Məhkəmə qərarları › İş №2(017)-69/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-69/2025

18.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-69/2025 18.02.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hacıyev Fuad Hacı oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək göstərdi ki, X4 ilə 2015-ci ildə nikaha daxil olmaqla ailə qurmuş, onların nikahlarından xx.xx.2024-cü il tarixdə X5 adlı uşaqları anadan olmuşdur. xx.xx.2024-cü il tarixdə X5 xəstəlikdən vəfat etmiş, Ağcabədi rayon Qaravəlli kənd qəbiristanlığında dəfn olunmuşdur. Ölüm qeydə alınmadığına görə müəyyən sənədləşmə işlərini aparmaq mümkün olmamışdır. Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin həkim arayışı olmadığına görə ona qızının ölümü haqqında şəhadətnamə verilməmişdir. Ona görə də xx.xx.2024-cü il tarixdə anadan olmuş X2 xx.xx.2024-cü il tarixdə Ağcabədi rayonunun Qaravəlli kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid X3 ifadəsində göstərdi ki, Ərizəçi onun qohumudur, eyni kənddə yaşayırlar. Ərizəçi X4 ilə olan evliliyindən doğulmuş qızları Ceyran 2024-cü ilin avqust ayının 16-da xəstəlikdən vəfat etmiş, Ağcabədi rayonunun Qaravəlli kənd qəbiristanlığında dəfn olunmuşdur. Dəfn mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş AZ-V 000123 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2024-cü il tarixdə Ağcabədi rayonunda doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 240 nömrə ilə qeyd edilmişdir. Atası Ərizəçi, anası X1 qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İİ 032008 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X4 xx.xx.2015-ci il tarixdə nikaha daxil olmuşlar. İş materiallarına əlavə olunmuş Ağcabədi rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, ölüm haqqında tibbi sənəd olmadığına görə X2 ölümünün Maraqlı şəxsndə qeydə alınması mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2024-cü il tarixdə Ağcabədi rayonunun Qaravəlli kəndində doğulmuş X5 xx.xx.2024-cü il tarixdə Ağcabədi rayonunun Qaravəlli kəndində vəfat etmiş və həmin kəndin qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixdə Ağcabədi rayonunun Qaravəlli kəndində doğulmuş X2 xx.xx.2024-cü il tarixdə Ağcabədi rayonunun Qaravəlli kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 307.2, 307.2.3, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2024-cü il tarixdə Ağcabədi rayonunun Qaravəlli kəndində doğulmuş X2 xx.xx.2024-cü il tarixdə Ağcabədi rayonunun Qaravəlli kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar