Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-829/2023 29.03.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hacıyev Fuad Hacı oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək göstərdi ki, X3 ilə anası X* nikahlarından 09.*2.*978-ci il tarixdə anadan olmuş bacısı X6 *5.02.*979-cu il tarixdə vəfat etmiş, Ağcabədi şəhər qəbiristanlığında dəfn olunmuşdur. X3 *6.09.2006-cı il tarixdə, anası X2 *4.*2.*997-ci il tarixdə ölmüşlər. Bacısının ölümü qeydə alınmadığına görə validenlərindən qalmış mirası qəbul etmək mümkün olmamışdır. Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin həkim arayışı olmadığına görə ona bacısının ölümü haqqında şəhadətnamə verilməmişdir. Ona görə də 09.*2.*978-ci il tarixdə anadan olmuş X4 *5.02.*979-cu il tarixdə Ağcabədi şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid X9 Ərizəçi izahatına uyğun ifadə verdi. Məhkəmə iclasında şahid X*0 ifadəsində göstərdi ki, Ərizəçi onun yaxın qohumudur. Ərizəçi bacısı Telli *979-cu ilin fevral ayının *5-də xəstəlikdən vəfat etmiş, Ağcabədi şəhər qəbiristanlığında dəfn olunmuşdur. Telli azyaşlı olduğuna görə yas və dəfn mərasimləri keçirilməmişdir. Məhkəmə iclasında şahid X** şahid X7 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 2*.02.2023-cü il tarixli 3-*6-5/8-İ-*5- *88/2023 nömrəli doğum haqqında arayışdan görünür ki, X6 09.*2.*978-ci il tarixdə Ağcabədi şəhərində doğulmuşdur. Bu barədə 30.*2.*978-ci il tarixdə Maraqlı şəxsndə 620 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarına əlavə olunmuş Ağcabədi rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş 2*.02.2023-cü il tarixli arayışdan görünür ki, X4 ölümünün Maraqlı şəxsndə qeydə alınması mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 3* oktyabr tarixli *45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, X6 *5.02.*979-cu il tarixdə Ağcabədi şəhərində vəfat etmiş və şəhər qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə hesab edir ki, X4 *5.02.*979-cu il tarixdə Ağcabədi şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 307, 307.2, 307.2.3, 3** və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 09.*2.*978-ci il tarixdə anadan olmuş X4 *5.02.*979-cu il tarixdə Ağcabədi şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-829/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-829/2023
29.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver