Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-754/2024 21.05.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdi və izahatında göstərdi ki, X5 ilə anası X3 nikahlarından xx.xx.1966-cı il tarixdə doğulmuş bacısı X7 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və Ağcabədi rayonunun Təzəkənd kənd qəbiristanlığında dəfn olunmuşdur. Bacısının ölümü qeydə alınmadığına görə müəyyən sənədləşmə işlərini apara bilmir. Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin həkim arayışı olmadığına görə ona ölüm haqqında şəhadətnamə verilməmişdir. Ona görə də xx.xx.1966-cı il tarixdə Ağcabədi rayonunun Təzəkənd kəndində anadan olmuş X4 xx.xx.2022-ci il tarixdə Ağcabədi rayonunun Təzəkənd kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X8 ifadəsində göstərdi ki, Ərizəçi və onun ailəsini yaxından tanıyır, qonşuluqda yaşayırlar. Ərizəçinin xx.xx.1966-cı il tarixdə anadan olmuş bacısı X7 xx.xx.2022-ci il tarixdə Ağcabədi rayonunun Təzəkənd kəndində ölmüş və Təzəkənd kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında X9 da eyni məzmunlu izahat verərək göstərilən xüsusatları təsdiq etdi. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1966-cı il tarixdə Ağcabədi rayonunun Təzəkənd kəndində doğulmuşdur. Bu barədə xx.xx.1967-ci il tarixdə Ağcabədi rayonunun Hüsülü kənd İƏD-si üzrə nümayəndəliyində 35 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X2, anası X1 qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1974-cü il tarixdə Ağcabədi rayonunun Təzəkənd kəndində doğrulmuşdur. Bu barədə xx.xx.1974-cü il tarixdə Ağcabədi rayonunun Hüsülü kənd İƏD-si üzrə nümayəndəliyində 61 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X5, anası X1 qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Ağcabədi rayon İHB-nın Təzəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təsdiq etdiyi xx.xx.2024-cü il tarixli aktdan görünür ki, xx.xx.1966-cı il tarixdə doğulmuş X7 xx.xx.2022-ci il tarixdə vəfat etmiş, Ağcabədi rayonunun Təzəkənd kənd qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ölüm haqqında tibbi sənəd təqdim edilmədiyinə görə X4 ölümünün Maraqlı şəxsndə qeydə alınması mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.1966-cı il tarixdə Ağcabədi rayonunun Təzəkənd kəndində anadan olmuş X7 xx.xx.2022-ci il tarixdə Ağcabədi rayonunun Təzəkənd kəndində vəfat etmiş və Təzəkənd kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə hesab edir ki, xx.xx.1966-cı il tarixdə Ağcabədi rayonunun Təzəkənd kəndində anadan olmuş X4 xx.xx.2022-ci il tarixdə Ağcabədi rayonunun Təzəkənd kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 307, 307.2, 307.2.3, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1966-cı il tarixdə Ağcabədi rayonunun Təzəkənd kəndində anadan olmuş X4 xx.xx.2022-ci il tarixdə Ağcabədi rayonunun Təzəkənd kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-754/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-754/2024
21.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver