Məhkəmə qərarları › İş №2(017)-722/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-722/2023

25.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-722/2023 25.04.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı reqress qaydasında pulun alınıb verilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı reqress qaydasında pulun alınıb verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə etdi və izahatında göstərdi ki, Cavabdeh ilə həmkəndlidir. Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC xx.xx.2014cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 24 ay müddətinə 5000 manat məbləğində kredit vermişdir. Kreditin təminatı olaraq bankla onun arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit borcunu ödəmədiyinə görə kredit verən məhkəməyə müraciət etmişdir. Ağcabədi Rayon Məhkəməsinın xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə əsasən kreditor Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə -Cavabdeh, İddiaçı, X2 və X1 2907,44 manat əsas borc, 1445,03 manat faiz borcu, ümumilikdə 4352,47 manat kredit borcu və ödənilmiş 20,4 manat məbləğində dövlət rüsumunun müştərək qaydada tutulmasına dair əmr edilmişdir. Həmin məhkəmə əmri icraya yönəldilmiş, onun pensiyasından 1114,87 manat pul tutularaq banka olan borc tam olaraq ödənilmişdir. Bununla da ona 1114,87 manat məbləğində maddi ziyan dəymişdir. Cavabdeh tərəfindən maddi ziyanın vurulması danılmazdır, yəni işin mübahisə edilməyən halı olmasına baxmayaraq cavabdeh hal-hazıradək ona vurduğu maddi ziyanı, yəni 1114,87 manat pulu ödəməməklə ona qarşı laqeydlik göstərmişdir. Cavabdehin borcunu ödədiyinə görə onun reqress hüququ yaranmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini, 1114,87 manat pulun və 32 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etdi və izahatında göstərdi ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə 5000 manat məbləğində kredit vermişdir. Kreditin təminatı olaraq bankla İddiaçı, X4 və X3 arasında zaminlik müqaviləsi bağlanmışdır. Ağcabədi Rayon Məhkəməsinın xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə əsasən kreditor Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə -Cavabdeh, İddiaçı, X2 və X1 2907,44 manat əsas borc, 1445,03 manat faiz borcu, ümumilikdə 4352,47 manat kredit borcu və ödənilmiş 20,4 manat məbləğində dövlət rüsumunun müştərək qaydada tutulmasına dair əmr edilmişdir. Həmin məhkəmə əmri icraya yönəldilmiş, İddiaçı pensiyasından 1114,87 manat pul tutularaq banka olan borc tam olaraq ödənilmişdir. İddiaçıya olan 1114,87 manat borcunu yaxın vaxtlarda hissə-hissə olmaqla ödəyəcəyinə söz verir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2016-cı il tarixli məhkəmə əmrinin surətindən görünür ki, Ağcabədi Rayon Məhkəməsinın xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə əsasən kreditor Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə - Cavabdeh, İddiaçı, X2 və X1 2907,44 manat əsas borc, 1445,03 manat faiz borcu, ümumilikdə 4352,47 manat kredit borcu və ödənilmiş 20,4 manat məbləğində dövlət rüsumunun müştərək qaydada tutulmasına dair əmr edilmişdir. İş materiallarında olan ödənişə dair "xxxx" MMC-nin Ağcabədi filialının verdiyi xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Ağcabədi Rayon Məhkəməsinın xx.xx.2016-cı il tarixli icra vərəqəsi icra olunması üçün Ağcabədi rayon İcra və Probasiya şöbəsi tərəfindən icra vərəqəsi üzrə borclu İddiaçı pensiyasına yönəldilmişdir. İddiaçı pensiyasından 1114,87 manat məbləğində pul tutularaq BOKT "xxxx" MMC-yə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 311.1, 311.2 və 311.3-cü maddəsinə əsasən əşyanın mülkiyyətçisi tələbin icra müddəti çatdıqda kreditoru təmin edə bilər. Bunu şəxsi borclu da edə bilər. Əgər mülkiyyətçi şəxsi borclu deyildirsə, tələb ona mülkiyyətçinin kreditoru təmin etdiyi vaxt keçir. Kreditoru təmin edərkən mülkiyyətçi daşınmaz əmlakın dövlət reyestrinə və ya daşınar əmlakın digər rəsmi reyestrinə müvafiq qeydlərin yazılması üçün zəruri olan sənədləri və ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 24 ay müddətinə 5000 manat məbləğində kredit vermişdir. BOKT "xxxx" MMC-nin Cavabdeh ilə bağladığı kredit müqaviləsinin təminatı olaraq İddiaçı ilə zaminlik müqaviləsi bağlamışdır. Ağcabədi Rayon Məhkəməsinın xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə əsasən kreditor Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə - Cavabdeh, İddiaçı, X2 və X1 2907,44 manat əsas borc, 1445,03 manat faiz borcu, ümumilikdə 4352,47 manat kredit borcu və ödənilmiş 20,4 manat məbləğində dövlət rüsumunun müştərək qaydada tutulmasına dair əmr edilmişdir. Ağcabədi Rayon Məhkəməsinın xx.xx.2016-cı il tarixli məhkəmə əmri icra olunması üçün Ağcabədi rayon İcra və Probasiya şöbəsi tərəfindən icra vərəqəsi üzrə borclu İddiaçı pensiyasına yönəldilmişdir. İddiaçı pensiyasından 1114,87 manat məbləğində pul tutularaq BOKT "xxxx" MMC-yə ödənilmişdir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, reqress qaydasında pulun alınıb verilməsi tələbinə dair iddia təmin edilərək, Cavabdeh 1114,87 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Qanuna əsasən hazırkı iş üzrə dövlət rüsumu 32 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbinin məbləği tam təmin edildiyi üçün iddia tələbinin məbləğinə uyğun olaraq cavabdehdən 32 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1114,87 manat məbləğində pul, həmçinin dövlət rüsumuna görə ödənilmiş 32 manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar