Məhkəmə qərarları › İş №2(017)-657/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-657/2025

22.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-657/2025 22.05.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən mənimsənilmiş pulunun və maddimənəvi ziyanın cavabdehdən alınaraq ona verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 400 manat borcun, borc kimi aldığı 600 manatın, əlavə maddi və mənəvi ziyanın əvəzi olaraq 500 manatın, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 35 manatın cəmi 1535 manat cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh onu aldadaraq əlillik dərəcəsini ikinci qurupa dəyişdirəcəyi adı ilə ondan 400 manat pul almışdır.daha sonra isə cavabdeh ondan borc pul istəmiş, o da iki dəfə 300 manat olmaqla cəmi 600 manat borc pul vermişdir.lakin sonradan ona məlum olmuş ki, cavabdeh onu aldadıb. O, bubunla bağlı Gəncə şəhər Polis idarəsinə müraciət etmiş, polisdə araşdırılma aparılmış cavabdehin ondan dələduzluq yolu ilə 400 manat pulu mənimsəməsi müəyyən edilmiş, lakin məbləğ az olduğu üçün cinayət işinin rədd edilməsi və İXM-nin 227-ci maddəsi ilə tədbir görülməsi üçün Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin İTB-nə göndərilmişdir. Cavabdeh ondan 600 manat borc pul aldığını Gəncə Şəhər Məhkəməsində etiraf etmiş və bu barədə ərizə təqdim etmişdir. Beləliklə cavabdeh dələduzluq yolu ilə 400 manat və borc adı ilə 600 manat ziyan vurmuşdur. Bundan başqa cavabdeh ona əlavə maddi və mənəvi ziyan vurmuşdur. O, dəfələrlə pulunu cavabdehdən tələb etsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək borcu qaytarmaqdan yayınmışdır. Bundan sonra o, məhkəmədə iddia qaldırmaq qərarına gəlmişdir. Ona görə də, Cavabdeh 400 manat borcun, borc kimi aldığı 600 manatın, əlavə maddi və mənəvi ziyanın əvəzi olaraq 500 manatın, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 35 manatın cəmi 1535 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın tam təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəməyə poç vasitəsilə teleqram göndərərək, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, onun iştirakı olmadan işə baxılaraq iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli cinayət işinin rədd edilməsi barədə qərardan görünür ki, Cavabdeh İddiaçı aldadaraq ondan 400 manat pul və borc olaraq 300 manat pul almışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh İddiaçı iki dəfəyə 300 manat olmaqla cəmi 600 manat borc pul aldığını etiraf etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 35 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş 1 ədəd CD diskə məhkəmə iclasında dinlənilmiş, tərəflər arasında idiada göstərilən mübahisə ilə bağlı danışıqlar aparılmış, lakin aralarında olan pulun məbləği göstərilməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1 və 1091.2-ci maddələrinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, Cavabdeh iddiaçıdan ümumilikdə 700 manat pul almışdır. İşdə olan ərizədə cavabdeh iddiaçıdan iki dəfənə 300 manat bir 300 manatda bir olmaqla ümumilikdə 600 manat borc almasını etiraf etsə də, cinayət işinin başlanmasının rədd edilməsi qərarında araşdırmanın nəticəsi olaraq 400 manat və 300 manat olmala ümumilikdə 700 manat pulun cavabdeh tərəfindən alınması müəyyən edilmişdir. Buradan da göründüyü kimi cavabdeh iddiaçının 700 manat məbləğində pulunu əldə edib iddiaçının hesabına hüquqi əsas olmadan əsassız varlanmış və iddiaçı da cavabdehdən həmin pulu tələb etməkdə haqlıdır. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. İşdə olan 19 dekabr 2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı 35 dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə 35 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyindən iddianın təmin olunmuş hissəsinə uyğun olaraq Cavabdeh 30 manat tutularaq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh borca görə 700 manat məbləğdə pul və 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə İddiaçı iddia tələbinin qismən təmin olunması qənaətinə gəldi. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 700 (yeddi yüz) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar