Məhkəmə qərarları › İş №2(017)-609/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-609/2023

10.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-609/2023 10.08.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, İddiaçı nümayəndəsi X2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3000 manat məbləğində borcun və dövlət rüsumuna görə ödənilmiş 50 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X4 iddia tələbini müdafiə edərək verdiyi izahatında göstərdi ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı xx.xx.2020-ci il tarixdə nağd şəkildə 3000 manat məbləğində borc pul almışlar. Həmin borcu az müddətə qaytaracaqlarını bildirmişlər. Cavabdehlər həmin pulu İddiaçı aldıqlarına dair öz xətləri və imzaları ilə qəbzdə vermişlər. Lakin həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq cavabdehlər borclu olduqları 3000 manat pulu indiyə kimi İddiaçı qaytarmamışlar. Dəfələrlə cavabdehlərdən borcun qaytarılmasını tələb olunmuş, hər dəfə verəcəklərini bildirsələr də qaytarmamışlar. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3000 manat pulun və dövlət rüsumuna görə ödənilmiş 50 manat pulun alınaraq İddiaçı verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etmədi və izahatında göstərdi ki, İddiaçı xx.xx.2020-ci il tarixdə 3000 manat borca pul almamışdır. İddiaçının məhkəməyə təqdim etdiyi qəbz onun tərəfindən yazılmışdır. Həmin qəbzdə İddiaçı borc olaraq Cavabdeh2 ilə birlikdə 3000 manat aldığını qeyd etmişdir. Lakin yazdığı qəbzə görə Şahin adlı şəxsdən 1000 manat borca pul almış və sonradan borcunu ödəmişdir. Hazırda onun heç kimə borcu yoxdur. Elmdarı tanımır, Şahin adlı şəxsin sözü ilə qəbzdə Elmdardan borc aldığını göstərmişdir. Ona görə də məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etmədi və izahatında göstərdi ki, İddiaçı xx.xx.2020-ci il tarixdə 3000 manat borca pul almamışdır. İddiaçının məhkəməyə təqdim etdiyi qəbzdə olan imza onun tərəfindən icra edilmişdir. Həmin qəbzdə İddiaçı borc olaraq Cavabdeh1 ilə birlikdə 3000 manat aldığını qeyd etmişdir. Lakin yazdığı qəbzə görə Şahin adlı şəxsdən 1000 manat borca pul almış və sonradan borcunu ödəmişdir. Hazırda onun heç kimə borcu yoxdur. Ona görə də məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı 3000 manat məbləğində pul borc almışlar. Bu barədə xx.xx.2020-ci il tarixdə qəbz yazaraq imzalamışlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/986 nömrəli məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, 2(017)-609/2023 nömrəli mülki işin 5-ci vərəqində dama-dama dəftər vərəqəsində Cavabdeh1 və Cavabdeh2 adlarından olan xx.xx.2020-ci il tarixli 3000 manata dair borc qəbzinin mətni, həmin qəbzin sonunda “İmzalar” sözünün qarşısındakı imza, aşağı hissəsində 1-ci “İmza” sözünün qarşısındakı imza - Cavabdeh1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, 2(017)- 609/2023 nömrəli mülki işin 5-ci vərəqəsində dama-dama dəftər vərəqəsində Cavabdeh1 və Cavabdeh2 adlarından olan xx.xx.2020-ci il tarixli 3000 manata dair borc qəbzinin aşağısında 2-ci “İmza” sözünün qarşısındakı iki ədəd imza - Cavabdeh2 tərəfindən icra olunmuşdur. İş materiallarına əlavə edilmiş ekspertiza xərclərinə dair xx.xx.2023-cü il tarixli, 4/986 nömrəli bildirişdən görünür ki, aparılmış tədqiqatının dəyəri 110 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsində göstərildiyi kimi, müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsində göstərilir ki, müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-cı maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-cı maddəsində göstərilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı xx.xx.2020-ci il tarixdə müştərək qaydada 3000 manat məbləğində borc almışlar, həmin borcdan heç bir ödəniş olmamışdır. Cavabdehlər həmin məbləği hal-hazıradək iddiaçıya qaytarmamışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından göründüyü kimi, məhkəmə xərcləri 110 manat məbləğində ekspertiza xərcindən və dövlət rüsumuna görə ödənilmiş 50 manat ibarətdir. Sadalanan qanunvericilik aktı normalarını hazırkı mülki mübahisəyə tətbiq edən məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsası kimi göstərilən həmin maddi normalara əsasən iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3000 manat məbləğində borc və dövlət rüsumuna görə ödənilmiş 50 manat pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 110 manat məbləğində ekspertiza xərci isə alınaraq, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ******************** SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34STRE******************** nömrəli hesaba köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238-239, 241-244-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3000 manat (üç min manat) məbləğində borc və dövlət rüsumuna görə ödənilmiş 50 manat pul alınaraq İddiaçı verilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 110 manat məbləğində ekspertiza xərci alınaraq, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab Az41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE******************** nömrəli hesaba köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar