Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-755/2024 05.06.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı 6000 manat borc pul, iddia qaldırılarkən ödənilmiş 80 manat dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 70 manat xidmət haqqı, cəmi 6150 manat pul tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh əvəlldən tanıyır və onunla münasibəti yaxşı olmuşdur. Cavabdeh 2023-cü ilin iyun ayında ona müraciət edərək pula ehtiyacı olduğunu bildirmiş və ondan 6000 manat məbləğində borc istəmişdir. O, cavabdehin xahişini və pula ehtiyacı olduğunu nəzərə alıb cavabdehə 6000 manat məbləğində borc pul vermişdir. Cavabdeh ondan 6000 manat borc almasına dair qəbz təqdim etmişdir. Bundan sonra, cavabdehdən pulunu tələb etməsinə baxmayaraq cavabdeh onun pulunu qaytarmamışdır. Ona görə də göstərdiklərini nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı etiraf edərək izahatında göstərdi ki, İddiaçı əvvəldən tanıyır və onunla münasibətləri yaxşı olmuşdur. 2023-cü ilin iyun ayında İddiaçı pula ehtiyacı olduğunu bildirib ondan 6000 manat məbləğində borc istəmişdir. İddiaçı da ona 6000 manat məbləğində borc pul vermiş və o, bu barədə iddiaçıya qəbz yazıb vermişdir. Lakin, maddi imkanı olmadığı üçün borcu ödəyə bilməmişdir. Ona görə də İddiaçı ona qarşı məhkəmədə iddia qaldırmışdır. İddianı qəbul edir, borcunu yaxın zamanda hissə-hissə də olsa ödəyəcəkdir və bu barədə qətnamə çıxarılmasına heç bir etirazı yoxdur İşdə olan və məhkəmə iclasında elan edilmiş qəbzdən görünür ki, Cavabdeh İddiaçı 2023-cü ilin iyun ayında 6000 manat borc pul almışdır. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı etiraf etdiyindən və bu etiraf məhkəmə tərəfindən təsdiq olunduğundan iddiaçının irəli sürdüyü tələbin təmin olunması barədə qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh 6000 manat pul alınaraq İddiaçı verilməlidir. İşdə olan 04 mart 2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı 80 manat dövlət rüsumu ödəmişdir. İşdə olan 04 mart 2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı hüquqi yardıma görə 70 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə 80 manat dövlət rüsumu və 70 manat xidmət haqqı iddiaçı tərəfindən ödənildiyindən həmin məbləğ də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 6000 manat borc pul, iddia qaldırarkən ödəmiş olduğu 80 manat dövlət rüsumunun və hüquqi yardıma görə ödənilmiş 70 manat xidmət haqqı, cəmi 6150 (altı min bir yüz əlli) manat alınaraq İddiaçı verilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(017)-755/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-755/2024
05.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver