Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-719/2024 22.05.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı 3038 manat məbləğində pul və iddia qaldırılarkən ödənilmiş 51 manat dövlət rüsumu tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Ağcabədi rayon, Avşar kəndində yaşayır. Cavabdeh ilə ailəvi münasibətləri vardır. Cavabdeh ilə görüşən zaman Günel atasının ağır xəstə olmasını bildirərək ondan 3000 manat borc pul istəmişdir. O, da cavabdehə 01 sentyabr 2022-ci il tarixdə 2500 manat borc pul vermişdir. Bununla bağlı cavabdeh ona qəbz və vəsiqəsinin surətini vermişdir. Cavabdeh borcu bir il müddətinə qaytaracağını bildirmişdir. Bundan bir neçə gün sonra Cavabdeh yenidən onunla əlaqə saxlayaraq ondan əlavə 1500 manat borc pul istəmiş və 06 sentyabr 2022-ci il tarixdə 1200 manat pul düzəldərək cavabdehə borc pul vermişdir. Bununla bağlı cavabdeh ona qəbz və özünə aid bank kartı verərək karta hər ay 280-290 manat pul köçdüyünü və ona olan borcu kartdan çıxarıb götürməsini bildirmişdir. O, cavabdehə ümumilikdə 3700 manat borc vermişdir. Cavabdeh ona verdiyi kartdan 662 manat pul çıxarmış və cavabdehin ona 3038 manat borcu qalmışdır. Dəfələrlə cavabdehlə görüşərək ondan pulunu tələb etsə də, cavabdeh ona olan borcunu qaytarmamışdır. Ona görə də göstərdiklərini nəzərə alaraq iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-cı maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 01 sentyabr 2022-ci il tarixli və 06 sentyabr 2022-ci il tarixli qəbzlərdən görünür ki, Kərimova X1 Eyvaz Muxtar oğlundan 01 sentyabr 2022-ci il tarixdə 2500 manat və 06 sentyabr 2022-ci il tarixdə 1200 manat, cəmi 3700 manat borc pul almışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. İş materiallarından göründüyü kimi Cavabdeh İddiaçı 01 sentyabr 2022-ci il tarixdə 2500 manat və 06 sentyabr 2022-ci il tarixdə 1200 manat, cəmi 3700 manat borc pul alaraq qaytarmağı öhdəsinə götürsə də, bu öhdəliyi icra etməmiş və yalnız aldığı həmin puldan 662 manat ödəyərək qalan 3038 manat borcunu ödəməkdən yayınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh 3038 manat pul alınaraq İddiaçı verilməlidir. İşdə olan 16 fevral 2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı 51 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə 51 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyindən həmin məbləğ də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 3038 manat məbləğində pul və iddia qaldırılarkən ödənilmiş 51 manat dövlət rüsumu, cəmi 3089 (üç min səksən doqquz) manat alınaraq İddiaçı verilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(017)-719/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-719/2024
22.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver