Məhkəmə qərarları › İş №2(017)-8/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-8/2024

20.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-8/2024 20.02.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, iddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı açıq səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı müqavilə üzrə yaranmış borcun alınması, borcun ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait kifayət etmədiyi halda borcun ümumi qaydada tutulması, istifadə hüquqlarının itirilməsi və yaşayış evindən çıxarılma, evin boşaldılması və banka təhvil verilməsi, kredit müqaviləsinin ləğv edilməsi tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı açıq səhmdar cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək kreditin əsas məbləğindən 14502 manat, əsas məbləğə hesablanmış faiz borcundan 276,46 manat, 95 manat dəbbə pulu olmaqla, ümumilikdə cəmi 14864,46 manat, həmçinin iddia ərizəsi üzrə dövlət büdcəsinə köçürülmüş 134,59 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqının Cavabdeh1 alınaraq İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə ödənilməsi; tutma mülkiyyət hüququ üzrə Cavabdeh1 mülkiyyətində olan, Ağcabədi şəhəri, Rasim Tağıyev küçəsində 0,03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 261,2 kv.m olan 12 nömrəli fərdi yaşayış evinə yönəldilməsi; həmin mənzilin açıq hərracdan satılması; satışdan əldə edilən pul məbləğindən borcun tutulması; satışdan əldə olunmuş vəsait kifayət etmədiyi halda borcun ümumi qaydada tutulması, yaşayış evinə tutma yönəldikdə və satıldıqda cavabdehlər 1 ay ərzində yaşayış evini tərk etmədiyi halda istifadə hüququ itirilərək mənzildən məcburi qaydada çıxarılması; həmin mənzilin boşaldılması və banka təhvil verilməsi, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə göndərərək kreditin əsas məbləğindən 13852 manat, əsas məbləğə hesablanmış faiz borcundan 510,91 manat, 3712,68 manat dəbbə pulu olmaqla, ümumilikdə cəmi 18075,59 manat, həmçinin iddia ərizəsi üzrə dövlət büdcəsinə köçürülmüş 134,59 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqının Cavabdeh1 alınaraq İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə ödənilməsi; tutma mülkiyyət hüququ üzrə Cavabdeh1 mülkiyyətində olan, Ağcabədi şəhəri, Rasim Tağıyev küçəsində 0,03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 261,2 kv.m olan 12 nömrəli fərdi yaşayış evinə yönəldilməsi; həmin mənzilin açıq hərracdan satılması; satışdan əldə edilən pul məbləğindən borcun tutulması; satışdan əldə olunmuş vəsait kifayət etmədiyi halda borcun ümumi qaydada tutulması, yaşayış evinə tutma yönəldikdə və satıldıqda cavabdehlər 1 ay ərzində yaşayış evini tərk etmədiyi halda istifadə hüququ itirilərək mənzildən məcburi qaydada çıxarılması; həmin mənzilin boşaldılması və banka təhvil verilməsi; İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi X3 iddianı müdafiə etdi və izahatında göstərdi ki, Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında xx.xx.2014-cü il tarixdə kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh1 60 ay müddətinə, illik 25 faiz ödənilməsi şərti ilə 16000 manat məbləğində kredit verilmişdir. xx.xx.2021-ci il tarixli əlavə sazişə əsasən kreditin illik 1 faizlə 60 ay müddətinə xx.xx.2025-ci il tarixədək uzadılmışdır. Borcalanın kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus olan Ağcabədi şəhəri, Rasim Tağıyev küçəsində 0,03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 261,2 kv.m olan 12 nömrəli fərdi yaşayış evi Cavabdeh1 kredit öhdəliyinin təmin edilməsi üçün ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsi notariat qaydada təsdiq edilmiş Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq DƏDRX-nin 6 saylı Ərazi İdarəsində dövlət qeydiyyatına alınmışdır. Cavabdeh1 üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin xx.xx.2024-cü il tarixinə Banka kreditin əsas məbləğindən 13852 manat, əsas məbləğə hesablanmış faiz borcundan 510,91 manat, 3712,68 manat dəbbə pulu olmaqla, ümumilikdə cəmi 18075,59 manat borcu vardır. Ona görə də kreditin əsas məbləğindən 13852 manat, əsas məbləğə hesablanmış faiz borcundan 510,91 manat, 3712,68 manat dəbbə pulu olmaqla, ümumilikdə cəmi 18075,59 manat, həmçinin iddia ərizəsi üzrə dövlət büdcəsinə köçürülmüş 134,59 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqının Cavabdeh1 alınaraq İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə ödənilməsi, tutma mülkiyyət hüququ üzrə Cavabdeh1 mülkiyyətində olan, Ağcabədi şəhəri, Rasim Tağıyev küçəsində 0,03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 261,2 kv.m olan 12 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, satışdan əldə edilən pul məbləğindən borcun tutulması, satışdan əldə olunmuş vəsait kifayət etmədiyi halda borcun ümumi qaydada tutulması, yaşayış evinə tutma yönəldikdə və satıldıqda cavabdehlər 1 ay ərzində yaşayış evini tərk etmədiyi halda istifadə hüququ itirilərək mənzildən məcburi qaydada çıxarılması, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh1 60 ay müddətinə, illik 25 faiz ödənilmək şərti ilə 16000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 ilə bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 məxsus əmlak - Ağcabədi şəhəri, Rasim Tağıyev küçəsində 0,03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 261,2 kv.m olan 12 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin 2.3-cü bəndinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti 45000 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əlavə sazişin surətindən görünür ki, tərəflər xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə aşağıdakı şərtlərlə dəyişiklik edilməsinə dair əlavə saziş bağlamışlar: borcalanın kreditor qarşısında kredit öhdəliyinin cəmi qalığı 14502 manat təşkil edir; kreditin müddətinin xx.xx.2025-ci il tarixədək uzadılır; kreditin illik faiz dərəcəsi 1 faiz təşkil edir. İş materiallarında olan ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli müqavilənin surətindən görünür ki, tərəflər xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinin bəndlərinə dəyişiklik edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 6 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, mülkiyyətdə olan Ağcabədi şəhəri, Rasim Tağıyev küçəsində 0,03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 261,2 kv.m olan 12 nömrəli fərdi yaşayış evi 0,03 ha torpaq sahəsi ilə birlikdə xx.xx.2014-cü il tarixdən öhdəliklər tam yerinə yetirilənə kimi ipoteka ilə yüklü edilərək 21 nömrəli reyestr kitabının 64 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 6 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, Ağcabədi şəhəri, Rasim Tağıyev küçəsində 0,03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 261,2 kv.m olan 12 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsusdur. İş materiallarında olan cavabdehlərə göndərilmiş bildirişin surətindən görünür ki, qanunla müəyyən edilmiş qaydada və müddətdə kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdeh xəbərdar olunmuşdur. İş materiallarında olan Bankın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 6 saylı Ərazi İdarəsinə ünvanlanmış ərizəsindən (elektron xidmət portalı) görünür ki, “İpoteka predmetinə tutmanın yönəldilməsi” haqqında bildiriş 6 saylı Ərazi İdarəsində qeydiyyatdan keçmişdir. Onun üçün 15 manat dövlət rüsumu, 30 manat xidmət haqqı ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 həmin tarixə banka kreditin əsas məbləğindən 14502 manat, əsas məbləğə hesablanmış faiz borcundan 267,46 manat, 379,99 manat dəbbə pulu olmaqla, ümumilikdə cəmi 15149,45 manat borcu vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 həmin tarixə banka kreditin əsas məbləğindən 13852 manat, əsas məbləğə hesablanmış faiz borcundan 510,91 manat, 3712,68 manat dəbbə pulu olmaqla, ümumilikdə cəmi 18075,59 manat borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 fevral 2023-cü il tarixli, 10/6628-9/7332 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh1 məxsus Ağcabədi şəhəri, Rasim Tağıyev küçəsində 0,03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 261,2 kv.m olan 12 nömrəli fərdi yaşayış evinin hazırda mövcud olan orta bazar qiyməti təqribən 70000 manat məbləğində müəyyən edilir. İş materiallarında olan 27 fevral 2023-cü il tarixli, 10/6628-9/7332 nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə tikinti-texniki ekspertizası üzrə tədqiqatın dəyəri 50 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 avqust 2023-cü il tarixli, 10/3081-9/3276 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh1 məxsus Ağcabədi şəhəri, Rasim Tağıyev küçəsində 0,03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 261,2 kv.m olan 12 nömrəli fərdi yaşayış evinin ilkin satış, likvid qiyməti təqribən 66500 manat məbləğində müəyyən edilir. İş materiallarında olan 11 avqust 2023-cü il tarixli, 10/3081-9/3276 nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə tikinti-texniki ekspertizası üzrə tədqiqatın dəyəri 50 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin verdiyi 18 dekabr 2023-cü il tarixli, 002/23 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsinə dair ekspert rəyindən görünür ki, Cavabdeh1 məxsus Ağcabədi şəhəri, Rasim Tağıyev küçəsində 0,03 ha torpaq sahəsində yerləşən 12 nömrəli fərdi yaşayış evinin xx.xx.2023-cü il tarixə ilkin satış (likvid) qiyməti 50800 manat, bazar dəyəri 58900 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə daşınmaz əmlakın qiymətləndirilməsinə dair alınmış ekspert rəylərini müqayisəli şəkildə təhlil edərək hesab edir ki, hələ tərəflər arasında xx.xx.2014-cü il tarixdə ipoteka müqaviləsi bağlanarkən ipoteka müqaviləsinin 2.3-cü bəndinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti 45000 manat müəyyən edilmiş, həmin vaxtdan 10 ildən artıq müddət keçmiş və daşınmaz əmlakların satış qiyməti günü-gündən yüksələn xətt üzrə artmışdır. Ona görə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 avqust 2023-cü il tarixli, 10/3082-9/3277 nömrəli ekspert rəyi əsas götürülməli və Ağcabədi şəhəri, Rasim Tağıyev küçəsində 0,03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 261,2 kv.m olan 12 nömrəli fərdi yaşayış evinin ilkin satış (likvid dəyəri) 66500 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Nikoyl İKB açıq səhmdar cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin bağlanması, Cavabdeh1 60 ay müddətinədək ödənilmək şərti ilə 16000 manat məbləğində kredit alması, kreditdən istifadəyə görə illik 25 faiz miqdarında faiz ödəməyi öhdəsinə götürməsi, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə dəyişiklik edilməsinə dair əlavə saziş bağlanması, onun müqavilə öhdəliklərini yerinə yetirməməsi və hazırda Banka kreditin əsas məbləğindən 13852 manat, əsas məbləğə hesablanmış faiz borcundan 510,91 manat, 3712,68 manat dəbbə pulu borcunun qalması, Bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin təmin edilməsi üçün mülkiyyətdə olan Ağcabədi şəhəri, Rasim Tağıyev küçəsində 0,03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 261,2 kv.m olan 12 nömrəli fərdi yaşayış evinin ipoteka qoyulması, ipoteka ilə yüklü edilmiş evin ilkin satış qiymətini 66500 manat məbləğində müəyyən edilməsi sübuta yetir. Məhkəmə hesab edir ki, Cavabdeh1 banka olan 13852 manat əsas kredit borcu üzrə 3712,68 manat dəbbə pulu hesablaması ədalətli deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret halları nəzərə almaqla, tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Həmin maddənin tələbinə əsasən tənasüb müəyyənləşdirilən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi, dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Qeyd edilənlərə əsasən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini və cəmiyyətin ümumi maraqlarının tələbləri ilə borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığını nəzərə alaraq, məhkəmə hesab edir ki, tələb edilən 3712,68 manat cərimə növündə dəbbə pulu tələbi qismən təmin edilməklə, Cavabdeh1 300 manat məbləğində cərimə növündə dəbbə pulu alınaraq iddiaçıya ödənilməlidir. Çünki dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehlərin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Odur ki, məhkəmə hesab edir ki, kredit müqaviləsindən irəli gələn dəbbə pulu tələbi tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq yuxarıda göstərilən məbləğdə müəyyən olunması qanuni və əsaslı olar. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının MM-nin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 310-cu maddəsinə əsasən eyni bir əşya ipoteka ilə bir neçə dəfə yüklü edilə bilər. Yüklü edilmənin növbəliyi ipotekanın dövlət qeydiyyatı anı ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Yenə də həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. "İpoteka Haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka Haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.2-cü maddəsinə əsasən əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu verir. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Məhkəmə iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli olan qanun normalarına uyğun qiymət verərək hesab edir ki, Cavabdeh1 bankla xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlayarkən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən kredit müqaviləsi ləğv edilməli, ilkin satış qiyməti 66500 manat olmaqla, ipoteka ilə yüklü edilmiş mülkiyyətdə olan Ağcabədi şəhəri, Rasim Tağıyev küçəsində 0,03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 261,2 kv.m olan 12 nömrəli fərdi yaşayış evi açıq hərrac yolu ilə satılmaqla satışdan əldə ediləcək vəsait hesabına borclunun kredit müqaviləsi üzrə kreditin əsas məbləğindən 13852 manat, əsas məbləğə hesablanmış faiz borcundan 510,91 manat, 300 manat dəbbə pulu olmaqla, ümumilikdə 14662,91 manat borcu, bildirişlərin qeydə alınması üçün 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı, həmçinin 134,59 manat dövlət rüsumu iddiaçıya ödənilməli və satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi ipoteka qoyana verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan digər şəxslər yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə yaşayış sahəsindən çıxarılmalı, ev boşaldılaraq banka təhvil verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. "İpoteka Haqqında" Azərbaycan Respublikası Qanununun; 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1.2-cü maddəsinə əsasən əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu verir. 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. 59.3-cü maddəsinə əsasən İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. İpoteka müqaviləsi kredit müqaviləsinin deyil, digər müqavilələrin (podrat və s.) təminatı üçün bağlandığı hallarda isə “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsindəki vəzifənin reallaşması üçün mütləq ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olmalıdırlar. İpoteka predmeti olan fərdi yaşayış evindən və ya mənzildən, orada yaşayan şəxslərin çıxarılmasının ipoteka saxlayan tərəfindən tələb olunması qaydası “İpoteka haqqında” Qanunun hazırda qüvvədə olan redaksiyasının 59.4-cü maddəsində təsbit olunmuşdur. Həmin normaya əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsində ipoteka qoyanın, onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin ipoteka predmeti olan yaşayış sahəsindən məcburi qaydada çıxarılması üçün ayrıca məhkəmə qərarının verilməsi qanunda nəzərdə tutulmamışdır. Yəni, ipoteka saxlayan yalnız ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında icra haqqında qanunvericiliyə uyğun olaraq ipoteka predmeti olan yaşayış evi və ya mənzilin boşaldılmasına məhkəmədənkənar qaydada nail ola bilər. Bununla yanaşı, nəzərə alınmalıdır ki, “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinin 2018-ci il 28 dekabr tarixinədək mövcud olmuş redaksiyasında bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulurdu. Qeyd edilənlərdən belə nəticə hasil olur ki, “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinin əvvəlki redaksiyası ipoteka qoyanın və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin ipotekaya qoyulmuş yaşayış sahəsindən çıxarılması ilə əlaqədar ipoteka saxlayan üçün alternativ iki sənəddən biri (tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı) ilə öz tələb hüququnu həyata keçirməyə imkan yaradırdı. Lakin sözügedən tarixdən sonra qanunverici bu proseduru sadələşdirərək, ipoteka qoyanın, onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin ipoteka predmeti olan yaşayış sahəsindən və qeydiyyatdan məcburi qaydada çıxarılmasını yalnız ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Odur ki, sözügedən iddia tələblərinə dair mübahisələrə baxılarkən ilk növbədə tərəflər arasında mübahisəli hüquq münasibətinin yaranma tarixlərinə diqqət yetirilməlidir. Əgər tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək, yəni “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinə bu Qərardadın 16-cı bəndində göstərilən düzəliş edilənədək bağlanmışdırsa, ipoteka predmeti olan yaşayış evlərindən və mənzillərdən cavabdehlərin məcburi qaydada çıxarılmasına dair tələblərə mahiyyəti üzrə hüquqi qiymət verilməlidir. Tərəflər arasında mübahisəli ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixindən sonra bağlanmışdırsa, sözügedən iddia tələblərinə məhkəmələrdə baxıla bilməz. Belə olan halda Mülki Prosessual Məcəllənin 153.2 və 153.2.1-ci maddələrinə uyğun olaraq iddia ərizəsinin ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin ipoteka qoyulmuş yaşayış sahəsindən və qeydiyyatdan çıxarılması hissəsində icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia artıq icraata qəbul edilmişdirsə, Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinə uyğun olaraq iş üzrə icraata həmin hissədə xitam verilməli, iddiaçıya sözügedən tələblər üzrə icra qurumuna müraciət edə bilmələri bu Qərardadın 24-cü bəndinə uyğun şəkildə izah edilməlidir. Belə ki, “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinin məzmunundan göründüyü kimi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi, ipoteka qoyanın, onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin “İcra haqqında” Azərbaycan Respublikası Qanununu ilə müəyyən edilmiş qaydada icra məmurları tərəfindən ipoteka predmeti olan yaşayış sahəsindən və qeydiyyatdan məcburi qaydada çıxarılması üçün hüquqi əsasdır. Hazırkı işdən müəyyən edilir ki, Bank ilə borclu Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlanmış və həmin müqavilə üzrə öhdəliyin təminatı olaraq Cavabdeh1 məxsus əmlak - Ağcabədi şəhəri, Rasim Tağıyev küçəsində 0,03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 261,2 kv.m olan 12 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Göründüyü kimi tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək, yəni “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinə bu Qərardadın 16-cı bəndində göstərilən düzəliş edilənədək bağlandığından, ipoteka predmeti olan yaşayış evindən cavabdehlərin məcburi qaydada çıxarılmasına dair tələbə də mahiyyəti üzrə hüquqi qiymət verilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, aparılmış tədqiqatının dəyərini təşkil edən ümumilikdə 100 manat məbləğində ekspertiza xərci Cavabdeh1 alınaraq, X1, kodu 210005, VÖEN 140155501, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22, MEM, VÖEN **********, Hesab AZ34CTRE******************** nömrəli hesaba köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh1 ilə "xxxx" İKB açıq səhmdar cəmiyyəti arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh1 ilə Nikoyl İKB açıq səhmdar cəmiyyəti arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış kreditin əsas məbləğindən 13852 manat, əsas məbləğə hesablanmış faiz borcundan 510,91 manat, 300 manat dəbbə pulu, ümumilikdə 14662,91 manat borcu, bildirişlərin qeydə alınması üçün 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı, həmçinin 134,59 manat dövlət rüsumu Cavabdeh1 alınaraq İddiaçı açıq səhmdar cəmiyyətinə ödənilsin. Tutma ipoteka predmeti olan Ağcabədi şəhəri, Rasim Tağıyev küçəsində 0,03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 261,2 kv.m olan 12 nömrəli fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmetinin ilkin satış qiyməti 66500 manat məbləğində müəyyən edilsin. Həmin əmlak açıq hərrac yolu ilə satılsın və satışdan əldə olunan puldan Cavabdeh1 Banka olan borcu ödənilsin. Satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi ipoteka qoyan - Cavabdeh1 verilsin. İpoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə istifadə hüququ itirilməklə yaşayış sahəsindən çıxarılsınlar və yaşayış evi boşaldılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh1 ümumilikdə 100 manat ekspertiza xərci alınaraq X1, kodu 210005, VÖEN 140155501, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22, MEM, VÖEN **********, Hesab AZ34CTRE******************** nömrəli hesaba köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar