda göstərilən məbləğdə müəyyən olunması qanuni və əsaslı olar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 449.1-ci maddəsinə əsasən isə özgəsinin pul vəsaitni qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ölənilməlidir. 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.4-ci maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələbetmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələbedə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: -qanunsuz saxlama;-qaytarmaqdan boyun qaçırma;-ödənilməsini digər şəkildə gecikdirmə;-başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli qərarına görə kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o, cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor mülki məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin-gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Məhkəmə iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli olan qanun normalarına uyğun qiymət verərək hesab edir ki, Cavabdeh1 bankla xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlayarkən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən ilkin satış qiyməti 47500 manat olmaqla, ipoteka ilə yüklü edilmiş mülkiyyətdə olan Ağcabədi şəhəri, Şıxəli Qurbanov küçəsində 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 116,9 kv.m olan 323 nömrəli fərdi yaşayış evi açıq hərrac yolu ilə satılmaqla satışdan əldə ediləcək vəsait hesabına borclunun kredit müqaviləsi üzrə kreditin əsas məbləğindən 13781,98 manat, əsas məbləğə hesablanmış faiz borcundan 12871,55 manat, 300 manat dəbbə pulu olmaqla, ümumilikdə 26953,53 manat borcu, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı, həmçinin 30 manat dövlət rüsumu iddiaçıya ödənilməli və satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi ipoteka qoyanlara verilməli, ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan digər şəxslər yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə yaşayış sahəsindən çıxarılmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə iddiaçının iddia tələbi olan kredit müqaviləsi üzrə əsas borc 13781,98 manat əsas borca görə tələb olunan gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 2848,20 manat məbləğində əldən çıxmış fayda ilə bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi müddəti (kreditin verilmə tarixi -xx.xx.2014-cü il, kreditin bitmə tarixi -xx.xx.2019-cu il) bitmiş, tələb olunan məbləğin tutulması üçün isə mütləq şəkildə təqsiri müəyyən edilməlidir. Belə ki, tərəflər arasında bağlanılmış kredit müqaviləsinin şərtlərindən də göründüyü kimi, faiz borcunun və cərimənin tutulması birmənalı olaraq borclunun təqsirli hərəkətləri müqabilində tətbiq edilən sanksiyadır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən suala cavab tapılması üçün hazırki mübahisənin hallarına Mülki Məcəlləsinin 449.1-ci maddəsinin tələbləri baxımından qiymət verilməlidir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən isə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ölənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: -qanunsuz saxlama; -qaytarmaqdan boyun qaçırma; -ödənilməsini digər şəkildə gecikdirmə; -başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olunduğunu nəzərə alaraq, Mülki Məcəllənin bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququəmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, Mülki Məcəllənin “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “qanunsuz istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Konstitusiya Məhkəməsinin qeyd olunan Qərarına əsasən öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, Mülki Məcəllənin 449.1-ci maddəsi üzrə mülki məsuliyyətə cəlb edilə bilməz. Məhz bu mövqedən çıxış edərək, qanunverici MM-nin 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor mülki məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin-gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Göründüyü kimi qanunverici belə vəziyyətdə iddiaçıya 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizingecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb hüququnu vermişdir ki, bu hal borclunun hərəkətlərində müəyyən edilmir. Əksinə borclu kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq özünün mülkiyyətində olan əmlakını ipoteka ilə yüklü edərək, borcu ödəyə bilmədiyi halda həmin əmlak satılaraq ödənilsin, iddiaçı Bank olaraq həm borcun ipoteka qoyulmuş əmlaka yönəldilməsini tələb edir, həm də, borclunun təqsirli hərəkəti olmadan onun üzərinə illik beş faiz həddində pul öhdəliyi qoyur, hansı ki, belə bir tələbin təmin edilməsi üçün qanuni əsaslar mövcud deyil. İddiaçı həmçinin "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsini xahiş edir, məhkəmə bununla bağlı qeyd edir ki, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur və müqavilənin müddətinin bitməsi müqavilə üzrə öhdəliklərin xitamına səbəb olur. Hazırki tələbdən müəyyən olunur ki, kreditin verilmə tarixi -xx.xx.2014-cü il, kreditin bitmə tarixi -xx.xx.2019cu il müəyyən edilmiş və müddət bitmişdir. Belə olan halda müqavilənin müddətinin bitməsindən sonra müqavilənin ləğvinin tələb olunması qanuni sayıla bilməz. Odur ki, məhkəmə iddiaçının iddia tələbinin bu əsasını haqlı saymır və təmini üçün əsas görmür. Məhkəmə borcun ipotekaya yönəldilməsi ilə bağlı aşağıdakı maddi hüquq normalarını əsas göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 310-cu maddəsinə əsasən eyni bir əşya ipoteka ilə bir neçə dəfə yüklü edilə bilər. Yüklü edilmənin növbəliyi ipotekanın dövlət qeydiyyatı anı ilə müəyyənləşdirilir. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. "İpoteka Haqqında" Azərbaycan Respublikası Qanununun; 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1.2-cü maddəsinə əsasən əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu verir. 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. 59.3-cü maddəsinə əsasən İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. İpoteka müqaviləsi kredit müqaviləsinin deyil, digər müqavilələrin (podrat və s.) təminatı üçün bağlandığı hallarda isə “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsindəki vəzifənin reallaşması üçün mütləq ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olmalıdırlar. İpoteka predmeti olan fərdi yaşayış evindən və ya mənzildən, orada yaşayan şəxslərin çıxarılmasının ipoteka saxlayan tərəfindən tələb olunması qaydası “İpoteka haqqında” Qanunun hazırda qüvvədə olan redaksiyasının 59.4-cü maddəsində təsbit olunmuşdur. Həmin normaya əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsində ipoteka qoyanın, onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin ipoteka predmeti olan yaşayış sahəsindən məcburi qaydada çıxarılması üçün ayrıca məhkəmə qərarının verilməsi qanunda nəzərdə tutulmamışdır. Yəni, ipoteka saxlayan yalnız ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında icra haqqında qanunvericiliyə uyğun olaraq ipoteka predmeti olan yaşayış evi və ya mənzilin boşaldılmasına məhkəmədənkənar qaydada nail ola bilər. Bununla yanaşı, nəzərə alınmalıdır ki, “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinin 2018-ci il 28 dekabr tarixinədək mövcud olmuş redaksiyasında bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulurdu. Qeyd edilənlərdən belə nəticə hasil olur ki, “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinin əvvəlki redaksiyası ipoteka qoyanın və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin ipotekaya qoyulmuş yaşayış sahəsindən çıxarılması ilə əlaqədar ipoteka saxlayan üçün alternativ iki sənəddən biri (tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı) ilə öz tələb hüququnu həyata keçirməyə imkan yaradırdı. Lakin sözügedən tarixdən sonra qanunverici bu proseduru sadələşdirərək, ipoteka qoyanın, onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin ipoteka predmeti olan yaşayış sahəsindən və qeydiyyatdan məcburi qaydada çıxarılmasını yalnız ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Odur ki, sözügedən iddia tələblərinə dair mübahisələrə baxılarkən ilk növbədə tərəflər arasında mübahisəli hüquq münasibətinin yaranma tarixlərinə diqqət yetirilməlidir. Əgər tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək, yəni “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinə bu Qərardadın 16-cı bəndində göstərilən düzəliş edilənədək bağlanmışdırsa, ipoteka predmeti olan yaşayış evlərindən və mənzillərdən cavabdehlərin məcburi qaydada çıxarılmasına dair tələblərə mahiyyəti üzrə hüquqi qiymət verilməlidir. Tərəflər arasında mübahisəli ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixindən sonra bağlanmışdırsa, sözügedən iddia tələblərinə məhkəmələrdə baxıla bilməz. Belə olan halda Mülki Prosessual Məcəllənin 153.2 və 153.2.1-ci maddələrinə uyğun olaraq iddia ərizəsinin ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin ipoteka qoyulmuş yaşayış sahəsindən və qeydiyyatdan çıxarılması hissəsində icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia artıq icraata qəbul edilmişdirsə, Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinə uyğun olaraq iş üzrə icraata həmin hissədə xitam verilməli, iddiaçıya sözügedən tələblər üzrə icra qurumuna müraciət edə bilmələri bu Qərardadın 24-cü bəndinə uyğun şəkildə izah edilməlidir. Belə ki, “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinin məzmunundan göründüyü kimi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi, ipoteka qoyanın, onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin “İcra haqqında” Azərbaycan Respublikası Qanununu ilə müəyyən edilmiş qaydada icra məmurları tərəfindən ipoteka predmeti olan yaşayış sahəsindən və qeydiyyatdan məcburi qaydada çıxarılması üçün hüquqi əsasdır. Hazırkı işdən müəyyən edilir ki, Bank ilə borclu Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlanmış və həmin müqavilə üzrə öhdəliyin təminatı olaraq Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsus əmlak - Ağcabədi şəhəri, Şıxəli Qurbanov küçəsində 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 116,9 kv.m olan 323 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Göründüyü kimi tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək, yəni “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinə bu Qərardadın 16-cı bəndində göstərilən düzəliş edilənədək bağlandığından, ipoteka predmeti olan yaşayış evindən cavabdehlərin məcburi qaydada çıxarılmasına dair tələbə də mahiyyəti üzrə hüquqi qiymət verilməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə yekun olaraq belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 ilə “Nikoyl İKB” açıq səhmdar cəmiyyəti arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış kreditin əsas məbləğindən 13781,98 manat, əsas məbləğə hesablanmış faiz borcundan 12871,55 manat, 300 manat dəbbə pulu, ümumilikdə 26953,53 manat borc, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı, həmçinin 30 manat dövlət rüsumu Cavabdeh1 alınaraq İddiaçı açıq səhmdar cəmiyyətinə ödənilməli, tutma ipoteka predmeti olan Ağcabədi şəhəri, Şıxəli Qurbanov küçəsində 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 116,9 kv.m olan 323 nömrəli fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmetinin ilkin satış (likvid dəyəri) qiyməti 47500 manat məbləğində müəyyən edilməli, həmin əmlak açıq hərrac yolu ilə satılmalı və satışdan əldə olunan puldan Cavabdeh1 Banka olan borcu ödənilməlidir. Satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi ipoteka qoyan - Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 verilməli, İpoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə istifadə hüququ itirilməklə yaşayış sahəsindən çıxarılmalı və yaşayış evi boşaldılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Həmçinin, məhkəmə hesab edir ki, aparılmış tədqiqatının dəyərini təşkil edən ümumilikdə 200 manat məbləğində ekspertiza xərci Cavabdeh1 alınaraq, X1, kodu 210005, VÖEN 140155501, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22, MEM, VÖEN **********, Hesab AZ34CTRE******************** nömrəli hesaba köçürülməlidir. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh1 ilə “Nikoyl İKB” açıq səhmdar cəmiyyəti arasında bağlanmış xx.xx.2014cü il tarixli kredit müqaviləsi üzrə yaranmış kreditin əsas məbləğindən 13781,98 manat, əsas məbləğə hesablanmış faiz borcundan 12871,55 manat, 300 manat dəbbə pulu, ümumilikdə 26953,53 manat borc, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı, həmçinin 30 manat dövlət rüsumu Cavabdeh1 alınaraq İddiaçı açıq səhmdar cəmiyyətinə ödənilsin. Tutma ipoteka predmeti olan Ağcabədi şəhəri, Şıxəli Qurbanov küçəsində 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 116,9 kv.m olan 323 nömrəli fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmetinin ilkin satış (likvid dəyəri) qiyməti 47500 manat məbləğində müəyyən edilsin. Həmin əmlak açıq hərrac yolu ilə satılsın və satışdan əldə olunan puldan Cavabdeh1 Banka olan borcu ödənilsin. Satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi ipoteka qoyan - Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 verilsin. İpoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə istifadə hüququ itirilməklə yaşayış sahəsindən çıxarılsınlar və yaşayış evi boşaldılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh1 ümumilikdə 200 manat ekspertiza xərci alınaraq X1, kodu 210005, VÖEN 140155501, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22, MEM, VÖEN **********, Hesab AZ34CTRE******************** nömrəli hesaba köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-6/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-6/2024
20.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver