Məhkəmə qərarları › İş №2(017)-67/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-67/2023

17.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-67/2023 17.01.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hacıyev Fuad Hacı oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 2500 manat pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı 2500 manat pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə etdi və verdiyi izahatında göstərdi ki, Cavabdeh onun həmkəndlisi və qapı bir qonşusudur. Borc pulla bağlı Xaliq ona müraciət etmiş, 2020-ci ilin dekabr ayında Xaliqə 4500 manat borc vermişdir. Bundan başqa Xaliqə borca pul verməmişdir. 2022-ci ilin may ayında həmin borcdan Xaliq atası Fəqaninin vasitəsilə ona 2000 manat qaytarmış, 2500 manat borclu qalmışdır. Sonradan cavabdeh razılaşdıqları vaxtda həmin pulu geri qaytarmamış, dəfələrlə ondan pulunu istəsə də, cavabdeh müxtəlif bəhanələrlə pulu verməmişdir. Lakin iddia ərizəsində Xaliqə 2500 manat borca pul verdiyini qeyd etmişdir. Ona görə də iddiasının təmin edilərək Xaliqdən 2500 manat məbləğində borcun və ödənilmiş 45 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etdi və izahatında göstərdi ki, pula ehtiyacı olduğu üçün həmkəndlisi və qonşusu İddiaçı 2019-cu ilin may ayında sələmə 2500 manat pul almış, həmin borcdan atası Fəqaninin vasitəsilə 2000 manat ödəmişdir. Maddi vəziyyəti çətinləşdiyinə görə aldığı borcu tam qaytara bilməmişdir. Hazırda onun iddiaçıya 500 manat borcu qalmışdır. Həmin borcunu beş ilə hissə-hissə qaytaracaqdır. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ərizələrdən görünür ki, Cavabdeh İddiaçı 2500 manat məbləğində pul borc götürmüş, həmin borcdan 2000 manat məbləğində pul qaytarmış, 500 manat borclu qalmışdır. Məhkəmə iclasında iddiaçı cavabdehə 2020-ci ilin dekabr ayında 4500 manat məbləğində borc verməsini, həmin 4500 manat borcdan hazırda cavabdehin ona 2500 manat borclu qaldığını göstərsə də həmin halları sübut edən heç bir mötəbər sübut məhkəməyə təqdim edə bilməmiş, cavabdeh isə həmin halları təsdiq etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə borc verən pula və digər əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəsinə götürür. Borc alan isə aldığı borcu borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsində göstərildiyi kimi, müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh İddiaçı 2500 manat məbləğində pul borc almışdır. Həmin borcdan cavabdeh iddiaçıya 2000 manat məbləğində pul qaytarmış, 500 manat borclu qalmışdır. Cavabdeh həmin məbləği hal-hazıradək iddiaçıya qaytarmamışdır. Sadalanan qanunvericilik aktı normalarını hazırkı mülki mübahisəyə tətbiq edən məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsası kimi göstərilən həmin maddi normalara əsasən iddia qismən təmin edilməli və Cavabdeh 500 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə qanunsuz və əsasız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından göründüyü kimi, məhkəmə xərcləri iddiaçı tərəfindən ödənilmiş 45 manat məbləğində dövlət rüsumundan ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən məhkəmələrdə verilən iddia ərizələrinə görə iddia qiyməti 500 manatadək olduqda dövlət rüsumunun dərəcəsi 30 manat müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbinin məbləği 2500 manat olduğu, bu tələb 500 manat məbləğində təmin edildiyi üçün, ödənilmiş iddia tələbinin məbləğinə uyğun olaraq ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 500 (beş yüz) manat məbləğində pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar