Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-770/2023 17.04.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Ərizəçi iştirakı ilə Ölüm faktının müəyyən edilməsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X2nun 20 iyun 1998-ci il tarixdə Ağcabədi rayonunun Minəxorlu kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, O, ailəsi ilə birlikdə Ağcabədi rayonunun Minəxorlu kəndində yaşayır. Həyat yoldaşı X7 ilə birgə nikahlarından dörd övladları anadan olmuşdur. X2 27 may 1993-cü il tarixdə anadan olmuş və 20 iyun 1998-ci il tarixdə vəfat etmişdir. Oğlunu Ağcabədi rayonunun Minəxorlu kənd qəbiristanlığında dəfn etmişlər. Lakin Vüqarın ölümündən sonra vaxtında Maraqlı şəxsnə müraciət edilməmişlər və ona ölüm haqqında şəhadətnamə alınmamışlar. Hazırda Vüqarın sənədlərdə adı qeyd olunduğu üçün onun adının çıxarılması ilə əlaqədar ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Ona görə də göstərdiklərini nəzərə alaraq 27 may 1993-cü il tarixdə anadan olmuş X2nun 20 iyun 1998-ci il tarixdə Ağcabədi rayonunun Minəxorlu kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinin tələbinə əsaslanaraq mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab Məhkəmə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını qanuna uyğun hesab etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusudur. Ərizəçi 27 may 1993-cü il tarixdə anadan olmuş X2 20 iyun 1998-ci il tarixdə Ağcabədi rayonunun Minəxorlu kəndində yaşadığı evdə vəfat etmişdir. Həmin uşaq Ağcabədi rayonunun Minəxorlu kənd qəbiristanlığında dəfn olunmuş və mərhumun yas mərasimində iştirak etmişdir. Sonradan ona məlum olmuşdur ki, X5 ölüm haqqında şəhadətnamə alınmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, Ərizəçi onun bacısıdır. Ərizəçi 27 may 1993-cü il tarixdə anadan olmuş X2 20 iyun 1998-ci il tarixdə Ağcabədi rayonunun Minəxorlu kəndində yaşadığı evdə vəfat etmişdir. Həmin uşaq Ağcabədi rayonunun Minəxorlu kənd qəbiristanlığında dəfn olunmuş və mərhumun yas mərasimində iştirak etmişdir. Sonradan ona məlum olmuşdur ki, X5 ölüm haqqında şəhadətnamə alınmamışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş arayışın surətindən görünür ki, X8 27 may 1993-cü ildə Ağcabədi rayonunda doğulmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 14 fevral 2023-cü il tarixli məktubdan görünür ki, 27 may 1993-cü ildə Ağcabədi rayonu Minəxorlu kəndində doğulmuş X4 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işə əlavə edilmiş sənədləri araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından və şahidlərin ifadələrindən göründüyü kimi ərizəçinin 27 may 1993-cü il tarixdə anadan olmuş X8 20 iyun 1998-ci il tarixdə Ağcabədi rayonunun Minəxorlu kəndində yaşadığı evdə vəfat etmiş, lakin mərhuma ölüm haqqında şəhadətnamə alınmamışdır. Ona görə də ərizəçi uşağının ölüm faktının müəyyən edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi ərizəsi əsaslı olduğundan təmin edilməklə onun 27 may 1993-cü il tarixdə anadan olmuş oğlu-X4 20 iyun 1998-ci il tarixdə Ağcabədi rayonunun Minəxorlu kəndində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: Ərizə təmin edilsin. 27 may 1993-cü il tarixdə anadan olmuş X4 20 iyun 1998-ci il tarixdə Ağcabədi rayonunun Minəxorlu kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(017)-770/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-770/2023
17.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver