Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 2(017)-679/2025 29.05.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Ağcabədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxış iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək yenidən iddia qaldırmaq üçün iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib belə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalı və geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 259.0.11, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçının Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalı və ərizəyə əlavə olunmuş sənədlər iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 79 (yetmiş doqquz) manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263, 264, 266-267-ci maddələrini rəhbər turaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı İddiaçının Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın və ərizəyə əlavə olunmuş sənədlər iddiaçıya qaytarılsın. Ödənilmiş 79 (yetmiş doqquz) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağcabədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-679/2025
Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №2(017)-679/2025
29.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver