Məhkəmə qərarları › İş №2(017)-775/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-775/2025

21.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-775/2025 21.05.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, özünə məxsus şəxsi evinin olmadığından uzun müddətdir ki, yararsız evdə yaşayır. 2024-cü ildə qərara gəlib ki, özünə Ağcabədi şəhəri ərazisində həyətyanı torpaq sahəsi alsın. 2024-cü ilin may ayında Ağcabədi rayonu Qiyaməddinli kənd sakini Cavabdeh həyatyanı torpaq sahəsini satdığını eşidib və onun nömrəsini tapıb ona zəng edərək həyətyanı torpaq sahəsi satıb satmaması ilə maraqlanıb. Cavabdehhəmin zaman Bakı şəhərində olduğunu və rayona gələndə bu barədə söhbət edə biləcəklərini bildirib. 18 may 2024-cü ildə o, Cavabdeh na zəng edərək Ağcabədi şəhəri, E.Sadıqov küçəsində yerləşən, Cavabdeh adına qeydiyyatda olduğunu söyləyərək 0,6 ha torpaq sahəsini 3000 (üç min) manata satmaq istədiyini bildirmişdir. Cavabdeh daha sonra həmin torpaq sahəsini göstərmiş həmin torpaq sahəsini almaq istədiyini ona bildirmişdir. Beləliklə həmin torpaq sahəsini adına rəsmiləşdirilməsi şərti ilə Cavabdeh 3000 (üç min) manat pul vermişdir. Cavabdeh həmin məbləği alan zaman İddiaçı onun bilmədiyi sənədə imza etdirmişdir. Lakin Cavabdeh pulu alsa da vədinə əməl etməmiş və na satdığı torpağı onun adına rəsmiləşdirməmişdir.Sonradan öyrənib ki, Cavabdeh satmaq istədiyi torpağın sənədləri qaydasında deyil, ona görə də rəsmi alıqı-satqı etmək mümkün olmamışdır. O, Cavabdeh hərəkətlərində narazı qalaraq pulunu geri tələb etmişdir. Lakin Cavabdeh ondan aldığı 3000 (üç min) manat pulu qaytarmamış və hər dəfə müxtəlif bəhanələrlə pulu geri qaytarmaqdan yayınmışdır. Bu səbəbdən də Cavabdeh hərəkətlərindən Ağcabədi rayon polis şöbəsinə şikayət etmişdir. Araşdırma zaman Cavabdeh izahatı alınmış, o, İddiaçı 3000 (üç min) manat pul aldığını, lakin qaytardığını etiraf etmişdir. Lakin o, həmin pulu hazırkı dövrə kimi qaytarmamışdır. Ona görə də məhkəmədən iddia tələbinin tam təmin edilməklə Cavabdeh 3000 manat məbləğində pulu, hüquqi yardıma görə ödədiyi 100 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq onun xeyirinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın tam təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavbdeh Cavabdeh iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, qayınanası X2 yaşadığı ünvanda olan zaman əvvəldən tanımadığı, sonradan adının bildiyi İddiaçı olduğunu bildiyi şəxs ona torpaq sahəsi almaq istədiyini bildirmiş, o da Nubara tanışı X3 adına olan 06 sot torpaq sahəsini satdığını demiş, Nubar Hsüeynova həmin torpaq sahəsini almaq istədiyini bildirmişdir. O, da X4 adına olan 06 sot torpaq sahəsini onun adına sənədləşdirəcəyini bildirmiş və bunun qarşılığında 3000 manat pul istəmişdir. Lakin Nubar pulu onun qaynanası Gülbəniz Quliyevaya vermişdir. Onun Nubara borcu yoxdur. Hesab edir ki Nubar pulu ondan yox qaynanası Gülbənizdən tələb etməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin rədd edilməsi barədə qərardan görünür ki, cavabdehin iddiaçıya 3000 manat borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 50 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı hüquqi yardıma görə 100 manat rüsum keçirmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1 və 1091.2-ci maddələrinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, Cavabdeh iddiaçıdan 6 sot torpaq satması vədi qarşılığında 3000 manat pul almışdır. Bu hal işdə olan xx.xx.2024-cü il tarixli cinayət işinin rədd edilməsi barədə qərarda öz təsdiqini tapmışdır. Buradan da göründüyü kimi cavabdeh iddiaçının 3000 manat məbləğində pulunu əldə edib iddiaçının hesabına hüquqi əsas olmadan əsassız varlanmış və iddiaçı da cavabdehdən həmin pulu tələb etməkdə haqlıdır. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. İşdə olan 30 yanvar 2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı 50 dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə 50 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyindən iddianın təmin olunmuş hissəsinə uyğun olaraq cavabdeh X1 50 manat tutularaq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh borca görə 3000 manat məbləğdə pul, hüquqi yardıma görə 100 manat və 50 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə İddiaçı iddia tələbinin təmin olunması qənaətinə gəldi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 3000 (üç min) manat məbləğində pul, hüquqi xidmətə görə 100 (yüz) manat pul və dövlət rusumuna görə ödənilmiş 50 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar