Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-752/2024 07.05.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbini dəqiqləşdirərək izahatında göstərdi ki, hazırkı iş üzrə Cavabdeh ot alqı-satqısı ilə əlaqədar tanımışdır. Aralarında olan razılaşmaya əsasən 2023-cü ilin oktyabr ayında Göygöl rayonunda yerləşən mal bazarında Nüsrətdən 1600 manat verib ot bağlaması almış və əlavə 1000 manat verib ot sifariş etmişdir. Aldığı otun az bir hissəsini heyvanlarına vermiş, heyvanlardan biri ölmüşdür. Məlum olmuşdur ki, aldığı ot yararlı olmamışdır. Nüsrətlə əlaqə saxlamış, lakin sonuncu ota görə aldığı pulu ona qaytarmamışdır. Ona görə də 1900 manat pulun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh 1900 manat pul tələbinə dair iddianı qəbul etdi və izahatına göstərdi ki, Rövşəni ot alqı-satqısı ilə əlaqədar tanımışdır. Özü ayrı-ayrı şəxslərdən alıb satır. Satdığı ot keyfiyyətsiz olmuşdur. Hazırda iddiaçı ondan 1900 manat pul tələb edir. Həmin 1900 manat pul tələbinə dair iddianı qəbul edir. Yaranmış borcunu qısa müddətə qaytaracağına söz verir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı 1900 manat pul tələbinə dair iddiası təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiqi olunmuş ərizədən görünür ki, Cavabdeh İddiaçı ona qarşı 1900 manat məbləğində pul tələbinə dair iddiasını qəbul edir. Həmin pulu qısa müddətə qaytaracağına söz verir. Mülki işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiqi olunmuş İddiaçı ərizəsindən görünür ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasını dəqiqləşdirərək həcmini azaldıb 1900 manat pulun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə borc verən pula və digər əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəsinə götürür. Borc alan isə aldığı borcu borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsində göstərildiyi kimi, müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh ilə İddiaçı arasında ot alqı-satqısı ilə əlaqədar borc yaranmışdır. Hazırda İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasını dəqiqləşdirərək həcmini azaldıb 1900 manat pulun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh İddiaçı ona qarşı 1900 manat pul tələbinə dair iddiasını qəbul edir. İddiaçı olan borcunu qısa müddətə qaytaracağına söz verir. Məhkəmə iddia tələbini təmin edərkən, iş materiallarına əlavə edilmiş rəsmi sənədlərə də hüquqi qiymət vermişdir. Sadalanan qanunvericilik aktı normalarını hazırkı mülki mübahisəyə tətbiq edən məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsası kimi göstərilən həmin maddi normalara əsasən iddia təmin edilməli və Cavabdeh 1900 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından göründüyü kimi, məhkəmə xərcləri iddiaçı tərəfindən ödənilmiş 79 manat məbləğində dövlət rüsumundan ibarətdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbinin məbləğinə uyğun olaraq ödənilmiş 39 manat dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməli, qalan məbləğ iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1900 manat məbləğində pul və 39 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-752/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-752/2024
07.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver